Bakıda hava
USD AZN
EUR AZN

Astrid Lindqren "Biz Saltkrok adasındayıq"

 

Astrid Lindqren "Biz Saltkrok adasındayıq"

 

Bu kitab ilk dəfə 1976-cı ildə ilk dəfə dilimizə tərcümə olunmuş, kirilcə nəşr edilmişdir. 40 ildən sonra Kitabsevərlər qrupu bu kitabı latın qrafikalı əlifba ilə oxuculara təqdim etdi. Kitab elə o vaxt olduğu kimi bu gün də öz fərqini göstərdi və elə təqdimat günü 100 nüsxəsi satıldı. Bu kitabı bitirdikdən sonra bir daha əmin oldum ki, o kitabları əldə edənlərin hər biri kitabımızdan razı qalacaqlar. 
Müəllif haqqında əminəm ki, bir çoxunuzun yetəri qədər məlumatı var. Ən çox da "Balaca və damda yaşayan Karlson" kitabından hər kəsin çox yaxşı tanıdığı Lindqren bu kitabı ilə balacaların dünyasına sehirli bir qapı açır. Kitabı oxumağa başladığınız andan etibarən o qapıdan içəri daxil olursunuz. Müxtəlif yaşdakı, müxtəlif xarakterdəki uşaqların gözündən həyata və dolayısıyla həyata baxmış olursunuz. Pelle ilə, Stina ilə, Çevrenlə Saltkrok adasına səyahətə çıxırsınız. Kitab olduqca sadə və oxunaqlı dillə qələmə alınmış, incə yumorla bəzədilmiş, xeyirxahxlıq, insaniyyət, həqiqət, ədalət, sevgi, qayğı, sədaqət, dostluq, yoldaşlıq və. s kimi müsbət keyfiyyətləri təlqin etməkdədir. Yazıçının insanlara, həyata, ən çox da uşaqlara olan sonsuz sevgisi kitabın hər səhifəsində hiss edilir. Müxtəlif hadisələr fonunda yazıçının çatdırmaq istədiyi mesaj dəyişilmir. Xüsusilə uşaqların dənizdə fırtınaya düşdükləri səhnələrdəki dialoqlar, Pellenin atasını təsəlli etdiyi hissələr məni çox təsirləndirdi. 
"Pelle çox ağıllı uşaq idi. Atasının və bacısının təsəvvür etdiklərindən qat-qat artıq bilirdi. Atasının ah-nalərini eşidən kimi çəkdiyi şəkli kənara qoydu. Pelle bilirdi ki, bəzən böyüklərin də mehribançılığa, təsəlliyə ehtiyacı var. Bir kəlmə demədən Melkerə yaxınlaşıb boynundan qucaqladı".
Ümumiyyətlə kitabın hər bir obrazı haqqında ayrı-ayrılıqda geniş şəkildə danışmaq olar. Uşaqlarını hədsiz dərəcədə sevən, onlara bacardığı qədər sevgi və qayğı göstərən, bəzən işlərində uğursuzluğa düçar olan, lakin həmişə nikbin olan, ümidini itirməyən, övladlarına örnək ata olmağa çalışan Melker. 
Balaca qardaşını dünyaya gətirərkən anasını itirən və o gündən üç uşağa yarım ana olan, onların hər qayğısını yorulmadan çəkən Malin. 
Adanın sevimlisi, hamının əzizi cəsarətli və ürəyiaçıq Çevren onun sədaqətli və sevimli iti Bosman. 
Heyvanları çox sevən, onlara bir çox insandan fərqli olaraq həqiqətən də "canlı varlıq" kimi baxan həssas təbiətli Pelle (bu obraz mənə heç də yad deyil.

 

 Bu baxımdan kitab mənim üçün ikiqat dəyərli oldu. Çünki insanların heyvanlara olan mübasibəti təəsüflər olsun ki, ürəkaçan deyil. Belə münasibitə şahid olan uşaqlardan da başqa cür reaksiya gözləmək əlbəttə ki, mümkün deyil. Burda isə biz uşaqların heyvanları ürəkdən sevmələrinin, onları qorumaqlarının şahidi oluruq. Uşaqların bir-birinə mehriban münasibəti, kədərli anlarda bir-birinə dəstək olması, dərdinə şərik olmağı gözəl şəkildə anlatılmışdır. Pellenin Yokkeni itirdiyi səhnədə Çevrenin Muzası ona bağışlaması gözlərimi yaşartdı. Sonrasında Pellenin Muzası dənizə buraxması isə məni daha da təsirləndirdi. Öz-özümə dedim ki, kaş bütün uşaqların, bütün insanların qəlbində Pellenin qəlbindəki mərhəmətdən bir zərrə olaydı.
"Tramvayda qəmli bir adam görəndə, küçədə yurdsuz bir pişiyə rast gələndə ağlamağa başlayan bu adamın qismətinə həyatda nə düşəcək? Kənar bir adam, it, pişik, hətta balaca bir arı xoşbəxt olmayanda Pelle həmişə özünü narahat hiss edirdi".
Kitabda Saltkrok adasının təsviri də gözəl şəkildə verilmişdir. Oxuduqca insan özünü o adada, o uşaqların əhatəsində hiss edir və o adadan heç ayrılmaq istəmir.
"Buraya bu yaxınlarda gəlmişik, təəsüf ki, indi ayrılmalı olacağıq. Pelle dovşanından, çiyələkdən, Yuxan və Niklas komadan, tilovdan, qayalardan, gəmi qalıqlarından, atamız parlaq körfəzdən, qayıqdan və xarrat malikanəsindən ayrılacaqlar. Bəs mən? Mən nədən ayrılacağam? Çəmənliklərdən, alma ağaclarından, göbələklərdən, kimsəsiz meşə cığırlarından, axşam sakitçiliyindən… "
Kitabda eyni zamanda uşaqlara göstərilən örnək valideyn mübasibətinə də şahid oluruq. Onlara uşaq kimi yox, "fərd" kimi yanaşan, onların istəklərinə, zövqlərinə, fikirlərinə önəm verən, hörmət edən Melker və Malin(evin böyük qızı) hər birinə onların xarakterinə uyğun davranırlar. Onları mühakimə etməzdən əvvəl dinləməyə və anlamağa çalışırlar. Bu yöndən bu kitab "Bülbülü öldürmək" kimi uşaqlardan əvvəl valideynlərin mütləq oxumalı olduğu kitabdır. Bezdirici məsləhətçilikdən uzaq olan Lindqrenin bu xəzinəsi, anlayan hər bir oxucu üçün dəyərli tapıntı olacaq. 
Hər nə qədər müəllif "Mən böyüklər üçün kitab yazmamışam və bu fikirdəyəm ki, heç vaxt yazmayacağam"desə də, oxuduqdan sonra yəqin etdim ki, "Biz Saltkrok adasındayıq" kitabındakı hər bir obrazdan, hər bir uşaqdan biz böyüklərin öyrənməli olduğu çox şey var. Onların cəsarəti, ümidi, inamı, həyat eşqi, insanlara, heyvanlara olan mənfəətsiz sevgisi, nikbin düşüncələri çox dəyərli məziyyətlərdəndir ki, bir çoxumuz bunlardan yoxsuluq. 
Son səhnələrdə oxucunu həsrətdə saxlayan yazıçı finala ədalətin və xeyirxahlığın qələbəsi isə nöqtə qoyur, yaxşılığa, insaniyyətə və xoş gələcəyə inam aşılayır. 
Bu kitabı oxuduğunuz zaman içinizdəki uşaqla yenidən görüşmək şansınız olacaq. Bəlkə də unutduğunuz məsumluğunuzu, saflığınızı, bir vaxtlar sıradan olan indi isə "uşaqlıq" adlandırdığınız bir çox şeyi yenidən xatırlayacaqsınız. Həyatı sevməyi, insanlara güvənməyi, onlara yardım etməyi, bədbəxt hadisələrdən sonra belə hər şeyin yoluna düşəcəyinə olan inamı qorumağı, ümidi heç vaxt itirməməyi öyrənəcəksiniz.

Səslərin sayı: 0
0
989
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )