Ana bətnində ya da yeni doğulmuş bir körpənin qanında görülən mikroblara qarşı yaradılmış maddələrin demək olar ki? hamısı anaya aiddir. Yəni körpənin hələ öz immunitet sistemi meydana gəlməmişdən əvvəl ana onun bədəninin əvvəl qarşılaşdığı bütün mikroblara qarşı qoruyur. Bunun tək istisnası körpənin ana bətnində ananın ilk dəfə keçirəcəyi bir infeksiyaya məruz qalmasıdır. Bu vəziyyətdə ana da, körpə də mikroblarla mübarizə aparmaq üçün öz anticisimlərini yaratmaq məcburiyyətində qalır. Bəzi mikroorqanizmlər anada yüngül bir qrip kimi ötüb keçsə də, ana bətnindəki körpədə ciddi şikəstliklərə səbəb ola bilər. Buna görə də ananın hamiləlik əvvəli immunitet vəziyyətini bilmək xüsusilə qızılca kimi infeksiyalarda çox əhəmiyyətlidir.
Hamiləlik zamanı peyvəndlər
Normalda bir mikroorqanizm bədənə girdiyi zaman müdafiə sistemimiz olan immunitet sistemi tərəfindən əvvəl immunqlobulin M, daha sonra da qalıcı olan immunqlobulin G adlı müdafiə maddələri yaranır. Bunlara "antitel" deyilir. İmmunqlobulin M plasentadan keçməz, lakin immunqlobulin G keçər və anadan alınan bu hazır anticisimlər körpəni həm ana bətnində, həm də doğulduqdan sonra ilk 6 ay öz müdafiə sistemini yaradana qədər qoruyar. Bu keçid daha çox doğuma yaxın son 4 həftədə olduğu üçün hamilə xanımlara müəyyən peyvəndlərin tətbiqi körpəyə qorunmaq üçün hazır qalxan təmin edir. Yeni doğulan bir körpədə həyatının 6 ayından sonra başlayan özünümüdafiə sistemi 3 yaşından sonra tam olaraq formalaşır. İmmunitet sisteminin digər əhəmiyyətli müdafiə maddəsi də immunqlobulin A tipli anticisimləridir. Körpənin ilk südü olan "kolostrum"-la anadan hazır olaraq aldığı bu immunqlobulin A tipi anticisimləri körpəni bağırsaq infeksiyalarına qarşı qoruyur.