Əmanətlərin Sığortalanması Fondu mayın 19-dan etibarən banklarda yerləşdirilən, illik faiz dərəcəsi 9 faizdən çox olan əmanətləri sığortalamayacaq. Əhalinin sərəncamında iki gün qalıb. Bu müddətdə 10 faizlə sığortalanan əmanət yerləşdirə bilərlər.
Ekspertlər fondun addımının bazara təsirini aydınlaşdırırlar. “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, fondun bu addımı ölkə üzrə əmanətlərin orta faiz dərəcəsinin azalmasını stimullaşdıracaq:
“Bu situasiyadan yararlanan iri banklar faizləri aşağı salacaq, kiçik banklar da məcbur olub böyük bankların ardınca gedəcək. Əmanətlərin ucuzlaşması da öz növbəsində, kreditlərin faiz dərəcəsinə az da olsa təsir göstərəcək. Çünki bankların kredit portfelinin təxminən yarısı əmanətlərin hesabına formalaşır və əmanətlərlə kreditlərin faiz dərəcəsində asılılıq var. Elə banklar var ki, bu göstərici 70-80 faiz təşkil edir. Deməli, cəlb edilən resursun ucuzlaşması belə bankların kredit təklifində daha qabarıq görünəcək”.
Ekspertin sözlərinə görə, ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 10 faizə yaxındır. İri banklarda bu göstərici daha az - 8 faizə bərabərdir. Kiçik banklarda isə hətta 13-14 faizə çatır. Fondun bu addımından sonra orta faiz dərəcəsi bazarda böyük ehtimalla 9-9,5 faizə düşəcək.
Bildirilir ki, fondun son addımları kredit bazarında cüzi ucuzlaşma yaratsa da, əmanət bazarının artım tempini zəiflədəcək. Son illərin statistik məlumatlarının təhlili əmanət qoyuluşunda artım tempində yavaşımanı göstərir. 2010-cu ildə əmanət qoyuluşu 30 faiz, 2011-ci ildə 36, 2012-ci ildə 24,1, 2013-cü ildə 25,1 faiz artıb. 2012-ci ildə Mərkəzi Bankın bankların məcmu kapitalına dair tətbiq etdiyi tələbi 10 milyondan 50 milyon manata qaldırması, onun ardınca 2013-cü ilin avqustundan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 12 faizdən 10-a endirilməsi əmanət bazarına mənfi təsir göstərib. Bankların taleyi ilə bağlı qeyri-müəyyənlik əmanətçiləri maksimum ehtiyatlılığa sövq edib və onları gözləmə mövqeyinə çəkib.
S.Əliyev qeyd edir ki, baş verənlərin təhlili yaxın dövrlərdə əmanət bazarında durğunluq yarana biləcəyini göstərir: “Artıq bunu şərtləndirən amillər də var. 2014-cü ildə də əmanət bazarını məhdudlaşdıran addımlar atılır. Bir tərəfdən əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faizlərini aşağı salır. Bu, bazarda əmanət faizlərini azaldan səbəbdir. Digər tərəfdən Mərkəzi Bankın məcmu kapitala dair tələbi 2014-cü ilin sonu bitəcək. Deməli, ilin sonuna qədər bankların bağlanma təzyiqi altında olması, xüsusən də 6 bankın bağlanma prosesində olması əmanətçiləri də gərginlikdə saxlayacaq. Ölkənin 15 ən böyük bankından biri olan ”Bank of Azerbaijan"ın düşdüyü vəziyyət bank sektorunda gərginliyi daha da artırır. Təbii ki, baş verən prosesləri yaxından izləyən əhali gözləmə mövqeyinə üstünlük verəcək və prosesin aydınlaşmasını gözləyəcəklər. Üstəgəl, bu ilin sonu əmanət qoyuluşundan əldə edilən gəlirə tətbiq edilən güzəştin müddəti bitir. Məlum olduğu kimi, uzun müddət idi ki, əmanət faizlərindən vergi tutulmurdu və bu əhalinin gəlirini artırıldı. Hökumətin bu güzəşti növbəti dəfə uzatması ehtimalı azdır. Yəni “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanun qüvvədən düşdükdə 2015-ci ildən başlayaraq əmanət faizlərindən gəlir vergisi tutulacaq. Bütün bunlar əmanətlərdən qazancları və əmanət qoyuluşunun cəlbediciliyini azaldır".
Ekspertin sözlərinə görə, bu gün insanlar var ki, böyük həcmdə vəsaiti banka yatızdırmaqla əldə edilən faizlər hesabına aylıq xərclərini qarşılayır. Faizlərin azaldılması həmin şəxslərin aylıq gəlirlərini azaldacaq. Üstəgəl, bəzi bankların bağlanması təhlükəsi vətəndaşları banka yatırılan əmanətin həcmini 30 min manat həddində limitləşdirməyə və ya pullarını az faiz təklif edən banklara transfer etməyə vadar edir. Hətta daha ehtiyatlı əmanətçilər pullarını müvəqqəti də olsa bank sektorundan sistemindən geri çəkməyə üstünlük verir. “Bütün bunlar bankların gələcəkdə kredit vermək üçün əsas resurslarını məhdudlaşdıra bilər. Bu isə kredit bazarına mənfi təsir göstərə bilər. Fikrimcə, hökumətin əmanət bazarının mövcud artım tempini saxlamaq üçün bir sıra addımları atması məqsədəuyğun olardı” deyə, o vurğulayıb. Onun sözlərinə görə, əmanətçilər üçün bank sektoruna marağın getdikcə azalması onları yeni istiqamətlər axtarmağa sövq edəcək.
XƏBƏR LENTİ
Bəstəboy kişilər daha yaxşıdır?
Appendisit və onun fəsadları
Sarkisyanın 2014-cü il xülyası
Həm ev tikən, həm ev yıxan internet
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Şaftalının faydaları
Göz ətrafını canlandırmağın 3 yolu
Saturnun peykində yaşamaq üçün hər şey
Yataq dəstləri
Eşqin tərifi - Sevgi
Müsəlman qadınlarından qeyri-adi aksiya
Arda Turandan etiraf: “Peşman deyiləm, amma səhv etmişəm”
Bakının mərkəzində qırmızı dairə?
İbrahimoviç Parisdən qovulur
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Koronavirus müxtəlif səthlərdə nə qədər yaşayır? - Araşdırma
Heyva cemi ilə tez hazırlanan piroq (foto resept)
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
Ermənilər Azərbaycana gələsi olmadılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kleopatranın gözəllik sirləri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
Bakıya yağış və külək vədi
Güpürlü geyimlər
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Barak Obamadan İlham Əliyevə məktub
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Film seyr edərkən yemək yeməyin!
Əsgərimiz ad günündə şəhid oldu
Çudu (foto-resept)
Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı
Bu dərdi biganə anlamaz!!!
"Şoko" çubuqları (foto resept)
Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların adları
Prezidenti “öldürdülər”
Xoşbəxtlik ətrafımızdadır
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Kasilyas etiraf etdi
Bilmədiyiniz məlumatlar
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
Günün ulduz falı
Müsəlman qadınlarla bağlı İNANILMAZ YENİLİK
Yüksəkliklərin düşmən tərəfindən yenidən zəbt edilməsi xəbərlərinə RƏSMİ MÜNASİBƏT
Qadınların güclü olduğunu göstərən filmlər
Məşhur aktrisa hamiləlik FOTOsunu paylaşdı
Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb - RƏSMİ
İnfeksiya otaqdakı insanlara belə yayılır
Şahzadələrin cazibədarlıq sirləri
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
- ŞƏRHLƏR