Qadin.NET / Almaniya haqqında maraqlı faktlar

Almaniya haqqında maraqlı faktlar

Almaniya haqqında maraqlı faktlar

1. Almanlar Çexiyalılardan sonra dünyada ən çox pivə içən 2-ci xalqdır. 2010-cu ilin  statistikasına əsasən, bir alman il ərzində 107 litr pivə içir.

2. Bavariyada pivə rəsmi olaraq qida hesab edilir.

3. Michael Ballack (alman futbolçu) pivə xoşlamırdı.

4. Almaniya Avropada ən böyük iqtisadiyyata sahibdir.

5. Almaniyada ən məşhur soyad Müller-dir.

6. Kansler Angela Merkelin barbi gəlinciyi hazırlanıb.

7. Tarixdə Almaniya Müqəddəs Roma İmperiyası, Prusiya Krallığı və Veymar Respublikası adları ilə tanınmışdır.

8. Almaniya ərazisinin 31%-i ağaclar və meşələr ilə əhatə olunub.

9. Almaniyada təxminən 300 ədəd çörək növü var.

10. Almaniyada, həmçinin, çörək muzeyi də var. 

Almaniya haqqında maraqlı faktlar

11. Alman dilində 35 dialekt var.

12. Alman dili 5 ölkənin rəsmi dilidir: Almaniya, İsveçrə, Avstriya,  Lüksenburq və Lixtenşteyn. Həmçinin Şimali İtaliyada və Fransada yerləşən Elzas və Lotaringiyada da alman dilində danışırlar.

13. Almanların 2%-nin mobil telefonu yoxdur.

14. Almaniyada  65% avtomobil yollarında sürət limiti yoxdur.

15. İlk kitab Almaniyada çap olunub. Alman alimi Quttenberq 1445-ci ildə çap üsulu ilə ilk kitabını buraxıb.

16. Alman dili dünyada ən çox öyrənilən 3-cü dildir.

17. Dünyada ən uzun söz alman dilindədir. Donaudampfschifffahrtselektrizitätenhauptbetriebswerkbauunterbeamtengesellschaft (79 hərf)

18. Berlin divari 1989-cu ildə dağıdılıb.

19. Dünyanın ən böyük kilsəsi Almaniyada Ulm şəhərindədir ( 162 metr).

20. Avropada ən böyük qatar stansiyası Berlindədir.

21. Holokost Soyqırımının (Yəhudi Soyqırımı) inkarı Almaniyada cinayət sayılır. 

Almaniya haqqında maraqlı faktlar

22. Dünyada 100 milyondan çox insan alman dilində danışır.

23. Almaniyada 150-dən çox qala var.

24. Yenil il şam ağacı bəzəmək ənənəsi almanlardan gəlir.

25. Freyburq Almaniyanın ən isti şəhəridir.

26. Münixdə 60-a yaxın pivə bağı var. 

27. Almaniyada 400-dən çox zoopark var. Dünyada ən böyük zoopark da burada yerləşir.

28. Almaniyada 1000-dən çox sosiska növü var.

29. Almaniya 9 ölkə ilə həmsərhəddir: Avstriya, Fransa, İsveçrə, Danimarka, Belçika, Lüksenburq, Hollandiya, Çex Respublikası və Polşa. 

Almaniya haqqında maraqlı faktlar

30. Berlin Parisdən 9 dəfə böyükdür.

31. Almaniyada ən çox vergisi olan maşın Mersedesdir.

32. Məşhur alim Albert Einstein Almaniyada Ulm şəhərində anadan olub.

33. Einstein öz xalası qızı ilə ailə həyatı qurub.

34. Belə bir şaiyə var ki, Einstein birinci dəfə universitetə qəbul imtahanından kəsilib.

35. 2009-cu ildə 102 alman Nobel Mükafatı laureatı olub.

36. Məşhur filosoflar Nietzsche, Marx, Kant və Hegel almandırlar.

37. 2005-ci ildə dünyada külək enerjisinin 35%-i Almaniya tərəfindən istehsal olunub. Almaniyanın şimalında 20 mindən çox külək turbinləri var. Onların ən hündürünün uzunluğu 200 metrdir.

38. 1527-ci ildə Hamburqda yaradılan Marburg Univeristeti ilk Protestant universitet idi.

39. Almaniya ictimai yerlərdə siqəreti qadağan etməyən Avropa ölkələrindən biridir. Bunun əsas siyasi səbəblərindən biri kimi o göstərilir ki, Nazi dövründə ictimai yerlərdə siqəretin çəkilməsi qadağan edilmişdi və indiki idarəçilər onları imitasiya etməkdən çəkinir.

40. Avropa Mərkəzi Bankı Almaniyada Frankfurtda yerləşir.

Nərmin Elçin

19 oktyabr 2014
GO BACK