Bakıda hava 18°
USD AZN
EUR AZN
07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41076

Yeni doğulmuş körpə

Yeni doğulmuş körpə

Yeni doğulmuş körpəyə qulluq zamanı ata-ananın keçirdiyi əsəb və həyəcan təbii və adidir. Ailədə ilk uşaq doğulduğu vaxt bu narahatlıqlar özünü daha çox büruzə verir. Amma körpəyə qayğı və qulluq gücləndikcə valideynin özünə inamı da artır. Əgər körpəyə xəstəxanadaca qulluq etməyə başlasanız, evə gəldiyiniz vaxt özünüzə daha çox inanacaq və yersiz nigarançılıqlardan qurtulacaqsınız.

Unutmayın ki, keçirdiyiniz əsəb ana olmuş bütün canlılara xasdır. Bu nigarançılıq körpənin qorunması üçün Yaradanın hər bir anaya bəxş etdiyi səciyyəvi xasiyyətdir. Hər bir körpənin qayğıya möhtac olduğu dövrdə mövcud nəsilin davamı üçün ana zəruri qüvvələrlə təchiz olunur. Hər halda bir çox genetik və bioloji amillər körpənin asayişini tənzimləyir.

Övladı qorumaq istəyi irsi xüsusiyyətdir. Körpənin inkişaf dövründəki müxtəlif biokimyəvi amillər ananın vücudunda əvvəlcədən yerləşdirilmiş hissələri oyadır. Doğumdan dərhal sonrakı böhranlı dövrdə ana ilə övlad arasında bağlılıq yaranır. Əgər bu dövrdə övlad anadan ayrılırsa, ana-övlad bağlılığı zəifləyər. Əksər xəstəxanalarda doğumdan dərhal sonra övlad anadan ayrılır. Bu işin səbəbini soruşmaq lazımdır. Ana və körpə yaxınlığa çox ehtiyaclıdırlar və bu yaxınlıq onları şövqə gətirir. Ana doğduğu körpə ilə yaxınlığa can atır. Onu qucaqlamaq, onunla danışmaq istəyir. Körpənin dodağında təbəssüm görünən kimi ana da gülümsəyir. Körpə öz anasını bu reaksiyasından tanıyır. Mənim fikrimcə, bu xüsusiyyət Yaradanın anaya əta etdiyi bioloji xüsusiyyətdir və onu yaratmağa ehtiyac yoxdur. Zənnimcə, ana-övlad rabitəsinə başqalarının müdaxiləsinin qarşısını almaq kifayətdir. 

Yeni doğulmuş körpə

İlk həftə və aylarda körpəniz sizə ehtiyac duyur. O, bu dövrdə sizin münasibətlərinizə qarşı  çox həssasdır. Körpə sizin məhəbbətinizə, qayğınıza, ağuşunuza, təbəssümünüzə ehtiyac duyur. O, əmin olmaq istəyir ki, ətraf mühit onun hər bir hərəkətinə reaksiya verir. Təbiətin sizə bəxş etdiyi xüsusiyyətlər azca zəhmətlə izhar edildiyi vaxt körpəni razı salır. Siz körpəni ağuşunuza alıb yırğaladığınız vaxt onun hiss üzvlərində elə hərəkətlər oyanır ki, belə bir reaksiya başqa vasitələrlə müyəssər deyil. Sizin yaxınlığınızın körpəyə daha çox təsir etməsi üçün təbii hisslərinizə itaət etməlisiniz. Belə etməsəniz, bəşəriyyətin mühüm bir təcrübəsini inkar etmiş olarsınız. Ana təbii xüsusiyyətlərinə biganəlik göstərərsə, körpə vaxtında öyrənmək şansını əldən verir. Təzə doğulmuş körpənin anadan təbii yolla öyrəndiklərini sonrakı təlim-tərbiyə əvəz edə bilmir. Susuzluqdan qurumuş bitkiyə sonradan su verməklə onu diriltmək olmaz.

Mütaliə və müşahidələrdən aydın olur ki, yeni doğulmuş körpə görür, eşidir, diqqət yetirir, hərəkətdə olan obyektləri seçir. Onun görmə, eşitmə, dadma, toxunma, qoxulama kimi hiss üzvləri fəaliyyət göstərir. Doğulmuş körpə 48 saatdan sonra gözləri ilə ətrafdakı hərəkətləri izləməyə başlayır. O, ağ-qara rənglərə nisbətən açıq rənglərə daha çox üstünlük verir. Reaksiyalar təsadüfi xarakter daşımır. Körpə ananın hərəkət ritmini digərlərinin hərəkət ritmindən seçir. Şəxsi müşahidələrimdən bu nəticəyə gəlmişəm ki, təzə doğulmuş körpələrin saxlandığı otaqda hər hansı bir səs, xüsusi ilə təbii ürək döyüntüsü səsi onların az ağlamasına səbəb olur. Uşaqda asanlıqla müşahidə olunan xüsusiyyətlərdən biri onun təkrar hərəkətləri yadda saxlamasıdır. O, müxtəlif hərəkətlərə fərqli reaksiya göstərir, təkrar etdiyi hərəkətlərə vərdiş edir. O, ən kiçik hərəkəti belə nəzərdən qaçırmır. Araşdırmalardan məlum olur ki, körpə şəraitə tez uyğunlaşır və tez də yorulub yeni şərait tələb edir. Onun müxtəlif hərəkətləri fərqləndirməsi göz qabağındadır. Bu müşahidələr onu da göstərir ki, yeni doğulmuş körpə yaddaşa malikdir. Xoşbəxtlikdən hamı bilir ki, hiss üzvlərinin hərəkətə gəlməsi və bunun nəticəsində əsəb sisteminin oyanması körpənin gələcək əhatə dairəsini genişləndirir.

Bəzi valideynlər elə təsəvvür edirlər ki, körpə yalnız yeməyə, yuxuya və quru paltara ehtiyac duyur. Əlbəttə ki, belə deyil. Hər bir körpə beş fəal hissiyyatla dünyaya gəlir. Onda görmə, eşitmə, dadma, qoxulama, toxunma hissləri hərəkətdədir. Körpə temperatur dəyişməsini, ağrını, yer dəyişməni hiss edir. Onu da qeyd edək ki, körpədə bu günədək kəşf olunmamış qüvvələr də ola bilər. Amma bunu dəqiq bilirəm ki, körpənin hərəkətə böyük ehtiyacı var. O da böyüklər kimi yorulur, hövsələsizlik göstərir.

Müşahidələrdən məlum olur ki, az hərəkət etdirilən uşaq ətrafa az maraq göstərir və adi hərəkətlərlə qarşılaşdığı zaman qorxub diksinir. Maraqlıdır ki, həddən ziyadə hərəkət etdirilən uşaqlar da qorxu və narahatlıq keçirir. Belə körpələr hər hansı bir hərəkətdən çəkinirlər. Körpə yalnız o hərəkətlərə ehtiyaclıdır ki, onun tutumuna və qüvvəsinə uyğun olsun, hiss üzvlərini oyandıra bilsin. Normal həddə təhrik olunan körpələrin yaddaşı güclü olur və bu körpələr həm öyrəndiklərindən, həm də irsi biliklərindən lazımınca istifadə edə bilirlər. 

Yeni doğulmuş körpə

Ehtimal olunur ki, körpənin hiss üzvləri hələ ana bətnində olduğu vaxt oyanmağa başlayır. Hamilə qadın hərəkət etdiyi vaxt bu hərəkət nəql olunur və körpə “Vestibular Apparatus” adlanan əsəb sistemi üzvü vasitəsi ilə harəkətə gəlir. İnkişafda olan körpə bətnin divarlarına toxunduğunu hiss edir. Ananın ürək döyüntüləri, qidalanma zamanı yaranan səslər körpənin eşitmə hissini oyandırır. Bətndəki körpə hətta anadan kənardakı səslərə də reaksiya verir. Biz bətndəki körpənin görmədiyini də iddia edə bilmərik. Hər bir insan gözləri qapalı olduğu vaxt işığı qaranlıqdan seçir, hətta yuxu görür.

Bilməliyik ki, bətndə olan körpə hərəkət edirsə, doğulduqdan sonra onun daha çox hərəkətə ehtiyacı olur. Müşahidələr göstərir ki, bətndə fəal olan körpə doğulduqdan sonra da fəal və huşlu olur. Ona görə də analara tövsiyə olunur ki, hamiləlik dövründə adi vaxtlardakı tək hərəkətdə olsunlar. Əlbəttə ki, hamiləliyi poza biləcək ağır hərəkətlər yolverilməzdir. Bətnindəki körpəni qorumaq üçün az hərəkət edən ana əslində öz körpəsinin inkişafını əngəlləyir. Ananın adi hərəkətləri körpənin xeyirinədir.

Digər maraqlı nöqtə budur ki, hamiləlik dövründə ananın hərəkətləri körpə üçün faydalı olsa da, körpənin ilkin ehtiyacları irsi yolla təmin olunur. Bu xüsusiyyət insanın təkamül dövründə formalaşıb və insan nəslinin davamında müstəsna rol oynayır.

İlk olaraq hisslərin oyanması ehtiyacı ana körpəsinə süd verdiyi zaman təmin olunur. Təzə doğulmuş körpələrin əksəriyyəti uzun müddət yuxuda olur və yemək üçün oyanırlar.

Körpənin görmə hissi ananın hərəkətlərinə baxmaqla hərəkətə gəlir. Süd əmən körpə gözlərini ananın gözlərinə dikir. Onun nüfuzedici baxışları anada təbəssüm yaradır və onu uşaqdili danışmağa vadar edir. Körpəni qucağa elə götürmək lazımdır ki, o, özünü rahat hiss etsin. Bu hiss onun toxunma hissini gücləndirir. Əksər analar öz körpəsinə süd verərkən ona nəvaziş göstərir, sığallayırlar. Bu hərəkət və səslər körpəni lazımınca hərəkətə gətirir. Süd əmdiyi vaxt körpənin bütün hiss üzvləri fəal olur. O, südün ləzzətini dadır, anasını qoxulayır, əli ilə ona toxunur, hərəkətlərə baxır, səslərə qulaq asır. Bütün bu hisslər sakitliklə müşayiət olunursa, körpə sevinc duyur. O, öz ehtiyaclarının ödənməsi üçün sizin intizarınızdadır.

Ananın əsəbi, qəm-qüssəsi əmizdirdiyi körpəyə keçir. Ananın sərt, qəfil hərəkətləri onu qorxudur və körpə narahat uşağa çevrilir. Təcrübəsizlikdən doğan narahatlığı başqa narahatlıqlarla bir tutmaq olmaz. Təcrübəsizlikdən doğan həyəcanlar təbiətin köməyi ilə aradan qalxır. Ən təcrübəsiz ana lazımınca çalışırsa, tez bir zamanda övladına qayğı göstərməyi öyrənir və narahatlıqlar aradan qalxır.

Hər bir ana özü döş əmizdirməkdən keçirdiyi hissləri müəyyənləşdirməlidir. Bu məsələdə başqalarının tövsiyələri yox, ata-ananın münasibəti əsas götürülməlidir. Əgər körpənizi döşünüzdən qidalandırmaq istəyirsinizsə, buyurun. Əgər bu iş sizdə mənfi emosiyalar yaradırsa, əvvəlcədən bu yoldan çəkinin. Körpəyə süd verməkdə ən əhəmiyyətli amil sizin istəyinizdir. Özünəinam və müsbət emosiyalar körpənin hansı yolla qidalandırılmasından daha çox əhəmiyyət kəsb edir. Əgər ana körpəni döşündən qidalandırmamağı ona xəyanət hesab edirsə, bu hisslərin doğurduğu emosiyalar körpəni əmməkdən çəkindirə bilər. Diqqət etmək lazımdır ki, körpə döşə, yoxsa əmzikli şüşəyə üstünlük verir. Onun həvəslə qidalanması ananı xoşhal edir. Hislərinizə diqqət etsəniz, körpənin qidalandırılması ləzzətli bir işə çevrilər. Bunu da unutmaq olmaz ki, uşaq böyüdükcə ana südünün tərkibi onun ehtiyaclarına uyğun şəkildə dəyişir. Bu tərkib dəyişməsi bir daha onu sübut edir ki, ana südünü heç bir qida əvəz edə bilməz.

Əgər siz bu məsələdə tərəddüd edirsinizsə, məsləhət görürəm ki, körpənizi döşünüzdən qidalandırasınız. Çünki bu ən təbii yoldur. Başqa bir nöqtəyə də diqqət etmək zəruridir. Körpəsini döşündən qidalandıran ana gündə dörd-beş saat onunla təmasda olur. Ananın öz körpəsi ilə təmasları körpənin psixoloji təkamülü üçün çox faydalıdır. Çünki cismani təmas körpənin bütün hiss üzvlərini hərəkətə gətirir və bu yolla ruhi sağlamlıq təmin olunur. Körpəsini döşündən əmizdirən ana heç bir əziyyət çəkmədən onun psixoloji problemlərini həll edir.

Yeni doğulmuş körpə

Körpə niyə ağlayır?

Ağlama fiziki və ya psixoloji narahatlıq əlamətidir. Fiziki narahatlıqlara aclığı, paltarların yaşlığını, isti və ya soyuğu, köp səbəbindən qarın sancılarını, paltar və ya yatağın bədəni əzməsini misal gösərmək olar. Bu mövzuda kifayət qədər kitablar yazılıb. Amma psixoloji narahatlıqların amilləri hələ də qaranlıq qalmaqdadır. Körpənin ruhi narahatlıqlarına qarşı diqqətli olmaq, onun hisslərini hərəkətə gətirmək, fiziki ehtiyaclarını təmin etməklə hövsələsizliyini aradan qaldırmaq çox mühümdür.

Ağlayan uşaq, adətən, qəmgindir. Siz onu sevindirməlisiniz. Narahatlığın səbəbini tapmağa çalışın. Körpəni haldan düşənədək ağlamağa qoymayın. İlk on ayda bu tövsiyəyə xüsusi diqqət yetirin. Çünki məhz bu dövrdə uşağın ətrafa inamı formalaşır. O, ağladığı vaxt qayğı görürsə, inanır ki, insanlar bir-birlərinin dərdinə şərikdir.

Əgər uşağı beşikdən götürdükdə sakitləşirsə, demək, o, qalxmağa ehtiyac duyur. Onu yerindən qaldırdığınız zaman ətrafdakı mənzərələr görmə hissini, onunla bədən təması toxunma hissini oyadır. Hisslər hərəkətə gəldikcə körpə xoşhal olur. Demək, körpə ağlamaqda davam edirsə, onu qaldırmaq lazımdır. Yerindən qaldırılan körpənin hissləri oyandığı üçün o daha az ağlayır.

Əgər körpənin uzun müddət ağlamasına yol versəniz, o elə təsəvvür edə bilər ki, ətrafdan kömək gözləməyə dəyməz. Bu münasibət davam etsə, körpə ətrafdan ümidini üzüb, ehtiyaclarını təmin etmək üçün başqa yollar axtaracaq. O, yerindən təkan verib başını çarpayının divarlarına vura bilər, ümidsizlik içində yatmağa adət edə bilər. Əgər narahatlıq yalnız yuxuya getməklə və körpənin öz cəhdləri ilə azalarsa, bu üsul vərdiş şəklini alır. Bu vərdiş körpəni özünə qapanmağa, həqiqətlərdən qaçmağa vadar edir. Aydındır ki, körpə, beləcə, başqalarından kömək istəməyə yadırğayır. Bu üsul yetkinlik yaşınadək davam edərsə, şizofreniya ilə üzləşmək mümkündür.

Yeni doğulmuş körpə

Bəzən ağlayan körpə yanında bir adam gördükdə sakitləşir. O, evdə adam olduğunu hiss etməklə rahatlaşır. Bu hal, adətən, altı aylıq dövrdə müşahidə edilir. Bununla belə uşaq fiziki təmasa və sizi görməyə ehtiyac duyur, arxayın olmaq üçün onu qucağınıza götürməyinizi istəyir. Amma yeriməyə başladıqdan sonra mümkündür ki, sizi daimi görməyinə zərurət qalmasın. Arabir isə onun yanında olmağınız lazımdır. Məsələn, oyuncaqlarla əylənən körpə sizi gördüyü vaxt işini yarımçıq qoyub üstünüzə qaçır. Sizin hüzurunuzdan arxayınlaşıb yenidən öz işinə qayıdır. Bu bir daha sübut edir ki, körpə sizə ehtiyac duyur. Körpənin nə vaxtsa fiziki təmasdan çəkinməsi çox maraqlı xüsusiyyətdir. İlkin ehtiyaclarından biri ödənmiş körpə növbəti inkişaf mərhələsinin çətinliklərinə hazırlaşır.

Sizə güclü bağlı olan körpəni müstəqilliyə vadar edə bilməssiniz. Bu, çox faydasız cəhddir. Körpə asılılıq dövrünün ehtiyaclarını təmin etdikdən sonra müstəqilliyi öyrənir. Valideynlərin və qəyyumların dilindən dəfələrlə eşitmişik ki, ağlayan körpə qucaq istəyir. Bəziləri elə güman edirlər ki, körpənin nazı ilə çox oynamaq olmaz. Onların fikrincə, körpə o qədər ağlamalıdır ki, adam olsun. Əslində isə bu münasibət körpə üçün çox iztirablıdır. Bəli, narahatlıq yaddaşı gücləndirir. Amma narahatlığın faydalı həddini müəyyənləşdirib ifratdan çəkinməliyik. Valideynin ilkin mərhələlərdən körpəni çətinliklərə dözümlü etmək istəyi düzgün metod deyil. Valideyndən belə münasibət görən körpə ona inamını itirir. Körpənin sizə güclü bağlı olduğu dövrdə onun ehtiyaclarının ödənməsində ona köməkçi olmalısınız. Yalnız o yaşda körpəni müstəqilliyə sövq etmək olar ki, onun çətinliklərlə üzbəüz durmağa tutumu və gücü olsun.

Səslərin sayı: 7
27
7868
loading...
Şərhlər
Offline
Asi
Allah Ana olmaq istəyən gəlinlərimizin arzusuna çatdırsın inşallah tez bir zamanda.

AMIN
Maraqlıdır.Təşəkkür edirəm.

Maraqlıdır.Təşəkkür edirəm.

Tesekkurler give_ros
24 fevral 2015 15:08
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
nigar dadasova
Maraqlıdır.Təşəkkür edirəm.
26 dekabr 2014 08:43
Offline
Zehra.
Maraqlıdır.Təşəkkür edirəm.
22 dekabr 2014 10:02
Offline
Pərvanə
Allah Ana olmaq istəyən gəlinlərimizin arzusuna çatdırsın inşallah tez bir zamanda.
21 dekabr 2014 15:36
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Asi
Yeni analar ucun ela meslehetlerdi butun xanimlara qismet olsun insallah :

INSALLAH
3 dekabr 2014 10:19
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Gulsum Memmedova
Yeni analar ucun ela meslehetlerdi butun xanimlara qismet olsun insallah :)
17 noyabr 2014 02:12
Offline
Asi
A.N.A,
Allah saxlasin canm give_ros
Xanim_Xatun,
give_ros
16 noyabr 2014 01:17
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Xanim_Xatun
Oy menim o stresli gunlerim....Çox şükür otub getdi yuxusun qaldigim gunlerim..
16 noyabr 2014 01:05
Offline
Realist
Mənim qızım, ta doğulduğu andan, bu günə kimi mızıldayır. Qarnı ac olsun, tox olsun, fərqi yoxdur. 1 yaş 3 aylıqdır, ancaq mən, yenə də stress içindəyəm. Allaha şükür ki, xəstəliyi yoxdur. Lakin çox qayğı istəyir. O qayğını da, əsirgəmirəm. Hər şeyi, bütün xobbilərimi, məşğuliyyətlərimi kənara atmışam, yenə də bu şahzadəni razı sala bilmirəm. Hal-hazırda da əsəblərim gərgindir. Maraqlı və dolğun xəbər hazırlamısan, təşəkkürlər, Asi bacım. O gün olsun, sən də ana olasan! Amin.
15 noyabr 2014 23:21
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Asi
PƏRVANƏ ƏLİYEVA......,
Cox sagol canim INSALLAH olsun soz paylasacam air_kiss
gun ka,
D.R Deniz,
tesekkurler give_ros
15 noyabr 2014 23:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Menim Bboyuk oqlum hardasa 9 yasha kimi mennen ayrilmadi mennen yatirdi.Balacam olannan sonra oda 3 yasha kimi mennen yatirdi.Sonra iki qardash ayri otqlari var orda yatirlar.Ama her gece ne olur olsun belke gece 10 defe durub gedirem baxiramki goresen ustleri aciq qaldimi.Bu xeber esasda yenice ana olmush xanimlar ucun ela xeberdi.Allah ovlad arzusunda olan butun xanimlara Ana olmaq hissini yashatsin.Asi canim o gun olsun ki sende bu gozel hissleri bizlerle bolushesen.Aminnnnn.
Gozel xebere gore coxsaqol.. give_ros
15 noyabr 2014 17:37
Offline
Deniz N-va
Tesekkurleer ovladi olanlar ucun cox faydali xeberdir give_ros
15 noyabr 2014 13:11
Offline
gun ka
R....G,
mende anadan olandan anam meni yaninda yatizdirib toyum olan gune kimi sonra qonaq getdik ondada anamla yatdim sene bir soz deyim onda hem ana qizini cox qisqanir hemde qiz anani ozumden goturub deyirem atam hecvax anamin yeni bizim otagimiza gire bilmezdi cunki men deli olurdum agliyirdim qisqanirdim anamda meni nisanli vaxti nisanlima qisqanirdi etrafimdada beleleri coxdu
15 noyabr 2014 11:22
Offline
Asi
R....G,
AYSUN MEMMEDOVA,
cox sagolun give_ros
15 noyabr 2014 09:06
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
איסון ממדוב.
Cox gozel xeberdi canim Allahim bu gozel hissi tumu arusunda olanlara qismet etsin insallah senle bahem amin.Men birincii yuxuya hesret idim evde durdular gordulerki usaq qucaqimda yeylenir cox aqlaqan idi oqlum qizimsa artiq 1 yas 9 ayliqdi gecenin bir yari durub aqlayrki qucaqinda yatim love
15 noyabr 2014 08:35
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
R....G
Menim qizim olanda vaallah butun aile deydi bir-birime...qizimi evellden oz yanimda yatirtmiwam ve coxda xowbextem buna goreallah ALLAH butun balalari qorusun AMIN

xebere gore de tewekkurler give_ros give_ros give_ros wink
15 noyabr 2014 04:28
Offline
Asi
Dəniz84,
Allah saxlasin serhe gore cox sagol give_ros
gun ka,
tesekkurler give_ros
15 noyabr 2014 01:46
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Aysel İ.
İlk uşaqda çox həyəcanlı və narahat idik. Hətta gecə saat 3-də anama zəng vurduum günlər olub. Bir balaca xəstələndiyində onunla ağladığım günlər olub. 2-ci və 3-cü uşaqda isə artıq təcrübəli idim.
14 noyabr 2014 23:48
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gun ka
Çox sagolun xeber ucun ana olamaga hazirlasan ana ucun bu xeberler lap yerine dusur cox sagolun bizleri fikirlesib mariflendirdiyiniz ucun
14 noyabr 2014 23:30
Offline
Asi
Qəribə,
cox sagol canm air_kiss
QWEN,
give_ros
14 noyabr 2014 22:57
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış