Bakıda hava 23°
USD AZN
EUR AZN
14:44Surayye qizillarim necesiz 08:58Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41071

Almaniya haqqında maraqlı faktlar

Almaniya haqqında maraqlı faktlar

1. Almanlar Çexiyalılardan sonra dünyada ən çox pivə içən 2-ci xalqdır. 2010-cu ilin  statistikasına əsasən, bir alman il ərzində 107 litr pivə içir.

2. Bavariyada pivə rəsmi olaraq qida hesab edilir.

3. Michael Ballack (alman futbolçu) pivə xoşlamırdı.

4. Almaniya Avropada ən böyük iqtisadiyyata sahibdir.

5. Almaniyada ən məşhur soyad Müller-dir.

6. Kansler Angela Merkelin barbi gəlinciyi hazırlanıb.

7. Tarixdə Almaniya Müqəddəs Roma İmperiyası, Prusiya Krallığı və Veymar Respublikası adları ilə tanınmışdır.

8. Almaniya ərazisinin 31%-i ağaclar və meşələr ilə əhatə olunub.

9. Almaniyada təxminən 300 ədəd çörək növü var.

10. Almaniyada, həmçinin, çörək muzeyi də var. 

Almaniya haqqında maraqlı faktlar

11. Alman dilində 35 dialekt var.

12. Alman dili 5 ölkənin rəsmi dilidir: Almaniya, İsveçrə, Avstriya,  Lüksenburq və Lixtenşteyn. Həmçinin Şimali İtaliyada və Fransada yerləşən Elzas və Lotaringiyada da alman dilində danışırlar.

13. Almanların 2%-nin mobil telefonu yoxdur.

14. Almaniyada  65% avtomobil yollarında sürət limiti yoxdur.

15. İlk kitab Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsulu ilə ilk kitabını buraxıb.

16. Alman dili dünyada ən çox öyrənilən 3-cü dildir.

17. Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft (79 hərf)

18. Berlin divari 1989-cu ildə dağıdılıb.

19. Dünyanın ən böyük kilsəsi Almaniyada Ulm şəhərindədir ( 162 metr).

20. Avropada ən böyük qatar stansiyası Berlindədir.

21. Holokost Soyqırımının (Yəhudi Soyqırımı) inkarı Almaniyada cinayət sayılır. 

Almaniya haqqında maraqlı faktlar

22. Dünyada 100 milyondan çox insan alman dilində danışır.

23. Almaniyada 150-dən çox qala var.

24. Yenil il şam ağacı bəzəmək ənənəsi almanlardan gəlir.

25. Freyburq Almaniyanın ən isti şəhəridir.

26. Münixdə 60-a yaxın pivə bağı var. 

27. Almaniyada 400-dən çox zoopark var. Dünyada ən böyük zoopark da burada yerləşir.

28. Almaniyada 1000-dən çox sosiska növü var.

29. Almaniya 9 ölkə ilə həmsərhəddir: Avstriya, Fransa, İsveçrə, Danimarka, Belçika, Lüksenburq, Hollandiya, Çex Respublikası və Polşa. 

Almaniya haqqında maraqlı faktlar

30. Berlin Parisdən 9 dəfə böyükdür.

31. Almaniyada ən çox vergisi olan maşın Mersedesdir.

32. Məşhur alim Albert Einstein Almaniyada Ulm şəhərində anadan olub.

33. Einstein öz xalası qızı ilə ailə həyatı qurub.

34. Belə bir şaiyə var ki, Einstein birinci dəfə universitetə qəbul imtahanından kəsilib.

35. 2009-cu ildə 102 alman Nobel Mükafatı laureatı olub.

36. Məşhur filosoflar Nietzsche, Marx, Kant və Hegel almandırlar.

37. 2005-ci ildə dünyada külək enerjisinin 35%-i Almaniya tərəfindən istehsal olunub. Almaniyanın şimalında 20 mindən çox külək turbinləri var. Onların ən hündürünün uzunluğu 200 metrdir.

38. 1527-ci ildə Hamburqda yaradılan Marburg Univeristeti ilk Protestant universitet idi.

39. Almaniya ictimai yerlərdə siqəreti qadağan etməyən Avropa ölkələrindən biridir. Bunun əsas siyasi səbəblərindən biri kimi o göstərilir ki, Nazi dövründə ictimai yerlərdə siqəretin çəkilməsi qadağan edilmişdi və indiki idarəçilər onları imitasiya etməkdən çəkinir.

40. Avropa Mərkəzi Bankı Almaniyada Frankfurtda yerləşir.

Nərmin Elçin

Səslərin sayı: 4
18
13210
loading...
Şərhlər
Offline
S.S.90...Samir...
Almaniyada 1000-dən çox sosiska növü var.

Goresen bunlarin terkibi ne ile ferqlenir?
Maraqli melumatlar idi.
31 dekabr 2014 01:09
Offline
Ulker.Agamali
Almanlar deqiq xalqdir cox sevirem almaniyani
22 noyabr 2014 13:32
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Hacət-i Vuslat
14. Almaniyada 65% avtomobil yollarında sürət limiti yoxdur.

Canlarından beziblər?
Bir söz yadıma düşdü:"İş görüçməsində kimi ingiliscə,düşməninlə almanca danış" -Ya da buna bənzər bir fikirdir,unutmuşam
22 noyabr 2014 09:39
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Xəyalə Murad
Maraqli xeberdi amma ay Xeyale Bu nedi ay bajiiiiiiiiiiii, 2 defe demek istedim alinmadi . o sozu vabse dilde deye bilen var goresen

Yox onu dildə qısaldırlar. bu halda isə qapı üzərində yazılır ) Tərcüməsi budur: "Общество служащих младшего звена органа по надзору за строительством при главном управлении электрического обслуживания дунайского пароходства"
24 oktyabr 2014 11:38
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
أحبك
17. Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft
(79 hərf)

Maraqli xeberdi amma ay Xeyale Bu nedi ay bajiiiiiiiiiiii, 2 defe demek istedim alinmadi blush . o sozu vabse dilde deye bilen var goresen unknown
20 oktyabr 2014 22:51
imza: فراق
Offline
Fatma xanım
Mənim qızım orda oxuyur o qədər tərifləyir ki
20 oktyabr 2014 15:16
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xəyalə Murad
Bele gorurem ki,hamini bu soz maraqlandirir,amma menim kimi bilen de yoxdu.Lutfen kim arashdirib tapmaq imkanindadisa,oyrenib yazsin daaa Teshekkurler.

Bəs bunun tərcüməsi nə deməkdir?

Rus dilində məsanı budur.
"Общество служащих младшего звена органа по надзору за строительством при главном управлении электрического обслуживания дунайского пароходства"
20 oktyabr 2014 14:20
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
♥♥S.Nur♥♥
Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft
(79 hərf)

Bele gorurem ki,hamini bu soz maraqlandirir,amma menim kimi bilen de yoxdu.Lutfen kim arashdirib tapmaq imkanindadisa,oyrenib yazsin daaa girl_ten Teshekkurler.
20 oktyabr 2014 09:56
Offline
AFƏR
Dünyada ən uzun söz alman dilindədir.
Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaf

(79 hərf)çox maraqlıdı nə deməkdi bu söz görəsən rəqəm hərf qarışıq bir şeydi maraqlı gəldi ......
20 oktyabr 2014 09:05
Offline
Aysel İ.
9. Almaniyada təxminən 300 ədəd çörək növü var.

10. Almaniyada, həmçinin, çörək muzeyi də var.

Bunlar da bizim kimi deyəsən çox çörək yeyəndirlərlol
20 oktyabr 2014 08:40
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
mira-kerim
Bir Alman dilini qurtarmiş biri olaraq menim ücün maragli faktlardi..bilmediklerimde var idi.. give_ros
20 oktyabr 2014 01:00
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Ellada Babayeva
17. Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft
(79 hərf)

Tənbəllik etməyib saydım 79 -dur. biggrin
20 oktyabr 2014 00:06
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Nəzrin
Bu 79söz mənidə daha çox cəlb elədi yəqin bizdə belə söz vare bəlkə kimsə eşidə siz Azərbaycanlaşdırılmışdardansınızmı yoxsa Azərbaycanlaşdırılmamışdardansınızmı bu söz kimidi yəqin))maraqlı oldu təşəkkürlər
19 oktyabr 2014 22:08
Offline
Qəribə

Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaf
t (79 hərf)


Cox maraqlidir, tesekkur edirem.
19 oktyabr 2014 21:49
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ceylan Mumoğlu
Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft
(79 hərf)

Bəs bunun tərcüməsi nə deməkdir? wacko

Orda hərf sayı dəqiq 79 dur?
19 oktyabr 2014 20:54
Offline
♥Lamiyə♥
Ohoooooooooo ya. O, nə sözüydü yuhhhhh
19 oktyabr 2014 20:22
Offline
Aybeniz
Dunyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft
Cox maraqlidir goresen bu sozun tercumesi nedir
19 oktyabr 2014 19:52
Offline
Aida M-ova
Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft


shok
Holokost Soyqırımının (Yəhudi Soyqırımı) inkarı Almaniyada cinayət sayılır.

scratch_
19 oktyabr 2014 19:13
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!