Məktəb dövründə valideynləri ən çox narahat edən problemlərdən biri uşaqların dərsə həvəs göstərməməsidir. Valideynlər nə qədər danışıb dil töksələr də, uşaqların dərs oxumağa həvəsi olmur. Bəs həvəssiz uşaqlarla necə davranmaq lazımdır? Uşaqları dərs oxumağa necə təşviq etmək olar?
Hər şeydən əvvəl, uşaq dərs oxumaq istəmirsə, onu məcbur etməyin. Uşağınıza istəmədiyi bir şeyi yalnız qısa bir zaman üçün etdirə bilərsiniz. Ancaq yenidən eyni problemlə qarşılaşacaqsınız. Müsbət bir nəticəyə nail olmağınız mümkün olmaz.
Digər yandan, eyni böyüklər kimi, uşaqlar da zorla etdiyi şeydən heç bir zövq almayacaq. Hətta bəlkə sonradan sevə biləcəyi bir şeyi əvvəldən zorla etdiyini hiss edərsə, o işdən soyuyub uzaqlaşması mümkündür. Onun üzərindəki dərs oxuma basqısını azaltmanız bu baxımdan əhəmiyyətlidir. Sizin təlimatlarınız olmadan uşağınız öz alışqanlıqlarını yaratmağa çalışar. Burada əhəmiyyətli nöqtə odur ki, onun bu alışqanlıqları yaranarkən ona rol model olun. Yəni bənzər çalışma alışqanlıqlarını sizdə gördüyü zaman sizi özü üçün nümunə götürmək istəyəcək.
Tövsiyələr
Övladınızla aranızda olan ünsiyyətə əhəmiyyət verin. Onunla danışmaqdan çəkinməyin. Uşağınızın gələcəyi üçün narahatlıq keçirməyiniz normal haldır. Amma o, bunu hələ kifayət qədər anlamayacaq. İndiki zamanda yaşamağın dadını çıxardan uşaqlar biz böyüklərin etməklə cavabdeh olduğu planlar qarşısında sıxılır. Bu vəziyyətdə ona narahatlığınızı çatdırmaq yerinə, irəlidə nələr etmək istədiyi ilə bağlı suallar verin.
Astronavt və ya həkim olmağa qərar veribsə, onun bu peşələr haqqında daha həvəsli olması üçün bəzi maraqlı məlumatlar toplayın. Beləcə, onu dərs oxumağın niyə əhəmiyyətli olmasına gizlicə həvəsləndirmiş olarsınız.
Hədəflərin onu daha çox cəzb etməsi üçün əvvəlcə kiçik addımlar atması ilə bağlı ona yol göstərin.Kiçik-kiçik tamamlanan addımlar böyük və çatması çətin olan hədəflərə nisbətən daha maraqlı olur və müsbət nəticələr verir.
Bacardığını görən uşağın özünə olan güvəni inkişaf edir.
Uşaqlarınız çox dərs hazırlamaqdan yorularaq, "niyə dərs hazırlayıram?", "Çalışdıqlarım heç bir işə yaramayacaq", - deyə bilər. Bu zaman ona belə cavablar verməyin - qarşıda yaxşı bir universitetdə oxumaq, gözəl bir işə sahib olmaq üçün oxumalısan. Çünki yaxşı bir gələcək fikri hələ onun beyninə oturmayıb. Hazırda yaşadığı hal ona xoş gəlir və hələ sahib olmadığı gələcək üçün niyə əziyyət çəkim deyə soruşa bilər.
Uşağınızı dərs oxumağa təşviq edərkən ona mehriban şəkildə qayğı göstərin. "Gəl, dərsini oxu", "tez dərslərini hazırla" kimi əmr cümlələrindən istifadə etməyin.
Əgər uşaqlarınızda dərs oxumağa meyl yaratmaq istəyirsinizsə, əvvəlcə onlarla bilik yarışları, əzbər yarışı, yüksək səslə oxuma kimi oyunlar tərtib edin.
Onun dilindən danışmağınız, onu anladığınızı göstərməniz, uşağınızın sizə güvən duyub açılmasını və sizə qarşı cavabdeh kimi davranmasını təmin edəcək.
Milli.Az

XƏBƏR LENTİ
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
Cem Yılmaz və Serenay Sarıkayanın yay tətili
412 metr yüksəlikdə qorxu
Boy uzadan ayaqqabı
Qadın qol saatları
Məşhurlar və övladları
Şəkər uşaqların hisləri ilə oynayır
Son 10 ilin sərin avqustu müşahidə edilir
Bal,qoz və aloe ilə xərçəngə QALİB Gəldi
Hadisə evinə girən fanatını bağışlamadı
Düşmən seçimini etdi - MÜHARİBƏ
Kəsiri olan tələbələrə təqaüd verilməyəcək - QƏRAR
Ermənilər Zəngilanda məscidi donuz fermasına çeviriblər - VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 8 fevral
BÜRCLƏR bizə nə vəd edir?- 12 Dekabr
Bürclərə Əsasən Ətir Seçimi
Cəbhədən son xəbər
Fizioterapiyanın 7 faydası
Pyer Rişarın 85 yaş müsahibəsi
2014-cü il üçün ulduz falı
2012-ci ilin şal modelləri
2020-ci ilin ayaqqabı trendləri
İldırım 60 inəyi vurdu
Azərbaycan benzinin idxalını aksiz vergisindən azad edib
Günün qoroskopu: həllini tələb edən məsələlər çoxdur
Rezidenturaya sınaq imtahanları keçiriləcək
Əsgərlər niyə buraxılmır?
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
"13" və "666" rəqəmlərinin sirri nədədir?
Yayda bədəni təmizləyən detoks tövsiyələri
Rekordlar kitabına düşmək 3 ilini aldı - FOTO
Dəst nişan üzükləri
Aida M-ova ilə müsahibə
Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
Bu şəxslərə təqaüd verilməyəcək - QƏRAR
Maraqlı ev əşyaları
Köklü kabak yeməyi (foto-resept)
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Gözəl saçların sirri
Saçı və dərini gözəlləşdirən düyü suyu
Aldığı saatın içində 25 min avro tapdı
Bu gün Milli Mətbuat Günüdür
Hotmail tarix olacaq
Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar
Ohanyan Azərbaycanla genişmiqyaslı müharibədən danışdı
Yuxusundakı rəqəmlər 100 min dollar qazandırdı-FOTO
İnsanların gözü qarşısında pitonunu çayda çimdirdi – VİDEO
Atatürkü bu adam zəhərləyib
HAVA necə olacaq?-13 yanvar
Ağzı açıq yatanlar bu yazını oxusun

- ŞƏRHLƏR