Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı SadıqovaTrend-ə bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.
S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır.
Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur.
O, əlavə edib ki, Füzuli adı “F(i)zuli” kimi tələffüz edilsə də, Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: “Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin”.
S.Sadıqova bildirib ki, tərkibində “ağa”, “xan”, “bəy”, “mirzə”, “hacı”, “seyid”, “soltan”, “xanım” sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib.
“Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər.”
O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: “Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanın bəzi yerlərində yağış yağacaq
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Gürcüstanda yaşayan azərbaycanlılar üçün xoş xəbər
Beyazıt Öztürk villasını bu qiymətə satır
Giləmeyvəli piroq (foto resept)
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Stillə geyinən məşhurların qarderobları
Nazir məktəblərdəki nöqsanlardan danışdı
Qızarmış ciyər (foto-resept)
Atanın genləri ilə keçən xüsusiyyətlər
Azərbaycan yol polisi sürücülərə xəbərdarlıq etdi
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Məntiqi suallar
Günün ulduz falı
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
Soyuqdəyməni bir günə necə çıxarmalı?
İş xanımlarının nəzərinə
Krım parlamentindən qalmaqallı bəyanat
Yorğunluğun qarşısını alan məhsullar
Mayli Sayrusun fanatı həbs edildi-SƏBƏB
Gürcüstanda seçkilər başa çatdı
Məşhur cütlük haqqında daha bir fakt məlum oldu-FOTO
Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”
Yediyimiz çörəkdə nələr var?..
Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?
Kəlbəcərin son görüntüləri yayıldı - VİDEO
9 noyabr Dövlət Bayrağı günüdür!
"Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək"
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
Azərbaycanda "JEK"lər ləğv olunacaq
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Koronavirusdan necə qazanırlar?
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
Ağ çayın faydaları
Azərbaycanda ilanlar evə doldu
5 ölkənin gözəllik sirri
Puldan daha əhəmiyyətli olan
2019-cu ilin xüsusi dekorasiya nümunələri
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
Abituriyentlərin nəzərinə: Bu gün son gündür
Şimşək çaxacaq, yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
“Survivor”a yeni iştirakçılar gəldi- FOTO
İmmuniteti gücləndirən qidalar
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ
Qoxulu şamlar sağlamlığı təhdid edir
Yataq otağı rəngləri