Fransız bəstəkarı Kamil Sen-Sans 1835-ci il oktyabrın 9-da Parisdə dünyaya gəlmiş, doğulduqdan 3 ay sonra atasını itirmişdir. Anası və xalasının himayəsində böyüyən Kamil artıq 3 yaşından yazıb-oxumağı öyrənmiş, 7 yaşında isə latıncanı kifayət qədər mənimsəmişdi. İctimaiyyətə ilk açıq konsertini 5 yaşında verən bəstəkar 10 yaşında Motsart, Bax, Hammel, Handel kimi dahilərin bəstələrini ifa etdiyi konsertlə nəinki Avropada məşhurlaşır, hətta okeanın o tayında da adından bəhs etdirir, Boston qəzeti yeni istedad barədə məqalə yazır. 13 yaşında Paris Konservatoriyasına daxil olan Kamil burada özündən 3 yaş kiçik, “Karmen”in yaradıcısı olacaq Jorj Bize ilə tanış olur, həm də Franz Listlə yaxın dostluq əlaqələri qurur. 1886-cı ildə elə Fransın öldüyü ildə Listə “3 nömrəli simfoniya”nı həsr edir.
Parisin müxtəlif kilsələrində orqan ifaçısı kimi (1853-1877) çıxış edən Kamilin bacarığı və musiqi duyumu ona List və digər tənqidçilər tərəfindən dünyadakı ən yaxşı orqançı adını gətirir. 1861-1865-ci illərdə “Ecole Niedermeyer”də müəllimlik vəzifəsini icra edən bəstəkar 1868-ci ildə "Légion d’Honneur" nişanı ilə mükafatlandırılır. Musiqi ilə yanaşı arxeologiya, botanika və astronomiya ilə də maraqlanmış bu multi-intellektual şəxs akustika və okkultizmə dair yazılar da qələmə almış, elm və incəsənətin dinin yerini alması ilə bağlı “Problemlər və sirrlər” adlı fəlsəfi işə də imza atmışdır. Yazdığı məqalələrdə ateizm və pessimizmin motivləri ekzistensializmə işarə vururdu. Paris Kommunası hadisələrindən sonra Kamil Sen-Sans fransız musiqisinin aparıcı fiquruna çevrilir.
40 yaşında Emil Laura adlı qadınla olan evliliyindən (1875) 2 oğlu olsa da, aralarında 6 həftəlik ara ilə hər iki uşaq vəfat edir (1878); ilki xəstəlikdən, digəri isə evin pəncərəsindən yıxılaraq dünyasını dəyişir.
Hər cəhddə Vaqnerə olan heyranlığını gizlətməyən Kamil Hektor Berliozu tərifləyən və Klod Debüssinin kəskin tənqidçisinə çevrilmiş ultra-konservativ bir xarakterə malik idi. O, həmçinin ingilis kralı VII Edvardın tacqoyma mərasiminə marş da yazmışdır. Səyahəti olduqca sevən bəstəkar Əlcəzair mədəniyyətinin vurğununa çevrilmişdi. 1921-ci ilin 16 dekabrında pnevmaniyadan vəfat edərkən də bu torpaqlarda idi. Sonradan nəşi Parisin Montparnass qəbiristanlığına gətirilir.
***
Bəstəkarın 1874-cü ildə bəstələdiyi “Skeletlərin rəqsi” (“Dance Macabre”) adlı musiqi parçası ustad kinorejissor Jan Renuarın 1939-cu ildə çəkdiyi “Oyun qaydaları” filminin də əsas səhnəsindəki fon musiqisidir.
XƏBƏR LENTİ
Bayramı təhlükəsiz keçirməyin yolu
Sarkisyanla bağlı şok etiraf
Spirtli içkilərin nağd satışına icazə verilməsinin səbəbi
Prezidentdən yeni fərman
Moskvalı miqrantın çəkmələrini sildi - Video
Baş nazirin yubileyində partlayış: 30 nəfərə yaxın adam yaralandı - VİDEO
Mikayıl Cabbarov: "Təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik"
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Dünyaya tərs baxan gözlər
Hökumətin namaz icazəsi
Sürətlə şığıyan Ford Mustang - FOTO
Boğaz ağrısı niyə olur?
Ev dekorasiyasında yol verilən 4 xəta
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Acunun “Exxen”i ümidləri doğrultmadı
Koreyalı qadınların gözəllik sirləri
Uşağınızı ayrılığa öyrəşdirin
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Rihannadan FOTOsessiya
Üzümüzü güldürəcək uşaq saflığı
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyurlar?
Bakı bulvarında qəribə qadağa
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Hansı daha vacibdir
Ermənilərə gecə şoku
"Qarabağa qoşun yeridilməlidir"
İranda boşanma halları artıb
Aktrisa qırmızı xalçaya taxt üstündə gəldi-FOTO
Fahriye və Burak cütlüyün oğlu Karan-FOTO
Telefona baxan insanlar "çəkiləcək"
Dünya bazarlarında neftin qiyməti
"Simpsonlar" yetim qaldı
Kibrit qurabiyələr (foto resept)
“İlin anası” övladlarına zorakılığa görə azadlıqdan məhrum edildi
Günün qoroskopu: səbrli olun
"Bu ölüm-dirim məsələsidir"
Tanınmış aktrisa ana oldu
2014-cü ilin yeni il makiyajı
Facebook elektron pul xidmətinə başlayır?
Sevil Əliyeva yubileyini qeyd edir
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Kivili, bananlı dondurma (foto resept)
Milli xörəklərin kolorisi məlum oldu
Badamlı kök piroqu (foto resept)
Miranda Kerr ikinci dəfə ana oldu-FOTO
Ərdoğan: "Türkiyə Misirə çevrilə bilərdi"
Mançini "Qalatasaray"a yeni futbolçu gətirir
Gürcüsayağı ət qızartması (foto resept)
Tərəvəzli qovurma (foto-resept)
Əlamətlərə inanırsınızmı?
- ŞƏRHLƏR