Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.
Portret janrının ustalarından biri olan, Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir. Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
Böyükağa Mirzəzadə 2007-ci ildə 87 yaşında vəfat etmisdir.
XƏBƏR LENTİ
Türkiyəli məşhurlardan Azərbaycana Qarabağ DƏSTƏYİ
Bakılının çimərlik paltarı
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
Güllərin rənginə görə mənası
Yay üçün hündürdaban ayaqqabılar
Gözel uşaqlar daha tez-tez depresiyaya düşür.
Mark nə üçün sərvətindən 3,3 milyard itirdi? - SƏBƏB
Günün ulduz falı - 04.12.2013
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara "hökm" oxundu
Bir geyimdən müxtəlif obrazlar...
Suyu qaynadıb içmək olarmı?
Kartoflu qızılgül (foto resept)
250-dən çox insanın ölümünə səbəb olan selfi
ABŞ səmasında nəhəng UNO göründü - VİDEO
Novruz bayramının konseptual-fəlsəfi əsasları
Bu robot 19 dildə danışır
Bu il qütb parıltısı daha çox ərazidə müşahidə olunacaq
COVID-19-un iki müxtəlif növü barədə məlumat verildi
Günün qoroskopu: yeni işə başlamaq olar
Gecə ayaqqabıları
Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul - FOTO
Ermənilərin Min bir Gecə paxıllığı
Gəlin-qaynana davası...
Türkiyədə zəlzələ
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Ronaldunun yeni yaxtasının qiyməti məlum oldu - FOTO
Cüyent Arkın Cağatayın serialına çəkiləcəkmi?
Ronaldodan yeni rekord
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
Mehriban Əliyevaya “Qurani Kərim” hədiyyə olundu - FOTO
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Leyla və Arzu Əliyevalar açılışda
Peyğəmbərin ağız suyu ilə tikilən bina
Timati sevgilisindən ayrıldı
Ən ağıllı heyvanlar hansılardır?
Mehmet Ali Erbil 63 gündən sonra komadan ayıldı-FOTO
Zebra keks (foto resept)
Həftəsonu imtahan verəcək şagirdlərin nəzərinə!
Yay və yoğur
Melaniya Trampın yeni imici bəyənilmədi - FOTO
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Qadının öz həyatını idarə etmə bacarığı
Bülbülün 120 illik yubileyi keçiriləcək
Hündürdaban ayaqqabılar oynaq ağrılarına səbəb olur
Hansı ölkə internet lideridir?
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Robotun məqaləsi dərc olundu-TARİXDƏ BİR İLK
Meqan Marklın cangüdəni diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR