Bakıda keçirilən turizm sərgisi çərçivəsində fəaliyyətə başlayan “Baku sightseeing tour”u istər paytaxt sakinləri, istərsə də ölkəmizə gələn turistlər maraqla qarşılayıblar. “Azneft” meydanından başlayaraq Heydər Əliyev Mərkəzinə kimi olan marşrut vasitəsi ilə turistlər tarixi abidələrimizlə tanış olmaqla yanaşı, üstüaçıq avtobuslarda şəhərin mənzərəsini seyr etmək imkanı əldə edirlər.
“Azneft” meydanında gəzinti iştirakçılarını məlumatlandıran Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Faiq Qafarov “Yeni Müsavat”a bildirdi ki, turun təqdimatı Bakıda keçirilən beynəlxalq turizm sərgisində olub: “Bir-iki gündür sınaq müddətində çalışırıq. Elə bu səbəbdən də turun qiymətlərini yarıya endirmişik. Cəmi 5 manat verməklə bilet əldə edən turistlər ”Azneft" meydanından başlayıb, Heydər Əliyev Mərkəzində bitən turumuza qatılırlar. Bu zaman onlar üstüaçıq, ikimərtəbəli avtobus vasitəsilə şəhərimizin gözəl mənzərəsi ilə tanış olmaqla yanaşı, bu marşrut üzərində yerləşən tarixi abidələrimizlə tanış olmaq imkanı əldə edirlər. Avtobusla gəzintinin müddəti saat yarımdır. Təbii, bu müddət yoldakı nəqliyyatın vəziyyətindən asılıdır".
Nazirliyin əməkdaşı bildirdi ki, Bakının mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” Şirkəti ilə bağlanmış razılaşmaya əsasən, Bakı şəhərində şirkətin nümayəndəliyi yaradılıb: “Keçirilən "AİTF 2014" XIII-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ilk günü Bakı Expo Mərkəzində layihənin əsas təqdimat mərasimi keçirildi. “City Sightseeing Worldwide” Şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılıb. Fəaliyyətini cəmi 4 turla başlayan “City Sightseeing” Şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsi ilə ekskursiyalar təşkil edir".
Yeni şəhər turu ilə tanış olarkən öyrəndik ki, 2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar. Yəni hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.
Paytaxtda təşkil olunan bu şəhər turları Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 15 km və 1 saat 30 dəqiqə təşkil edir.
Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq. MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilir. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanılır.
Milli.az
XƏBƏR LENTİ
Qorxudan qurtulmaq mümkündürmü? (psixoloji baxış bucağı)
Rəngarəng çantalar (3)
Bu əsər 7 milyona satıldı - FOTO
Ən təhlükəli qeybətcil tiplər
Hava haqqında - 18.03.2014
İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
Azərbaycanda siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlanacaq
Böyük Çin səddi
Sabahın hava proqnozu
Dodaq formasına görə xarekter analizi
Təcili tibbi yardıma ən çox hansı xəstəliklərə görə müraciət edilir?
Bizim üçün yeni təhlükə
Müasir oğlan
Kakoslu peçenye (foto resept)
Məşhur cütlüyün model qızı 17 yaşını belə qeyd edir-FOTO/VİDEO
Dünyanın ən qorxunc zəlzələləri
İslamı qəbul edib şahzadə ilə evləndi - FOTO
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
Baş prokuror Kamran Əliyev “Haber Global”da - CANLI
Uşaq dərs oxumaq istəmirsə, belə edin
Yann Tiersen
ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı
"Facebook"dan yenilik
Xoşbəxtlik üçün 20 addım(2)
"Fənərbağça"da ciddi itki
Toy tortları
Gökhan "O səs Türkiyə"ni tərk etdi
Bu xəstəliklərin səbəbi telefondur
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Meymun sərnişin avtobusu sürdü – VİDEO
Abituriyentlərə xəbərdarlıq
Uşaqlıq dövründə "Eşq"
Yevlaxda qeyri-adi olay
Ən təhlükəli silah: makiyaj
Dünya bu adamdan danışır
Qadınların yaddaşı niyə güclüdür?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Fransanın dövlət idarəsi Napoleona rəsmi məktub göndərdi
Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Ən gözəl CƏSUS-FOTO
Rasim Balayevdən xəbər var
Yaşlanmağın əlamətləri
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
Beynəlxalq Ana Dili Günüdür
Ayaqqabı modelləri
Burak saçlarını uzatdı-FOTO
Bu gün Səyavuş Aslanın doğum günüdür
Hepatitə yoluxmuş xəstələr üçün ümid işığı
Oksana kraldan olan oğlunun üzünü göstərdi - FOTO
- ŞƏRHLƏR