Bakıda hava 18°
USD AZN
EUR AZN

İmmunitet sisteminin inkişafı

İmmunitet sisteminin inkişafı
Ana bətnində ya da yeni doğulmuş bir körpənin qanında görülən mikroblara qarşı yaradılmış maddələrin demək olar ki? hamısı anaya aiddir. Yəni körpənin hələ öz immunitet sistemi meydana gəlməmişdən əvvəl ana onun bədəninin əvvəl qarşılaşdığı bütün mikroblara qarşı qoruyur. Bunun tək istisnası körpənin ana bətnində ananın ilk dəfə keçirəcəyi bir infeksiyaya məruz qalmasıdır. Bu vəziyyətdə ana da, körpə də mikroblarla mübarizə aparmaq üçün öz anticisimlərini yaratmaq məcburiyyətində qalır. Bəzi mikroorqanizmlər anada yüngül bir qrip kimi ötüb keçsə də, ana bətnindəki körpədə ciddi şikəstliklərə səbəb ola bilər. Buna görə də ananın hamiləlik əvvəli immunitet vəziyyətini bilmək xüsusilə qızılca kimi infeksiyalarda çox əhəmiyyətlidir. 
İmmunitet sisteminin inkişafı
Hamiləlik zamanı peyvəndlər
Normalda bir mikroorqanizm bədənə girdiyi zaman müdafiə sistemimiz olan immunitet sistemi tərəfindən əvvəl immunqlobulin M, daha sonra da qalıcı olan immunqlobulin G adlı müdafiə maddələri yaranır. Bunlara "antitel" deyilir. İmmunqlobulin M plasentadan keçməz, lakin immunqlobulin G keçər və anadan alınan bu hazır anticisimlər körpəni həm ana bətnində, həm də doğulduqdan sonra ilk 6 ay öz müdafiə sistemini yaradana qədər qoruyar. Bu keçid daha çox doğuma yaxın son 4 həftədə olduğu üçün hamilə xanımlara müəyyən peyvəndlərin tətbiqi körpəyə qorunmaq üçün hazır qalxan təmin edir. Yeni doğulan bir körpədə həyatının 6 ayından sonra başlayan özünümüdafiə sistemi 3 yaşından sonra tam olaraq formalaşır. İmmunitet sisteminin digər əhəmiyyətli müdafiə maddəsi də immunqlobulin A tipli anticisimləridir. Körpənin ilk südü olan "kolostrum"-la anadan hazır olaraq aldığı bu immunqlobulin A tipi anticisimləri körpəni bağırsaq infeksiyalarına qarşı qoruyur.
Səslərin sayı: 3
13
2457
loading...
Şərhlər
Offline
Zehra Memmedova
Eyni zamanda ananinda gerek imuniteti guclu olsun. Yoxsa menimkimi 2 hamilelik telef olar :( . Allah olmayanlara versin inwallah. Ovlad gozelweydir
17 noyabr 2014 01:17
Offline
Fidan Məmmədova
Ana südü yeyen uşaqların immuniteti guclu olur. Qızım da arabir öskürürdü ana südü ilə keçib getdi
5 noyabr 2014 09:43
Offline
Agat_Kris
Ana südü mütləq vacibdir.
13 oktyabr 2014 16:16
imza: Pozitiv olun!
Offline
Narin...
Şərhləriniz üçün hər birinizə sonsuz təşəkkür edirəm xanımlar çox sağ olun. kiss
18 sentyabr 2014 22:49
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Fatma xanım
Ana olmağa hazırlaşanlar diqqətlə oxuyun
18 sentyabr 2014 00:02
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Farida_Asadova
Narincan,xeber ucun Tesekkur.hamilelhk zamani qripden qorunun eziz xanimlarimiz.Hamileliyimin 16 ci heftesinedek her gun 1 dis sarimsaq udurdum,seherler (ele indi de) dosabla corek yeyirdim.ara sira limonu suya sixib qurtum qurtum icirdim.Allah sizi ve sevdiklerinizi qorusun

Narincan,xeber ucun Tesekkur.hamilelhk zamani qripden qorunun eziz xanimlarimiz.Hamileliyimin 16 ci heftesinedek her gun 1 dis sarimsaq udurdum,seherler (ele indi de) dosabla corek yeyirdim.ara sira limonu suya sixib qurtum qurtum icirdim.Allah sizi ve sevdiklerinizi qorusun
17 sentyabr 2014 23:30
Offline
Qəribə
Xəbər üçün təşəkkür edirəm Canim.
17 sentyabr 2014 23:25
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
RUM
Teshekurrler maraqli geldu
17 sentyabr 2014 22:20
Offline
Ceylan Mumoğlu
Agat redaktorumuz mənə maraqlı bir resept verdi immuniteti gücləndirmək üçün. Sonra baxdım ki, bizdə jurnalda da var imiş o resept. Quru meyvələr, bal, qoz qarışımından hazırlanmış enerji topları. Bu toplardan hər səhər uşaqlara bir ədəd yedirməklə immuniteti artırmaq olur.
17 sentyabr 2014 22:00
Offline
Qizil Gul
Maraqlı xəbər üçün təşəkkür edirəm bacı sənə
17 sentyabr 2014 18:05
Offline
♥♥S.Nur♥♥
Ana hamilə olan ərəfədə özünü qorumalıdır. Qrip yüngül xəstəlik deyil. Onun fəsadları çoxdur.

Tamamile raziyam.Teshekkurler,maraqli xebercun,Narinim.
17 sentyabr 2014 18:04
Offline
Xalidə Həsənzadə
COX SAGOLUN XEBERE GORE
17 sentyabr 2014 18:02
Offline
Ellada Babayeva
Bəzi mikroorqanizmlər, anada yüngül bir qrip kimi ötüb keçsədə, ana bətnindəki körpədə ciddi şikəstliklərə səbəb ola bilər. Bu səbəblə, ananın hamiləlik əvvəli immunitet vəziyyətini bilmək xüsusilə qızılca kimi infeksiyalarda çox əhəmiyyətlidir.

Düzdür. Ana hamilə olan ərəfədə özünü qorumalıdır. Qrip yüngül xəstəlik deyil. Onun fəsadları çoxdur. Allah körpələri qorusun. Amin!
17 sentyabr 2014 17:59
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış