Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, bu proses avqustun 5-dək aparılacaq.
Müsabiqə şərtlərinə əsasən, I, II və IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, III qrup üzrə isə ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilər ki, burada da fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dövlət sifarişli ixtisasların müsabiqəsində isə I ixtisas qrupunda ümumi balı 250-dən, II və IV ixtisas qruplarında ümumi balı 300-dən, III ixtisas qrupunda isə ümumi balı 350 və daha çox olan və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Nəsimi Məmmədov, TQDK -nın Gəncə Regional Bölməsinin sədri: “Ümumiyyətlə, ixtisas seçimi mərhələsi belədir ki, hər hansı bir ixtisas üzrə plan yeri verilir. Misal üçün, hüquq üzrə 50 plan yeri verilib. Həmin yeri isə 250 abituriyent elektron ərizəsində təsdiq etdirib. Bu 250 nəfər abituriyent içərisində hansının balı ən yüksəkdirsə, onlar da bu ixtisasa düşəcəklər. Dövlət sifarişli yerlərsə, belədir ki, yüksək bal toplayan abituriyentin bu yerlərə qəbul olunma şansı, əlbəttə ki, daha çoxdur”.
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından TQDK-nın müəyyən etdiyi müsabiqə şərtlərinə uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.
Elnur Nağızadə, TQDK-nın mətbuat katibi: “Cari ildə qəbul aparılan ali məktəblərin siyahısı bütün ali məktəblər üzrə 2014-cü ildə nəşr olunan “Abituriyent 4” jurnalında dərc olunub. Burada hər bir ixtisasın kodu var. Həmin kodu abituriyentlər öz ərizələrinə daxil edirlər. Daha sonra onun dövlət sifarişli və ya ödənişli əsasla olmasını qeyd edirlər”.
Bu məlumatlar komissiyanın internet saytına da yüklənib. İxtisas seçimi zamanı abituriyentlər və onların valideynləri diqqətli olmalıdır. Seçim zamanı ailənin maddi vəziyyəti və imkanları mütləq şəkildə nəzərə alınmalıdır. Əgər valideyn və övlad bu istiqamətdə fikir ayrılığı yaşayırsa...
Tərlan Babayeva, psixoloq: “Abituriyent hər hansı bir ixtisası seçibsə və illərlə bunun üçün çalışıbsa, bu zaman valideyin güzəştə getməlidir. Çünki gələcəkdə abituriyentin iş həyatı məhz bu ixtisasdan asılı olacaq. İnsan sevmədiyi işlə uzun müddət məşğul ola bilməz. Buna görə də valideynlərə məsləhət görərdim ki, övladlarını başa düşsünlər, qarşılıqlı anlaşmaya, ortaq məxrəcə gəlsinlər”.
Bu il Azərbaycan və rus bölmələrində müsabiqə ötən illərdən fərqli olaraq birgə aparılmır. Ali məktəblərdə müsabiqə başa çatdıqdan sonra - avqustun 8-dən 13-nə qədər isə abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak edə biləcəklər.
XƏBƏR LENTİ
Dahilərdən gözəl sözlər-9
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
Tibb işçilərindən yaralı əsgərimizə sürpriz - VİDEO
Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Bakı əhalisinin sayı açıqlanıb
Axmaqlar bir-birini cəlb edir...
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Şəhid polkovnikə Milli Qəhrəman adı verildi
Malik Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür
Obama xalqını təhqir etdi
Albalı keksi (foto resept)
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Ermənilər Bakıya gəlir
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Dövlət başçısı: "Düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın"
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Qızıl balıqlı yaşıl şorba (foto resept)
Avitaminoz
Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Öz qapımıza yenə qol vuracağıq?
Gəlin birlikdə gülək
Rahat ayaqqabı sevənlərə
Vərəm
Vanqadan dəhşətli proqnoz
Rəngarəngliyi sevən xanımlara
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Menstruasiyanın gecikməsinin səbəbləri
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Kanye Uestdən qəribə açıqlama
Cem Yılmaz Ozan Güvən qalmaqalına görə tənqid olundu
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Qısqanclıq özgüvənsizliyin əlamətidir!
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Gülüş-2
Maraqlı aksesuarlar
Yataq örtükləri
Şaftalı mürəbbəsi (foto resept)
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
Dünyanın gələcəyini dəyişəcək qərar
Plombir tortu (foto resept)
Azərbaycanda evlərə yeni və şok vergi gəlir
Vicdanım üşüyür...
Alman müəlliməmin təcrübələri
10 milyon dollarlıq alma satılır-FOTO
Kobud kişilərin oxumalı olduğu yazı
Küləkli günlər nə vaxtadək davam edəcək?
- ŞƏRHLƏR