Qanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn, qandakı eritrosit hüceyrələrində olan hemoqlobin adlı zülal orqanizmdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigen daşıyır.
Hemoqlobin olduqca böyük zülaldır və eritrositlərin 90%-i qədər böyük bir hissəsini əhatə edir. Normal şəraitdə bu qədər böyük bir zülal hüceyrənin içinə yerləşməz. Ancaq eritrosit hüceyrəsi qana qarışmadan əvvəl sanki hemoqlobin zülalını daşımağı və onun üçün yer ayırmağın lazım olduğunu bilirmiş kimi, içərisindəki nüvəni, mitoxondrini, ribosomları və digər orqanoidləri xaric edərək hemoqlobinə yer düzəldir. Hüceyrə xaricinə atılmış orqanoidlər dərhal orqanizmin təmizləyiciləri olan leykositlər tərəfindən məhv edilirlər. Beləliklə, orqanizmdə artıq və ya lazımsız heç bir maddə qalmır. Eritrositlər bütün orqanoidlərini xaricə atdıqda başqa zülal sintez edə bilmir; buna heç ehtiyac da qalmır. Çünki eritrositlərin əsl funksiyası hemoqlobini qanda daşımaq və onu orqanizmdə lazımi yerlərə çatdırmaqdır.
Hemoqlobinin ən mühüm səciyyəvi xüsusiyyəti oksigen atomlarını tutmaq bacarığıdır. Bu bacarıqlı molekul qandakı milyonlarla molekul içərisindən məhz oksigen molekullarını seçir və onları tutur. Oksigen molekullarını tutmaq isə xüsusi bacarıq tələb edir. Belə ki, təsadüfi oksigen molekuluna bağlanan bir molekul oksidləşə bilər və əməliyyat yararsız hala düşər. Bu səbəbdən, hemoqlobin bacarıqlı “ovçu” kimi “ovuna” toxunmadan onu maşa ilə tutmuş kimi saxlayır. Hemoqlobinə bu xüsusiyyəti verən isə onun özünəməxsus quruluşudur.
Hemoqlobin 4 fərqli zülalın birləşməsindən əmələ gəlmişdir və bu dörd zülalda dəmir atomu daşıyan xüsusi hissələr var. Dəmir atomlarını daşıyan hissələr “hem qrupları” olaraq adlandırılır. Həmin bu qruplardakı dəmir atomu hemoqlobində oksigeni tutan xüsusi maşalardır. Hər bir hem qrupu bir oksigen tuta bilir. Hem qruplarının təmasda olmadan dəmiri “maşa”-dan istifadə edərək oksigeni tutub toxumalara daşıması üçün molekulun içində xüsusi qatlanmalar və bucaqlar da var. Bəhs edilən bu xüsusi bağlanma zamanı bu bucaqlar müəyyən dərəcələrlə dəyişir.
Birinci hem qrupu oksigeni tutduqdan sonra hemoqlobinin quruluşunda dəyişikliklər olur və bu digər hem qruplarının oksigeni qatlanmış şəkildə tutmasını asanlaşdırır. Bu tutma əməliyyatında hemoqlobin əgər oksigenlə birbaşa birləşərsə, yəni oksidləşərsə, “methemoqlobinemia” adlanan bir xəstəlik meydana gəlir. Bu xəstəlik dərinin rəngini itirməsinə, göy rəngə çevrilməsinə, nəfəs darlığına və selikli qişanın zəifləməsinə səbəb olur.
Bu mövzu üzrə izah edilən hər məlumat, qüsursuz hazırlığın, əvvəlcədən qurulmuş bir planın varlığının sübutudur. Eritrositlərin hemoqlobini yerləşdirmək üçün son dərəcə şüurlu bir qaydada daxilindəki orqanoidləri xaricə atması, xaricə atılan artıqların dərhal hazır qulluqçular tərəfindən təmizlənməsi, hemoqlobinin oksigendən zərər görmədən və ona da xətər yetirmədən hüceyrələrə çatdıracaq xüsusiyyətlərə sahib olması qüsursuz bir tərtibatın nəticəsidir. Şüursuz, cansız, ağılsız atomların birləşərək təsadüflər nəticəsində belə qüsursuz bir sistemi tərtib və təşkil etmələri qəti olaraq imkansızdır. Bundan əlavə, bu sistemin qurulması üçün çox vacib məlumatlara da sahib olmaq lazımdır. Hemoqlobin demək olar ki, oksigenin bütün xüsusiyyətlərindən xəbərdardır. Özünə necə zərər verə biləcəyini hesablaya bilir, buna uyğun tədbir görür və ən uyğun yolla oksigeni daşıyır. Bundan sonra da daşıdığı oksigeni çatdırılmalı yerlərə heç bir əksiklik olmadan çatdırır. Hemoqlobin adlandırdığımız atom toplusunun oksigen molekullarını tanıyaraq seçməsi də tamamilə xüsusi bilik tələb edir və bu da çox möcüzəvi hadisədir. Bütün bunların təsadüfən inkişaf edən hadisələrin nəticəsində yaranması və belə qüsursuz bir sistemin qurulması tamamilə imkansızdır. Bundan əlavə, bu qurulmuş sistem orqanizmlə həmahəngdir və mümkün olan ən ideal formada tərtib edilmişdir.
Dünyada məşhur mikrobioloq Maykl Denton, Neyçez Destini “Nature’s Destiny” adlı kitabında hemoqlobinlərin qüsursuz tərtibatı haqqında belə demişdir: Yüksək metabolik səviyyəsi olan orqanizmlər üçün effektiv bir oksigen daşıma sistemi lazımdır. Bu səbəbdən də, hemoqlobin kimi xüsusiyyətlərə sahib olan bir molekul orqanizm üçün çox əhəmiyyətlidir. Hemoqlobinin yerinə başqa alternativlər ola bilərmi? Məlum olan oksigen daşıyan sistemlərin heç biri hemoqlobinin oksigeni daşımasındakı effektivliyinə yaxınlaşa biməmişdilər. Ernest Boldvin: “Məməlilərin hemoqlobinləri bu baxımdan ən uğurlu tənəffüs zülalıdır”,-deyə şərh vermişdir.
Dəlillər göstərir ki, hemoqlobin hava ilə tənəffüs edən orqanizmlər üçün ən ideal şəkildə yaradılmış zülaldır.
Dentonun da dediyi kimi, hemoqlobinin bu cür daşıma forması mümkün olan ən ideal daşıma formasıdır və bir molekul topasının bədən kimi qaranlıq bir yerdə, özünün ölçüsünə görə hədsiz böyük bir yerin içərisində belə seçim edə bilməsi, oksigen molekulunu digər molekullardan seçərək ona ən uyğun formada birləşməsi çox üstün ağılın və dizaynın varlığını sübut edir.
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər
- ŞƏRHLƏR