Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. Milli.Az pcc.az-a istinadən bildirir ki, yanma sindromu hansı hallarda baş verə bilər:
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı).
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər.
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi.
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gələcəyə aid perspektivlərin görünməməsi.
7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.
Beləliklə, emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv (situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s.
Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.
Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, "insan-insan" - peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. Əsas üç mərhələdən ibarətdir:
1: Emosional tükənmə - peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümumi emosional fonun zəifləməsi. Qeyri-iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan tələbat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur.
3: Üçüncü mərhələdə peşəkar motivasiyanın enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir.
Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur.
Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu, sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir. Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu, niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin.
Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə - autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir.
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil.
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu, aqressivliyin və özünəgüvən hissinin aşağı düşməsinin qarşısını alır.
5: Özünü qiymətləndirməni yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq.
6: Unutmayın ki, sizin işiniz - bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.
Sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayırıq. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.
Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər
- ŞƏRHLƏR