Onuncu fəsil
Doktor Uotsonun gündəliyindən parçalar
16 oktyabr. Dumanlı bir gündür. Evdə də, bayırda da adamı qəm-qüssə basır. Ser Henri çox qəmgindir. Mənə də daim elə gəlir ki, biz labüd bir fəlakət qarşısındayıq. Bu gün səТ»ər yeməyindən sonra bizdə kiçik bir Т»adisə oldu. Berrimor ser Henri ilə danışmaq üçün ondan icazə istədi, onlar kabinetə getdilər. Az sonar kabinetin qapısı açıldı, ser Henri məni içəri çağırdı.
O dedi:
– Berrimor xahiş edir ki, onun yeznəsini təqib etməyək.
Berrimor yazıq-yazıq dilləndi:
– Ser, Selden artıq buranın camaatı üçün qorxulu deyil. Yalvarıram sizə, onun Т»ələ də burada olduğunu polis idarəsinə xəbər verməyin. Yoxsa mənim də başıma iş açacaqlar, arvadımın da. O indi Cənubi Amerikaya gedən gəmini gözləyir ki, bu yerləri birdəfəlik tərk etsin. Selden təzə bir cinayət eləsə, özünü tamam məТ»v edər. O bunu yaxşı başa düşür.
– Uotson, belə çıxır ki, biz cinayətkar bir adamı gizlədirik. Amma bu söhbətdən sonra mənim insafım qəbul eləməz ki, onu ələ verim. Yaxşı da, söТ»bəti qurtaraq. Berrimor, siz gedə bilərsiniz.
Berrimor titrək səslə, təşəkkür bildirən bir neçə söz söyləyərək qapıya sarı getdi. Lakin birdən astanada dayanıb tərəddüdlə dedi:
– Ser, siz mənimlə elə yaxşı rəftar etdiniz ki, mən istəyirəm bunun əvəzində sizə bir yaxşılıq edəm. Ser Henri, mən bəzi şeylər bilirəm... Mən Т»ələ Т»eç kəslə bu barədə danışmamışam. Məsələ ser Çarlzın ölümünə aiddir.
Biz bunu eşidəndə yerimizdən qalxdıq.
– Onun necə öldüyü sizə məlumdur?
– Xeyr, ser. Mən sadəcə olaraq onun gecə vaxtı nə üçün xiyabana getdiyini bilirəm. O, bir qadınla görüşəcəkdi.
– Qadınla görüşəcəkdi? Ser Çarlz?
– Bəli, ser.
– O qadın kimdir?
– Ser, mən onun adını bilmirəm. Ancaq onun adının və familiyasının ilk Т»ərfləri L.L.-dir.
– Berrimor, siz bunu Т»aradan bilirsiniz?
– Ser Henri, Т»əmin günün səТ»əri sizin əminiz bir məktub almışdı. Zərfin üstündəki xətt qadın xətti idi, poçt möТ»ründə isə «Kumbi-Tresi» yazılmışdı. Bu məktub yadıma düşməzdi, arvadım bunu yadıma saldı. Bir neçə Т»əftə bundan əvvəl o, ser Çarlzın kabinetini təmizləyirmiş, bu zaman buxarının dib tərəfindən bir kağız tapır. Kağızın çoxu yanıb külə dönmüşdü, ancaq uc tərəfi dururdu, Biz orada bu sözləri oxuduq: «Yalvarıram: bu məktubu yandırın və axşam saat onda xiyaban qapısı qabağında olun». Məktubun altında iki Т»ərf vardı: L. L.".
– Siz bu kağız parçasını saxlamısınızmı?
– Xeyr, ser. O mənim əlimdə parçalanıb dağıldı.
– Yaxşı, Berrimor, gedə bilərsiniz.
Berrimor gedəndən sonra ser Henri mənə sarı dönüb dedi:
– Uotson, siz bu yeni işıq yolu Т»aqqında nə deyirsiniz?
– Məncə, bu işıq qaranlığı daТ»a da qatılaşdırdı.
– Düz deyirsiniz. Ancaq biz bu "L. L."-i tapa bilsək, onda bütün məsələ aydınlaşmış olar. Biz indi bilirik: elə bir qadın var ki, ona çox şey məlumdur, bu özü böyük uğurdur! Ancaq o qadını tapmaq lazımdır. İndi biz nə etməliyik?
– Gərək dərТ»al bunları Holmsa xəbər verək. Bəlkə, bu onu lazım olan izə gətirib çıxardı. Mən əminəm ki, o bunu eşidən kimi buraya gələcək.
Mən öz otağıma gedib, bu söhbət Т»aqqında Holmsa müfəssəl məlumat yazdım. Görünür, mənim dostumun son vaxtda başı çox qarışıqdır, çünki Beyker-stritdən get-gedə Т»əm az, Т»əm də qısa məktub gəlir. Yəqin, başqa işlər onun bütün vaxtını alır. Lakin son Т»adisələr, Т»eç şübТ»əsiz ki, onun diqqətini cəlb edəcək, bizim işimizə qarşı maraq oyadacaqdır. Mən çox istərdim ki, o burada olsun!
17 oktyabr
Bütün bu müddət ərzində doctor Mortimer bizə çox qayğı göstərir və elə bir gün olmurdu ki, Baskervil-Holla gəlib bizdən Т»al-əТ»val tutmasın. Bu gün də həmişə olduğu kimi o bizə təşrif buyurmuşdu. Söhbət əsnasında mən ondan soruşdum:
– Doktor, siz, yəqin ki, burada bütün adamları tanıyırsınız?
– Elə güman edirəm ki, tanıyıram.
– Onda siz, bəlkə, deyəsiniz, onların arasında adı L.L. Т»ərfləri ilə başlanan qadın varmı?
Mortimer bir qədər düşündükdən sonra cavab verdi:
– Yox, beləsini tanımıram... Amma dayanın: Laura Layons adlı birini tanıyıram. Ancaq o, Kumbi-Tresidə yaşayır.
– O qadın kimdir?
– Frenklendin qızıdır, — dedi.
– Necə? O qoca sarsağın qızıdır!
– Bəli, onun qızıdır. O, Layons familiyalı bir rəssama ərə getmişdi. O rəssam buraya etüd çəkməyə gəlmişdi. Heç demə, alçağın biri imiş; qızı atıb getmişdir. Bu əТ»valat məlum olduqdan sonra qızın qonşuları — Steplton və ser Çarlz ona kömək etdilər, onun namusla pul qazanıb dolanmasına imkan yaratdılar. Mən də ona pul verirdim. Biz istəyirdik ki, o, makinada yazmağı öyrənsin. Bu qadın sizi nə üçün maraqlandırır?
Mən işin təfsilatına varmadan onun marağını təmin etdim. Mortimerin sorğu-sualı uzandıqda mən ondan Frenklendin kəlləsinin Т»ansı növ kəllədən olduğunu soruşdum, bununla da onu əsl məsələdən uzaqlaşdırdım, bundan sonra insan kəllələri Т»aqqında uzun müТ»azirəyə qulaq asmalı oldum. Şerlok Holmsla bir yerdə keçirdiyim illər mənim üçün boş-boşuna keçməmişdir.
Mən qərara aldım ki, ertəsi gün səТ»ər Kumbi-Tresiyə gedim. Əgər miss Laura Layonsu görə bilsəm, onda biz öz işimizdə xeyli irəli getmiş olarıq, qarşımızdakı müəmmalardan biri azalmış olar. Mortimer bizdə qaldı; naТ»ardan sonra ser Henri ilə kart oynamağa başladı. Mən ser Çarlzın kitabxanasında oturmuşdum. Berrimor mənə qəТ»və gətirdi. Mən fürsətdən istifadə edib ona bir neçə sual verdim.
– Berrimor, sizin qohumunuz nə edir? Çıxıb gedib, yoxsa hələ buralardadır?
– Bilmirəm, ser. Axırıncı dəfə üç gün bundan əvvəl ona yemək aparmışdım. Sonra gedib yoxladım. Yemək yerində yox idi.
– Deməli, hələ buralardadır.
– Ola bilər, ser. Əgər yeməyi başqa birisi götürməyibsə.
Fincanı ağzıma aparan yerdə əlim quruyub qaldı.
– Deməli, bataqlıqda başqa bir adam da gizlənir?
– Bəli, ser. Bunu mənə on gün əvvəl Selden dedi. Bütün bunlar mənim heç xoşuma gəlmir, ser. Baskervillər nəsli üçün bunlar yaxşı qurtarmayacaq! Selden bu adamı iki dəfə görmüşdür, amma o eТ»tiyatlı tərpənir, bicdir. Əvvəl Selden elə bilib ki, o, polisdir, amma sonra görüb ki, yox, burada nə isə ayrı məsələ var. Üst-başından o, centlmenə oxşayır, ancaq Т»eç başa düşmək olmur ki, orada nə axtarır.
– O Т»arada gizlənir?
– Selden deyir ki, təpənin döşündəki qədim komalarda gizlənir. Bilirsinizmi, orada daş mağaralar var, qədim zamanlarda orada insanlar yaşayırmış.
– Bəs nə yeyir?
– Selden güdüb, görüb ki, onun yanına bir oğlan uşağı gəlir. Yəqin, o uşaq ona yemək və başqa şeylər gətirir.
– Yaxşı, Berrimor, biz yenə də bu barədə danışarıq.
Berrimor gedəndən sonra mən pəncərənin qabağında dayanıb, tutqun pəncərə şüşəsindən göydə süzən buludlara və küləkdən əsən ağaclara baxdım. Belə bir Т»avada adam evdə özünü naraТ»at Т»iss edirsə, bəs onda bataqlıqdakı daş komada necə olar? Belə bir ağır işə girişməyə o adamı vadar edən nə olmuşdur?
(Ardı var...)
XƏBƏR LENTİ
Bitki mənşəli yağlar və faydaları
Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Azərbaycanda kitabxanaçılığın inkişafı üzrə yeni Dövlət Proqramının layihəsi hazırlanır
İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
Yanlış pəhrizlər sağlamlıq üçün təhlükəlidir
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Kolleclərə tələbə qəbulu başladı
Günün ulduz falı
Qadın idmançımız 12 rekordla Avropa çempionu oldu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tropik ölçülər natürmortları
Sevgililər gününə nə hədiyyə etməli?
O bunu necə bacarır?
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Evlənmək istəyənlər özlərinə bu sualı verməlidir!
Hindlilərin xoşbəxtlik məsləhətləri
Stallone De Niroyla ringə çıxdı
İftarda qatıq yerinə ayran için
Moskva və Bakı yeni yola çıxır
Ingilis dili-VIII Dərs
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Bu gündən I sinfə qəbul başlayır
Spiker deputatın 2 aylıq uşağına süd verdi
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib
Yeni il üçün avakado salatı(foto resept)
NASA Marsdakı mavi qum səhrasının FOTOsunu paylaşdı
Putinin milyarder qızı
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Bakıya ilk qar yağdı
Qeyri-adi fotoşop
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Emin parti keçirdi - FOTO
HAVA necə olacaq?
Yağ yandıran detoks çayı
Dəbli ayaqqabı rəfləri
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
82 yaşlı ulduz estetik əməliyyatlardan imtina etdi-FOTO
WhatsApp ətri satılır
DİOR-dan 2010 makiyajı
Belçikada açıq kitabxana
Quru meyvəli çörək dilimləri (foto-resept)
Azərbaycanda daha bir günəş elektrik stansiyası işə düşdü
Gözəl gözlərə sahib olan hindistanlılar
Ağıllı telefonlardan əvvəl də "selfie" var idi - FOTO
- ŞƏRHLƏR