Valideynlərin əksəriyyəti yayı səbirsizliklə gözləyir. Axı dəniz, isti qum, günəş uşağın sağlamlığı üçün olduqca faydalıdır. Lakin uşaqlarla dənizdə dincəldikdə çox ehtiyatlı olmaq lazımdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada suda boğulma uşaq və cavanların ölümünün ən yayılmış 10 səbəblərindən biridir. Əsas risk qrupu - 5 yaşına qədər olan uşaqlardır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, istənilən yaşda olan uşaq dənizə yalnız böyüklərlə girməli, daim nəzarətdə olmalıdır. Uşağın əyninə mütləq xüsusi qoruyucu jilet taxmaq lazımdır.
Suda boğulmadan əlavə uşaqları suyun orqanizmə düşməsindən qorumaq lazımdır. Bəzən uşaq böyüklərin ehtiyatsızlığından suyun altına gedir və çoxlu su udur. Bu, çox təhlükəlidir. Dəniz suyunun çoxlu miqdarda udulması bağırsaq infeksiyasına səbəb ola bilər. Bu halda uşaqda ishal, qusma inkişaf edir, bədən hərarəti qalxır.
Digər tərəfdən, uşağın suyu udması nəticəsində suyun az hissəsi ağciyərlərə düşə bilər ki, bu da çox təhlükəlidir. Suyun ağciyərlərə düşməsi uşaqda pnevmoniyanın (sətəlcəm) inkişafına səbəb ola bilər. Sətəlcəmin ilk simptomları arasında:
- yüksək hərarət (40-41 C qədər)
- zəiflik
- nəfəsalmanın çətinləşməsi
- tərləmənin artması
- öskürək
- iştahasızlıq və s var.
Pnevmoniya uşaqlar üçün çox təhlükəlidir və vaxtında müalicə olunmadıqda uşağın həlak olmasına səbəb ola bilər.
Pnevmoniyanın inkişafından əlavə suyun ağciyərlərə düşməsi uşağın yaxın 24-48 saat ərzində ölməsinə səbəb ola bilər. Buna "quruda boğulma" deyilir. Bu, çox nadir hal olsa da, heç bir böyük və xüsusilə də uşaq ondan sığortalanmayıb.
Suyun ağciyərlərə düşməsinin simptomları:
- nəfəsalmanın çətinləşməsi
- döş nahiyəsində ağrılar
- ani zəiflik, halsızlıq (məsələn, bundan əvvəl qaçıb-oynayan uşaq, birdən uzanır)
- hərarətin bir qədər yüksəlməsi
- ürəkbulanması
- davranışın pozulması - diqqətsizlik, unutqanlıq və s. Bu, oksigenin beyinə çatmamasının əlamətidir.
- "səbəbsiz", keçməyən öskürək.
Uşağınızda bu simptomları gördükdə, dərhal həkimə müraciət edin.
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər