ABŞ-da bu gün "Black Friday" (Qara Cümə) keçirilir.
ANS PRESS-in məlumatına görə, bu ABŞ-da keçirilən "Thanksgiving Day" (Təşəkkür günü) günündən sonra cümə günü qeyd olunur. Yəni həmin gün Milad günü ilə əlaqədar, alış-veriş həyata keçirilir. Belə ki, "Black Friday" günü məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satırlar.
"Qara Cümə" termini 1966-cı ildən işlədilir. Bu aksiya ilk dəfə ABŞ-ın Şərq sahillərində istifadə olunub. Bu müddət, əsasən, noyabrın 23-29 tarixləri arasında cümə günü olur.
"Qara Cümə" rəsmi bayram deyil, amma bu gün çox işçilər məzuniyyət götürərək, ticarət mərkəzlərinə üz tutur və güzəştli məhsullar alırlar. Həmin gün ticarət obyektlərində alıcıların axını əhəmiyyətli dərəcədə artır. Bu gün mağazalardakı bütün məhsullar endirimlə satılır. Paltar, ayaqqabı, mobil telefon, komputer, televizorlar ucuz təklif edilir. Hər il ən çox satılan məhsullar məhz elektronika məhsulları olur. Adının vahiməli olmasına baxmayaraq, bu gün həm ölkə iqtisadiyyatı, həm insanların büdcəsi, həm də mağazalarının gəliri baxımından effektiv gün hesab olunur.50-80% endirimli mağazalar həmin gün səhər saat 4-5 radələrindən açılır, axşamadək fəaliyyət göstərirlər. Həmin gün insanların küçələrə axışması nəticəsində yollarda tıxaclara da rast gəlmək mümkün olur.
ABŞ mətbuatının məlumatına görə, bu gün endirim edən şirkətlərin gəlirləri il boyu daha da artır. Bu ilki “Qara Cümə”də ABŞ-da alış veriş edənlərin sayının 150 milyonu ötəcəyi, xərclənən məbləğin isə 35 milyarddan çox olacağı gözlənilir."Qara Cümə" günü ABŞ-dan başqa daha bir neçə ölkələrdə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dan fərqləndirən odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir.
Azərbaycanda da bəzi brend mağazalar öz məhsullarını bayram qabağı endirimlə alıcılara təklif edir. Amma, təəssüf olsun ki, məhsullara tətbiq olunan endirim kampaniyaları heç də həmişə reallığı əks etdirmir.
Çünki mağazaların üzərində yüksək faizli endirimlər olduğu yazılsa da, içəridə məhsulların əksər hissəsində endirimdən əsər-əlamət belə yoxdur. Bundan başqa, çox vaxt üzərində endirim yazılan məhsullar heç də keyfiyyətli olmur.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyir ki, Azərbaycana belə bir günün tətbiq edilməsi mümkün deyil. "Çünki Azərbaycanda rəqabət olmadığından bunu da həyata keçirmək olmur. ABŞ-da keçirilən "Qara Cümə" rəqabətin elementidir. Azərbaycana gətirilən malların real qiyməti haqqında heç kmdə təsəvvür yoxdur. Ona görə də onlar dəyərindən bir neçə dəfə baha satılır. Mağazalarda qoyulan endirimli qiymətlər isə, əslində, onların real qiymətinə qədər endirilən dəyərdir. Burada endirimdən əsər əlamət yoxdur".
İqtisadçı onu da əlavə etdi ki, bizdə xüsusi gün yoxdur ki, insanlar büdcələrini yığsınlar və həmin gün istədiklərini ala bilsinlər. Xarici ölkələrdə isə insanlar qabaqcadan bilirlər ki, hansı gün endirimli gündür, ona qabaqcadan hazırlaşırlar, pul ehtiyatı edirlər. Ona görə də bizdə endirimə insanlar inanmırlar.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanın bəzi yerlərində yağış yağacaq
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
Gürcüstanda yaşayan azərbaycanlılar üçün xoş xəbər
Beyazıt Öztürk villasını bu qiymətə satır
Giləmeyvəli piroq (foto resept)
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Stillə geyinən məşhurların qarderobları
Nazir məktəblərdəki nöqsanlardan danışdı
Qızarmış ciyər (foto-resept)
Atanın genləri ilə keçən xüsusiyyətlər
Azərbaycan yol polisi sürücülərə xəbərdarlıq etdi
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Məntiqi suallar
Günün ulduz falı
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
Soyuqdəyməni bir günə necə çıxarmalı?
İş xanımlarının nəzərinə
Krım parlamentindən qalmaqallı bəyanat
Yorğunluğun qarşısını alan məhsullar
Mayli Sayrusun fanatı həbs edildi-SƏBƏB
Gürcüstanda seçkilər başa çatdı
Məşhur cütlük haqqında daha bir fakt məlum oldu-FOTO
Ermənistan KİV: “Paşinyan ABŞ səfirliyinin binasında gizlənir”
Yediyimiz çörəkdə nələr var?..
Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?
Kəlbəcərin son görüntüləri yayıldı - VİDEO
9 noyabr Dövlət Bayrağı günüdür!
"Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək"
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
Azərbaycanda "JEK"lər ləğv olunacaq
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Koronavirusdan necə qazanırlar?
Prezidentdən milli mətbuatın 145 illik yubileyi ilə bağlı SƏRƏNCAM
Ağ çayın faydaları
Azərbaycanda ilanlar evə doldu
5 ölkənin gözəllik sirri
Puldan daha əhəmiyyətli olan
2019-cu ilin xüsusi dekorasiya nümunələri
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı
Abituriyentlərin nəzərinə: Bu gün son gündür
Şimşək çaxacaq, yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
“Survivor”a yeni iştirakçılar gəldi- FOTO
İmmuniteti gücləndirən qidalar
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ
Qoxulu şamlar sağlamlığı təhdid edir
Yataq otağı rəngləri
- ŞƏRHLƏR