Bu "Herpes virus tip 6" adli bir virusun səbəb olduğu bir xəstəlikdir. Xəstəlik tənəffüs yolu ilə yoluxur. Bu virus adətən 6 ay ilə 4 yaş arasında olan uşaqlarda, xüsusən də yaz və yay aylarında müşahidə olunur. Bu xəstəliyin spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada adətən 3 gün 39-40 dərəcələrdə seyr edən yüksək hərarətdən sonra hərarət sürətlə düşür və uşaqda bütün bədənə yayılan səpkilər əmələ gələr. Səpkilər adətən gövdədən başlayır və sonradan ətraflara yayılır və iz buraxmadan zamanla yox olub gedir. Bu xəstəliyin ən önəmli ağırlaşması ilk günlərdə müşahidə olunan yüksək hərarətə bağlı yarana biləcək olan qıcolmadır. Bu kimi hallar olmasın deyə, bu müddət ərzində uşağı nəzarətdə saxlamaq lazımdır. Bütün virus xəstəliklərində olduğu kimi bu xəstəliyin də köklü, əsaslı müalicəsi yoxdur. Burada ancaq semptomatik müalicədən söz gedə bilər. Bu da xəstəlik zamanı əmələ gəlmiş əlamətləri azaltmağa yönəlmiş dərman müalicəsidir; qızdırmasalıcı dərmanlar kimi. Bu xəstəliyin müalicə metodu bütün dünyada belədir. Əslində bu xəstəliyi misal çəkməkdə məqsədimiz bu xəstəlik üzərindən müəyyən nəticələr çıxartmaq və bəzi səhv düşüncələri aradan aparmaqdır.
1. Nəinki bizdə, dünyanın heç bir yerində virus enfeksiyasının müalicəsi yoxdur (nadir, özəl durumlar xaric). Müalicə ancaq və ancaq hərarət və s kimi semptomları azaltmaq üçün verilə bilər.
2. Xəstənin hərarəti 40 dərəcə olsa da, boğazı şişsə də, bütün bədəni səpsə də, qussa və ya qarnı getsə də yenə də ona ağır müalicələr verilməz. Bu kimi hallarda məxsusən də antibiotiklər qətiyyən istifadə edilməz. Belə ki, heç bir antibiotik virusu öldürmə gücünə sahib deyildir. Bu hallarda ancaq semptomatik yüngül müalicələr (o da şikayətləri çox olarsa) verilməli və zamanla virusun öz-özünə bədəndən çıxması gözlənilməlidir. Bəli düz oxudunuz, öz-özünə bədəndən çıxması gözlənilməlidir.
3. Virus xəstəliyinin özünün sağalma müddəti vardır. Biz nə etsək də bu müddəti gözləməliyik. Necə deyərlər qripi ( bu da bir virus xəstəliyidir) müalicə etməsəniz 7 günə, müalicə etsəniz 1 həftəyə sağalar. Yəni siz nə etsəniz də nəticə dəyişməyəcəkdir.
4. Bəzən 3 gün gözlədikdən sonra hərarət düşməzsə uşağa antibiotik verilir. Bu sizi aldatmasın. Burada məqsəd virus xəstəliyinin üzərinə sonradan əlavə olunmuş mikrobları öldürməkdir. Antibiotik viruslar üçün deyil, bakteriyalar üçün verilir. Sonradan mikrobun əmələ gəlməməsi üçün həkimin əvvəlcədən antibiotik verməsi tibbi olaraq (qətiyyən) doğru deyildir. Çünki antibiotik versəniz belə, bu yenə də fəsadın qarşısını almayacaqdır. Bu elmi bir faktdır.
5. Virus xəstəliklərində bəzən müəyyən fəsadlar da əmələ gələ bilər. Əgər fəsad yaranarsa ancaq o zaman fəsada yönəlik müaləcələr verilə bilər. Bu halda da fəsadın yaranmaması üçün öncədən hər hansı dərmanların verilməsi doğru deyildir. Belə ki, fəsadların yaranması sadəcə bir ehtimaldır. Tibb bu kimi hallarda ehtimallar üzərindən müalicələrin başlanmasını doğru bilmir. Antibiotiklərin özlərinin də fəsadları vardır. Ona görə zərurət olmadığı müddətcə uşaqlara antibiotiklərin verilməsi doğru deyildir.
6. Əgər körpədə hərarət varsa ona ağız yoluyla hərarətsalıcılar verilməlidir. Əgər bundan sonra da hərarətdə düşmə olmazsa bu zaman uşağı xəstəxanaya yatırtmaq və damar yoluyla ona xüsusi hərarətsalıcılar vermək lazımdır.
Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq
XƏBƏR LENTİ
TQDK elan etdi
Sizlərə Dalai Lama testi...
Azərbaycanlı futbolçu oyun zamanı namaz qıldı
Ərdoğan bu gün and içir
Günün qoroskopu: Stressdən uzaq olun!
Azərbaycan kinosunun Gəray bəyi
Məşhurları təqlid edən italiyalı Emanuele
Ağıl nədir?
COVID-19-dan ən yaxşı müdafiə üsulu açıqlandı
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Üzümüzə nə yazılıb?
Prezident İlham Əliyev dövlət və hökumət başçılarının şərəfinə ziyafətdə iştirak edib
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Əcnəbilərlə evlənən Azərbaycanlı qızların SAYI açıqlandı
Yarımçıq doğulan körpənin dramı
Kim tapar?
Silahlı Qüvvələrimiz erməni mövqelərinə 140 atəş zərbəsi endirib
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - RƏSMİ
Sükan arxasında telefonla danışa bilməyəcəklər - Yeni qurğu
Sərnişinlərə şad xəbər
Kino-kino oynamaq
Emir Berke Zincidi kimdir?
Novruz çərəzini necə seçməli?
Dünyanı necə dəyişirlər?
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
Bu pərdələr mənzilinizi lüks mənzərəli edəcək
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Məşhur aktyor oğulları ilə İstanbulda ölümdən qurtuldu
Zaman səyahətçisindən qorxunc açıqlama-70 dərəcə istilər
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Məşhur rəsmlər günümüzdə
Göz ətrafına qulluq
Günün qoroskopu - 15.11.2013
Deyirəm bəlkə gülək?
Ziyafət geyimləri
Azərbaycanın təbii-coğrafi şəraiti-3 (son)
Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
Şumaxer üçün şok reklam
Günün Ramazan təqvimi (3 iyul)
Ledi Qaqa bu dəfə “robot” oldu - FOTO
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Sahurda nə yeməli, nə yeyilməməli?
1/8 finalın ilk cütlükləri məlumdur
Təhsil Nazirliyindən daha bir yenilik
Günəşdən qoruyan qidalar
Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar
Sirr saxlamağı bacarırsanmı?
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Yaponiya Urmiya gölünün bərpasına kömək etmək istəyir
Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramında
- ŞƏRHLƏR