Yayı kondisionersiz təsəvvür etmək mümkün deyil. Qızmar günəşli havalarda insanların kondisionerlərə olan tələbatı da artır. Ancaq kondisionerdən düzgün istifadə edilmədikdə, o, hətta insanı ölümə qədər apara bilər. Belə ki, kondisioner yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə səbəb ola bilər. Eyni zamanda təmizlənməyən, nasaz işləyən kondisionerlər allergik soyuqdəymə, astma kimi xəstəliklər də yarada bilər.
Alimlər hesab edir ki, kondisioner otaqdakı oksigeni məhv edir. Kondisionerdən istifadə edərkən onu gündüz 24, gecələr isə 26 dərəcədə qoyulması xəstəlik riskini azaldır. Bundan başqa, kondisionerin zərərli təsirlərini minimuma endirmək üçün onu işlədərkən arabir pəncərəni açaraq otağın havasını dəyişmək lazımdır. Avtomobildə də kondisioner tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.
Həkim, pediatr Vaqif Qarayev kondisionerin yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaratdığını dedi: "Kondisioner işləyən otaqda havada ventilyasiya olmur. Kondisionerin filtrləri həmin otaqda olan toz, mikrob, bir sözlə, xəstəlik törədən nə varsa özünə yığır. Amma ventilyasiya olmadığından müəyyən müddətdən sonra həmin xəstəlik törədiciləri öz yerinə qayıdır. Bu baxımdan, bir çox kondisionerlər sərinlətməklə yanaşı, xəstəlik də törədir. Ona görə hər bir kondisioner modelinin filtrinə qulluq qaydasına əməl edilməlidir. Bəzən illərlə bu filtrlər təmizlənmir. Açıb baxdıqda orada barmaq qalınlığında tozun yığışdığını görərik. Ona görə də kondisioner yalnız soyuqdəymə deyil, eyni zamanda allergik xəstəliklər də yaradır. Allergik problemi olan insanlar kondisionerdən uzaq qaçmalıdır. Saatlarla kondisionerin işləməyi düzgün deyil. Kondisioneri söndürdükdən sonra qapı, pəncərəni açıb otaqda bir ventilyasiya yaratmaq lazımdır. Çünki kondisioner işləyən otaqda oksigenlə yanaşı karbon qazı da yaranır ki, bu da insan orqanizmi üçün ziyanlıdır. Bundan əlavə, kondisioner otaqdakı havanı qurudur. Kondisioneri elə tənzimləmək lazımdır ki, hava daha çox tavana istiqamətlənsin. Çünki birbaşa kondisionerdən gələn sərin havanın altında otursaq, uzansaq mütləq əzələ-oynaq ağrıları yaradacaq, allergik problemləri, yaşlı insanlarda isə xroniki xəstəlikləri kəskinləşdirəcək. Bu problemləri olmayanlar da soyuq hava şırnağının altında saatlarla otursa, mütləq boyun və kürək nahiyəsində ağrılar olacaq. Kondisionerin altında yatmaq qətiyyən olmaz. Çünki yuxu zamanı orqanizmin fəaliyyəti zəifləyir, müqaviməti aşağı düşür. Kondisioner olan otaqda çılpaq gəzmək olmaz. Yaxşı olar ki, sintetik olmayan təbii parçalardan, xüsusən də boyun və kürək nahiyəsini qapayan paltar geyinmək lazımdır. Bu mütləqdir. Bu soyuq hava ilə dəri arasında bir boşluq yaradır. Yəni soyuğun birbaşa təsirinin qarşısını alır".
V.Qarayev bildirdi ki, bir yaşadək uşaqlar olan otaqda kondisioner qətiyyən olmaz: "Böyüklərin orqanizmi yuxarıda sadaladıqlarıma dözür, amma uşaq orqanizmi dözə bilmir. Kiçik yaşlı, xüsusən də südəmər uşaqlar olan yerdə kondisioner qətiyyən olmaz. Uşaq olan ailələr bunu gərək tənzimləsin. Tutaq ki, axşam saatlarında uşaqları təmiz havaya çıxartmaq lazımdır. Yoxsa "kondisionerim var, qoy uşaq kondisionerin altında oynasın, mən də ev işimlə məşğul olum" demək olmaz. Çünki bu, uşağı mütləq xəstələndirəcək. Yay aylarında təmiz havanın uşaq orqanizmi üçün böyük əhəmiyyəti var. Uşağı uzun müddət qapalı məkanlarda, kondisioner altında saxlamaq düzgün deyil. Uşaq, eyni zamanda böyüklər də bayırdan gəlib birbaşa kondisionerin soyutduğu məkana girəndə temperatur fərqinə orqanizm mənfi reaksiya verəcək. Əgər bayırdan gəlmisinizsə, kondisioneri bir müddətlik söndürmək lazımdır. Bədən bir müddət kondisionersiz rejimə öyrəşəndən sonra otağı soyutmaq olar. Yəni temperatur rejimini tənzimləmək lazımdır. 23-28 dərəcədə kondisioner sərin hava verir, soyutmur. İnsan bədəninə təsir etmir. Ancaq təəssüf ki, ictimai yerlərdə buna riayət etmirlər. Buna görə də hazırda hamı əzələ tutulması, boyun, baş ağrılarından, burun tutulmasından şikayət edir. Bu hallar kimdə varsa, demək ki, o, kondisionerdən düzgün istifadə etmir".
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar