Bakıda hava +6°
USD 1.7220 AZN
EUR 1.8623 AZN

Sürətli oxu - 6

Sürətli oxu - 6

Oxunun inteqral alqoritmi

Oxu və beyin

Məktəbdə informatika kursundan artıq bildiyiniz kimi alqoritm hansısa hərəkətlərin, yaxud əvvəldən axıradək dəqiq ardıcıllığı göstərilən  bir sıra konkret əməliyyatların məcmusudur. Oxunun alqoritmi mətnin əsas hissələrinin qavranılması zamanı əqli hərəkətlərin ardıcıllığını müəyyənləşdirir.
Bu oxu forması ona görə inteqral adlandırılır ki, onun fəaliyyəti tamamilə bütün mətnə yayılır. Əvvəlki söhbətimızdə göstərilmişdi ki, əqli fəaliyyət insan davranışının ən mühüm funksiyalarından biridir. İntellektin bütün müxtəlif təzahürlərinin həyata keçirilməsini, əlbəttə ki, insan beynini təmin edir. Ola bilsin ki, insan bədəninin heç bir orqanı beyin kimi çoxdan tədqiq edilmir, biz isə onun haqqında bela az şey bilirik. İnsanın baş beyni yığcamdır, kiçik kütləyə və heyrətamiz şəkildə cüzi enerji sərfinə malikdir. İnsanın baş beyninin fəal neyronlarının sayını müasir EHM da olan məntiqi elementlərin ümumi sayı (10 minə yaxın) ilə tutuşdursaq, 1 milyon dəfə fərq alarıq. Beyinin 1 sm3-də 10 milyondan çox fəal neyron var. Beləliklə, insan beyni mikrominiatürləşdirmənin nazik qabıqlı strukturlarının təsirli və yığcam metodlarının həqiqi mövcudluğunun əyani nümunəsidir. Lakin beynin üstünlükləri təkcə neyronların çoxtəbəqəli düzümünün həddindən artıq möhkəm arxitekturasından ibarət deyil. Ola bilər ki, beyinin ən heyrətamiz xüsusiyyəti onun əsaslanaraq işlədiyi funksional proqramlardır. Canlı beyin hesablamaların alqoritmləşdirilməsinin və məlumatın paralel assosiativ emalının elə metodlarından istifadə edir ki, onları təsəvvür etmək belə çətindir.
Beyin fəaliyyətinin əksər funksiyaları arasında bizim üçün daha maraqlısı ətraf mühitdən bizim üçün əhəmiyyətli olan məlumatın çıxarılması proqramları sistemidir. Məhz burada orqanizmin əsas xüsusiyyəti-selektiv adaptasiya, daha doğrusu, insanı müasir EHM qarşısında üstünlüklərini daha nəzərəçarpan edən uyğunlaşma qabiliyyəti aşkara çıxır. Maşına məlumatı, onsuz da, insan hazır şəkildə verir. İnsanın beyni tamamilə  fərqli şərtlər altına salınıb: o, ətraf mühitdən, məsələn, mətndən, daha doğrusu, quruluşu heç də həmişə məlum olmayan sistemdən ona lazım olan informasiyanı özü sərbəst şəkildə çıxarmağa məcburdur.
Orqanizmin fəaliyyətinin etibarlı vasitəçisi və rasionallıq meyarı onun hərəkətinin və fəaliyyətinin avtomatizm səviyyəsi davranışın stereotip aktlarıdır. Mətni oxuyarkən onlar qapalılıq sistemdə məqsədyönlü hərəkətlər xarakteri daşıyır. Beləliklə, beyin tərəfindən məlumatın emalından əvvəl mühitdən çıxarılması həyata keçirilməlidir. Bu gün bu aparıcı məsələnin beyin tərəfindən həlli yolları haqqında az şey məlumdur. Məhz nə məlumdur?

Sürətli oxu - 6

Müasir neyropsixologiya üç əsas funksional bloku, üç əsas beyin aparatını fərqləndirir ki, onların iştirakı insanın 11 psixi fəaliyyəti, o
cümlədən oxu üçün vacibdir. Birinci bioenergetik tonus bloku beyin qabığının ayıqlığını təmin edir və beyinin dərin, digərlərindən daha əvvəl formalaşmış şöbələrində yerləşir. Birinci bloka baş beyinin gövdəsinin yuxarı şöbələri, yəni retikulyar formasiya daxildir və o, elə ayıqlıq və fəal diqqət dərəcəsini təmin edir ki, onların fəaliyyəti qeyri-mümkündür. Çoxsaylı müşahidələr göstərib ki, şiş, yaxud kəllədaxili mikroqanaxma bu bloka təsir etsə, insanda nə qavrayış, nə nitq, nə də düşüncə pozular, lakin diqqət, ayıqlıq səviyyəsi aşağı düşər, emosional pisliyə doğru dəyişər. Bu blokun xüsusiyyətlərini bilən görkəmli Sovet cərrahı akademik N.N.Burdenko əməliyyatlar zamanı beyinə müvafiq təsir göstərməklə xəstənin yuxulamasına nail olurdu. Lakin əsas funksional blokun mexanizmi nəinki böyük yarımkürələrin qabığını canlandırır, həm də özləri onun təsirini hiss edirlər. Beləliklə, bu blokla baş beyin qabığının ali şöbələri arasında sıx üzvi əlaqə vardır. Beyinin ikinci funksional bloku məlumatın qəbul edilməsini, emal olunmasını və saxlanmasını təmin edir. O, görmə (beyinin arxa hissəsində yerləşir), nitq (alın çıxıntısı), eşitmə (beyinin gicgah bölgəsi) və ümumhəssas bölgələr (beyinin əmgək hissəsi) aparatlarından ibarətdir.
Məhz bu blok oxu ilə bağlı olan proseslərin böyük bir hissəsini icra edir. Beyinin üçüncü funksional bloku proqramlaşdırma davam edən fəaliyyətə nəzarətin tənzimlənməsi blokudur. Bunu deməyə əsas var ki, insanın psixi fəaliyyətinin ali formaları idarə edən idarəetmə məntəqəsi məhz burada yerləşir. Biz oxu prosesini müəyyən proqrama tabe edirik. Oxu, mürəkkəb və qarşılıqlı əlaqədə olan proses kimi, oxunmuşun qavranılması və başa düşülməsindən əmələ gəlir, buna görə oxunun beyin səviyyəsində əsas mexanizmi mətnə uyğun olaraq səs-hərf uyğunluqlarını təyin etmək və dil materialının müəyyən beyin proqramında genişləndirilməsini proqnozlaşdırmaq bacarığıdır. Bu funksiya qabığın alın çuxurlarına qədər olan hissəsinə aiddir.

Onlar zədələnibsə, insanda sonrakı hərəkətlərə dair heç bir fikir yaranmır. Bəs beyinin bu funksional bloku hansı növ proqramları hazırlayır və
həyata keçirir? Professor N.İ.Jinkinin göstərdiyi kimi, beyinin bir semantik, daha doğrusu, məna mexanizmi kimi işi haqqında müasir təsəvvürlər bioloji proqramlaşdırmanın bir neçə növünün mövcudluğunu irəli sürməyə imkan verir. Oxu əqli fəaliyyətin müəyyən proqramlarından, daxil olan məlumatın insan beynində emalı zamanı onun kodlaşdırılmasının müəyyən üsulllarından istifadəyə əsaslanan bir prosesdir.
Biz qarşımıza oxunun təsirliliyini, onun məhsuldarlığını, səmərəliliyini artırmaq məqsədi qoyuruq. Görünür, real həll yolu əqli fəaliyyətin yeni, daha effektiv proqramlarının yaradılması, daxil olan məlumatın kodlaşdırılmasının yeni, rasional üsullarının öyrədilməsidir. Burada iki mərhələni ayırmaq olar: Kəmiyyət və keyfiyyət. Getdikcə artan informasiya axınının emal olunmasının öhdəsindən necə gəlməli? Həqiqətən də, lazımlı, faydalı, ən dəyərli olanı necə tapmalı? Daxil olan məlumatlar axınının içərisindən vacib olanı neçə seçməli? Bu məsələni necə tapmalı? Daxil olan məlumatlar axının içərisindən vacib olanı necə seçməli? Bu məsələni oxunun inteqral alqoritmi həll edir. Məhz oxunun inteqral alqoritmi beyni əlavə məlumatlardan qoruyan özünəməxsus kəmiyyət süzgəci yaradır. Hərçənd o, sözsüz ki, müəyyən dərəcədə mətnin kəmiyyət emalını da təmin edir, lakin yenə də onun əsas təyinatı sonrakı emal üçün verilmiş situasiyada əhəmiyyətə malik olanı seçməkdir.

Səslərin sayı: 2
7
2111
Şərhlər
Offline
Melek Ezimzade
Aida M-ova,
dance1
9 iyun 2016 15:03
Offline
S.S.E.
Men mekteb vaxt derslerimi cox vaxt seher tezden.oxuyurdum
5 fevral 2015 10:30
Offline
Aida M-ova
Fikirləriniz üçün təşəkkürlər
9 oktyabr 2014 21:07
Offline
Xalidə Həsənzadə
Təşəkkür..maraqli idi
14 sentyabr 2014 11:29
Offline
Qəribə
Beynin təmiz vaxtı səhərlər olur. Maragli idi tesekkurler give_ros
8 sentyabr 2014 19:52
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Dəniz84
İnsan beyni təmiz vaxtı kitab oxuyursa həm yaxşı qavrayır, həm də oxumaq isteddı yaxşılaşır. Beynin təmiz vaxtı dda səhərlər olur. Uşaqları yuxudan duran kimi kitab oxutdururam. Sağ ol Gözəl xəbərdir.
7 sentyabr 2014 17:13
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
zara
Maragli idi tesekkurler
7 sentyabr 2014 14:27
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Sözün doğrusun de, ...
Hamı sağol desin
Yalan uzun çəkməz
Min atını çap
Tək gel eyvana
Get işini gör