Bakıda hava 10°
USD AZN
EUR AZN
08:38Xəyalə Murad Cüməniz mübarək! 08:37Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41223

Azərbaycan tarixindən yüz şəxsiyyət-6

Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Moisey Kalankatlı
(VII əsrin sonu – VIII əsrin əvvəli)
Qafqaz Albaniyası başçısı Cavanşirin hakimiyyət illərində ölkədə sabitlik yaranmış, iqtisadi dirçəliş başlanmış, bu isə öz növbəsində elm və mədəniyyətin inkişafına səbəb olmuşdu. Ölkədə yeni-yeni məktəblər açılmış, şair, memar və alimlərin çalışması üçün yaxşı şərait yaranmışdı. İndi Zəngəzur ərazisi kimi tanınan Syunik adlı alban vilayətində yerləşən məktəbdə alban şair və filosofu Mafusail dərs deyir və əsərlər yaradır, Cavanşirin saray şairi Dəvdək poemaları ilə bütün Şərqdə tanınır, ölkədə möhtəşəm saraylar, qalalar, məbədlər inşa edilirdi. Cavanşirin əmri ilə VII əsrin II yarısında Moisey Kalankatlı albanların və Albaniya dövlətinin tarixini yazmağa başlamışdı.
Moisey Kalankatlı qeyd edir ki, o, Albaniyanın Uti vilayətində yerləşən Kalankat kəndində anadan olub. Alban tayfalarından biri olan utilərin adı da Uti vilayətinin adından götürülüb. Həmin tayfa Qanıx (Alazan) çayından başlamış cənuba doğru uzanan  ərazilərdə,  o cümlədən Yuxarı Qarabağda,Tərtər çayı sahillərində yaşayırdı. Mənbələrdə utilərin Kürün hər iki sahilində və hətta Xəzər dənizi sahilində yaşamaları göstərilir. Hal-hazırda utilər "udin" adı ilə tanınır və Azərbaycan Respublikasının Oğuz rayonunun Nic kəndində yaşayırlar. VII əsrdə böyük kəndlərdən sayılan Kalankat kəndi Bərdə şəhərindən cənub-qərbdə, Tərtər çayı sahilində yerləşirdi. Bərdə- Dəbil ticarət yolunda yerləşən bu kənd daşdan tikilmiş müdafiə divarları ilə hasarlanmışdı. Orta əsrlərdə ərəb coğrafiyaşünasları kəndi "Qolqatus" kimi göstərmişlər. Mənbələrdə yazılır ki, Yerusəlimdə (Qüds) V-VIII əsrlərdə albanlar tərəfindən tikilmiş monastırlar sırasında Kalankat monastırı da var imiş. Bütün deyilənlər sübut edir ki, Moisey Kalankatlı əslən alban olmuş, Albaniya ərazisində doğulmuş və burada fəaliyyət göstərmişdir. Oğlanın adının Moisey olması onun ailəsinin xristian olması ilə bağlıdır. Məlumdur ki, IV əsrdən başlayaraq VIII əsrə-ərəblərin Azərbaycanda bərqərar olmasına qədər ölkəmizdə əsasən xristian dininə ibadət edirlərmiş. Moisey Kalankatlı "Albaniya tarixi" adlı əsərini Cavanşirin ölümündən sonra tamamlamışdır. Əsərdə alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi poemadan bir hissəni verməsi bunu təsdiqləyir. Lakin əsərdə hadisələr 999-cu ilədək təsvir edilir. Bu o deməkdir ki, Moisey Kalankatlının ölümündən sonra onun əsəri hansısa naməlum alban tarixçisi tərəfindən davam etdirilmişdir. Albanların yazıları artıq e.ə. II əsrdə məlum olmuşdur. Həm tarixi mənbələrin məlumatları, həm də qazıntılar nəticəsində tapılmış əşyalar üzərində olan yazılar göstərir ki, qədim alban əlifbasında 52 hərf olmuşdur.
Azərbaycan tarixindən yüz şəxsiyyət-6

Moisey Kalankatlının "Albaniya tarixi" əsəri üç hissədən ibarətdir. Əsərin ilk səhifələrində ən qədim dövrlərdən, faktik olaraq bəşəriyyətin yarandığı zamanlar baş vermiş hadisələrdən bəhs edilir. Təbii ki, bu zaman müəllif dünyanın yaranması, insanın peyda olması haqqında informasiyanı "İncil"-ə əsaslanaraq vermişdir. Kitabın 1-ci hissəsinin 1-ci və 2-ci fəsillərində Bibliya tarixi şərh olunur; albanların mənşəyi Yafəs nəsli ilə bağlanılır və öz yazısı olan 15 xalq sırasında göstərilir. Bu məlumat sübut edir ki, albanlar artıq qədim dövrlərdə digər xalqlardan fərqlənmişlər. Daha sonra müəllif Albaniyanın coğrafi təsvirini verir və onun sərhədlərini göstərir. Bu məlumat müasir erməni saxtakarlarına böyük zərbə vurur, çünki Albaniyanın ta qədimdən Azərbaycan ərazisində mövcud olmasını göstərir və ermənilərin yaşadıqlan ərazilərə heç bir aidiyyətləri olmamasını sübut edir. 4-cü fəsildə müəllif ilk alban hökmdarı kimi Arran adlı şəxsin adını çəkir, sonra isə Arşakilər sülaləsindən olan Urnayr, II Vaçe, III Vaçaqan kimi alban çarlarının hakimiyyətini təsvir edir. Məlumdur ki, həm Arranın nəsli, həm də Arşakilər (ər-sak) qədim türkmənşəli tayfalardan əmələ gəlmişlər. Moisey Kalankatlı Albaniyada təkallahlılığın yayılmasını, xristianlığın qəbul edilməsini təsvir edir. İndiki erməni müəlliflər bildirirlər ki, guya, albanlar xristianlığı ermənilərdən qəbul ediblər. Lakin həm Kalankatlının əsəri, həm digər müəlliflərin tarixi əsərləri, həm də son dövrlərdə Azərbaycan-Norveç arxeoloqlarının Şəkinin Kiş kəndində apardıqları qazıntılar sübut etmişdir ki, albanlar xristianlığı ermənilərdən çox-çox əvvəl, Suriya və Fələstindən gəlmiş missionerlərin təsiri ilə qəbul etmişdilər. Kalankatlı alban kilsəsinin öz başçısına malik olmasını və faktiki müstəqil olduğunu bildirir. Halbuki indiki erməni "tarixçilər" alban kilsə xadimlərinin guya erməni kilsəsinə tabe olduğunu iddia edirlər. Qarabağın Aquen şəhərində 488-ci ildə keçirilən məclisdən söz açan Kalankatlı alban feodallarının qanun qəbuletmə prosesini təsvir edir. Onun əsərində albanların Sasanilərə və Bizansa qarşı mübarizəsi və s. siyasi hadisələr haqqında da məlumat var.
Kitabın 2-ci hissəsində müəllif Arşakilər sülaləsinin süqutu, Mehranilərin hakimiyyətə gəlməsi, Cavanşirin başçılığı ilə alban qoşunlarının Sasani-Bizans və Sasani-ərəb müharibələrində iştirakı haqqında danışır. Müəllif böyük rəğbət hissi ilə Cavanşirin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söhbət açır.
3-cü hissədə ərəblərin Cənubi Qafqaza hücumları göstərilir. Müəllif Albaniya hökmdarlarının və katolikoslarının siyahısını, həmçinin dövrün bir çox rəsmi sənədlərinin tam mətnlərini verməklə indiki erməni saxtakarlarına böyük zərbə vurmuş olur, çünki göstərilən şəxslər arasında bir nəfər də eməni yoxdur.
Mətnin təhlili göstərir ki, 710-cu ildən sonrakı hadisələr kitaba başqaları, Kalankatlının davamçıları tərəfindən əlavə edilib. Moisey Kalankatlının qələmə aldığı "Alban tarixi" əsəri Azərbaycanın erkən orta əsrlər tarixinə aid nadir yerli mənbədir. O, dönə-dönə qeyd edir ki, Albaniya müstəqil dövlətdir, albanlar isə öz tarixi, dili, yazısı və mədəniyyəti olan xalqdır. Bu məlumatlar üzdən-iraq erməni "tədqiqatçılar"-ın Azərbaycanda heç vaxt yerli dövlətlərin olmaması, Qara dənizdən başlamış Xəzər dənizinə qədər bütün ərazilərin ermənilərə məxsus olması barədə uydurmalarını alt-üst edir. Onlar Moisey Kalankatlının dediklərini inkar edə bilmirlər, ona görə də Albaniyanı guya "Böyük Ermənistan" dövlətinin xırda bir vilayəti, əsərin müəllifini isə "Moses Kalankatvasi" adlı bir erməni kimi qələmə verməyə çalışırlar.
Tarixi ədaləti bərpa etmək, Moisey Kalankatlının alban tarixçisi kimi Azərbaycan xalqına məxsus olmasını bütün dünyaya sübut etmək indiki nəslin, müasir Azərbaycan tarixçilərinin mənəvi borcudur.
Səslərin sayı: 2
11
2775
loading...
Şərhlər
Offline
Qəribə
Tarixi ədaləti bərpa etmək, Moisey Kalankatlının alban tarixçisi kimi Azərbaycan xalqına məxsus olmasını bütün dünyaya sübut etmək indiki nəslin, müasir Azərbaycan tarixçilərinin mənəvi borcudu
Tesekkurler, maraqla oxudum.
23 yanvar 2015 16:29
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Nəzrin
Moisey adi goren tarix kitabinda var cunki Yadima gelmiree Kalankatli haqqda azda olsa bilirdim Adini Musa deye bilirdim)))Belkede kitabda var adi yadima gelmir menim.Tesekkur baci
22 yanvar 2015 20:42
Offline
Fatma xanım
Allah vurmuşdu erməniləri tarıxdə Albanlarıda öz adlarına çıxırlar
21 yanvar 2015 17:48
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
nihatmehtizadə
Tarixi yenidən təkrarladıq.Təşəkkürlər. give_ros
21 yanvar 2015 11:20
Offline
.....
mekteb illerim yadima dusdu lap girl_cray
21 yanvar 2015 10:27
Offline
gunay
Bilmediklerimi öyrendim
21 yanvar 2015 07:44
Offline
Ellada Babayeva
Tarixi ədaləti bərpa etmək, Moisey Kalankatlının alban tarixçisi kimi Azərbaycan xalqına məxsus olmasını bütün dünyaya sübut etmək indiki nəslin, müasir Azərbaycan tarixçilərinin mənəvi borcudur.


Qafqaz Albaniyası başçısı Cavanşirin hakimiyyət illərində ölkədə sabitlik yaranmış, iqtisadi dirçəliş başlanmış, bu isə öz növbəsində elm və mədəniyyətin inkişafına səbəb olmuşdu.
20 yanvar 2015 23:55
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Ramilya ))
Sizin sayenizde tarix haqqindaki biliklerimiz yenilenir..cox teshekkurler give_ros
20 yanvar 2015 22:40
Offline
H.M
Tarixi ədaləti bərpa etmək, Moisey Kalankatlının alban tarixçisi kimi Azərbaycan xalqına məxsus olmasını bütün dünyaya sübut etmək indiki nəslin, müasir Azərbaycan tarixçilərinin mənəvi borcudu
20 yanvar 2015 21:57
Offline
kamile
Umumiyyetle tarixe nezer salsaq o vaxtki serkerdeler cox derrakeli olublar,Cavansirin tikdirdiyi qala bizim kendde(Ismayilli rayon Talistan kendi)yerlsir inaniris qala yaninda catmamis gorunmur,duzdu onlarin tarixde iz qoyacaq sehvleri de olub,amma mence onlar indiki rehberlerden qatqat agilli olublar.
20 yanvar 2015 21:53
Offline
Aysel İ.
Məktəb illərində oxumuşdum Ancaq düzü az yadımda qalmışdı. Təşəkkürlər Sərt_əsinti yaddaşımı təzələdim.
20 yanvar 2015 21:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 10 milyon dollarlıq alma satılır-FOTO

    Becərilməsi 20 il davam edən və bir il soyuducuda saxlanıla bilən yeni alma növü bazar günü ABŞ-da satışa çıxarılıb.
  • Bu göbələyin kilosu 20 min dollardır

    Çinin Qədim İpək Yolu üzərində Qərbi Himalay Vadisinin olduğu bölgədə yarım əsrdən çoxdur tərk edilmiş Hind kəndləri yerləşir.
  • Merve Özbey əməliyyat olundu-SƏBƏB

    Pilləkanlardan yıxılaraq, ayaq barmaqları sınan türkiyəli müğənni Merve Özbey əməliyyat olunub.
  • Bu göbələyin kilosu 20 min dollardır

    Çinin Qədim İpək Yolu üzərində Qərbi Himalay Vadisinin olduğu bölgədə yarım əsrdən çoxdur tərk edilmiş kend var
  • Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

    Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə olunacaq.
  • Tavada kərə yağlı kartof (video-resept)

    dadli gorunur qis yemeyi
  • 06:22 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 02:16 - Müəllif: Владимир
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Всем здравия. Обыскал весь рунет в поисках реального вида заработка, который не требует много денег и времени. Попадаются одни мошеннические схемы и прочий хлам. Многие умники пишут о "возможностях заработать большие деньги", но когда спрашиваешь: "Ты уже много зарабатываешь?" - ничего показать не могут. Кто может предложить что-то стоящее? Бады, хайпы, криптовалюты и пирамиды, в которых нет реального товара - не рассматриваю. Теоретики и те, кто "не может" поделиться скриншотами выплат - внимательно читайте подпись! Те, кто верит в сказки (волшебные сайты с опросами, клики, оплаты за просмотры) и не может четко и понятно обьяснить, откуда берутся деньги - не засоряйте пожалуйста тему. Жду адекватных предложений от здравомыслящих людей.
  • 20:22 - Müəllif: #newssuRE
    Hüquqşunas məsləhəti (371)

    Hüquqşunas məsləhəti

    Уважаемые участники форума приглашаем вас посетить наш портал Яндекс Директ Модерация Обзор самых свежих методик, рассмотрение вопросов связанных с блокировкой по п.15.
  • 10 milyon dollarlıq alma satılır-FOTO

    Vaşinqton ABŞ-da ən çox almanın yetişdirildiyi ştatdır. Alma ABŞ-da banandan sonra ikinci ən populyar meyvədir
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!