İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş A. Qriqoryan könüllü olaraq Azərbaycan tərəfinə keçdiyini deyib: “Bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. İstədiyi vaxt meyvə şirəsi, qəhvə verilir. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, isti yerdə saxlanılır. Otağında televizor var. Qəzetlərin ona verilib-verilmədiyini soruşdum. Bildirdi ki, Azərbaycan dilini bilmədiyi üçün qəzetləri oxuya bilmir. Mənə dedi ki, rəssam olmaq istəyir. Buna görə ona qələm, karandaş və dəftər verilir. Yağlı boya da istədi. Mən də növbəti başçəkmə zamanı ona yağlı boya və digər ləvazimatlar aparacağımı söylədim. Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan, baş çavuş Artur Salmanyan tərəfindən mütəmadi olaraq döyülürmüş. Orada əsgərlərə vaxtı keçmiş yeməklərin verildiyini, qaldıqları yerin soyuq və şəraitsiz olduğunu söylədi. Bildirdi ki, imkanları olsa, digər erməni hərbçilər də onun kimi Azərbaycan tərəfinə keçərlər”.Qeyd edək ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.İlkin dindirmədə Andranik Qriqoryan bildirib: "Mən 1991-ci ildə Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram.Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də, artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var.
Amma açığını deyim ki, burada onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burada məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Ziddiyyətli ata sözləri
"Hercai"nin məşhur aktyoru əsgərlikdən qayıtdı
Zəmzəm suyunun inanılmaz sirləri
Gözaltı ləkələrini açan maska
İbrahim Tatlısesin qızı açıqlamaları ilə heyrətləndirdi
Türkiyənin məşhurları Azərbaycan xalqına başsağlığı verdilər-VİDEO
Azərbaycanda komitə sədri dünyasını dəyişib
"Asan İmza" mobil elektron imza xidməti
Ağdamda yırtıcılar kəndlərə hücum edir
Əl işləri
HAVA necə olacaq?-4 Fevral
Castin Biber geyimi ilə diqqət çəkdi-FOTO
Nyuton mayesi
Qarağat haqqında bilmədiklərimiz
Dəniz Səki arıqlayıb 57 kq oldu-FOTO
Ən az 6 ay əmizdirərək diabetdən qorun
Ananas qabığının faydaları
Masaj texnikaları (II hissə)
Qadınların gizlətdikləri A-dan Z-yə qədərdir
Kann festivalı başlandı - FOTO
Kraliçanın gəlinlərinə QADAДћA-FOTO
Uşaqların duyğularını bölüşmə vasitəsi
40 saat davam edən doğuş
Sarı it ili kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Bakıda "çolaq" işıqfor
Arıqlama preparatları bəzən ölümə aparır
Ebru Polat paylaşdığı şəkli ilə diqqət çəkdi
Vilayət Eyvazov aparıcıya rütbə verdi
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Yerevan boğazına qaz ilgəyi keçirib
4 günə 5 santimetr arıqladan detoks
Yay vaxtına keçid bizə nə verir?
Burak Özçivit təcili xəstəxanaya yerləşdirildi - FOTO
"Türkiyə Azərbaycana kömək edəcək"
İlham Əliyev 2 həftə vaxt qoydu
Ramazanda göz sağlamlığını necə qorumalı?
Leyla Əliyeva internat məktəblərində - FOTO
Mobil telefon istifadəçilərinə xoş xəbər!
İmzanı at...
Azərbaycanlı məktəblidən möhtəşəm layihə
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Madonna 6 övladının FOTOsunu paylaşdı
Burak Özçivit bacısı ilə-FOTO
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Həcdə daha bir dəhşət yaşandı: 4 nəfər ağır vəziyyətdə
Şəkərli diabet xəstələrinə xoş xəbər var
Günün qoroskopu:Uğurlu gündür!
3 bölgədə qaz təchizatı dayandırıldı - SƏBƏB
- ŞƏRHLƏR