Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

PƏRVANƏ ƏLİYEVA......

2013-cü il də ötən illər kimi yadda qalan illərdən biri olub həyatımda. İlk öncə illər boyu arzuladığım arzuma çatdım. Namaz qılmağa başladım. Artıq namaz qılan, ibadət edən bir xanımam. Allah hər bir musəlmana nəsib etsin. Sonra ailəmlə ilk dəfə başqa ölkəyə gəzməyə getdim. Təyyarəyə ilk dəfə mindim. İkinci dəfə bibi oldum. Yoldaşım isə əmi oldu. Ən pisi isə dayım rəhmətə getdi. Sonra yoldaşımın dayısı oğlu üçün nişan aparırdıq, həm də qız toyu idi. Bəyin maşını qəzaya düşdü və yaralananlar çox oldu. Çox şükür ki, ölən olmadı. Ağrısı ilə, acısı ilə, pisi ilə, yaxşısı ilə hər günümüzə şükürlər olsun. Allah sevdiklərimi bizlərə çox görməsin. 

HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ

2013-cü il mənim üçün elə də yaxşı keçməyib. Ailəmdə çox problemlər olub bu il, çox gərgin və depressiyalı il olub. Sadəcə və sadəcə bir gözəl şey - dostumu tapmaq olub. Çox gözəl insanı bu il həyatıma, dostluğuma qəbul etdim... 2013-cü il əsasən bu gözəl anımla yadda qalacaq. İnşaAllah yeni il hər kəsə, o cümlədən də mənə düşərli olar...

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

Happiness lady

Hər ildə olduğu kimi, 2013-cü ildə də narahat və çox yaxşı günlərim oldu. Sevdiyimlə nişanlandığım üçün gözəl ilim oldu. Allahıma min şükür, indiyə qədər həyatımdan çox razı olmuşam, sevincli günlərim də olub, kədərli günlərim də. Ancaq hər zaman Allahıma şükür etmişəm. Sevdiyim insan həyatıma girəndən sonra hər saniyəm sevinclə keçir. Nişanlım Allahımın mənə göndərdiyi ən böyük, ən dəyərli varlığımdır. İnşaAllah, Allah qismət edərsə 2014-cü ilin ilk həftələrində toyum olacaq.

Bu saytda mənim çox rəfiqəm oldu. Sizləri çox sevirəm. Allahdan hər birinizə xoşbəxtlik və cansağlığı arzulayıram. Allah hər birinizin arzusunu çin eləsin, hər zaman xoşbəxt olasınız və gözlərinizdən axan yaş ancaq xoşbəxtlik göz yaşı olsun, Amin inşaAllah. Qarşınıza sizi sevən və xeyirli birisi çıxsın. Övlad arzusunda olanlar arzunuza çatasınız inşaAllah tezliklə, uşaq gözləyənlər sağ-salamat qucağınıza alasınız, Amin inşaAllah.

Pervane

İllər illəri əvəz etdikcə ömrümüzdən azalır. Hər bir keçən il mənim beynimdə "Bir addım da axirətə yaxınlaşdım" deyə iz buraxır. İllər keçdikcə ömrümüzə acılı-şirinli xatirələr yazılır. Bir neçə gündən sonra 2013-cü ili də yola salarıq inşaAllah. "Bu ili mən necə keçirdim" deyə fikirləşdim və xatırladım ki, həmişəki kimi çox sevdiyim Novruz bayramını yüksək səviyyədə qeyd etdik, uşaqların məktəbdə kiçik də olsa uğurları oldu, yayı gözəl və maraqlı istirahətlərlə keçirdik, mən və yoldaşım namaz qılmağa başladıq, kiçik qardaşım təzə mənzilinə köçdü, böyük qardaşım çox arzuladığı Paris və Cenevrə şəhərlərində oldu. Ən nəhayət, bu ilin son günlərində inşaAllah yoldaşım Kərbəla ziyarətinə gedib Kərbəlayi olacaq. Sonda fikirləşdim, Allaha şükürlər olsun ki, 2013-cü ili salamatlıq və xoş günlərlə yaşamışıq maşaAllah.  

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

Bibixanim

Bu ilim deməzdim ki, pis keçib. 2013-cü il heç sevmədiyim rəqəm olub bizim üçün, 13 rəqəminə ailəlikcə nifrət edirik. Çünki qardaşımın rəhmətə getdiyi gün 13-ü idi. Bu il yoldaşımın işi ilə əlaqədar olaraq altı ay ayrı qaldıq. Sonra yoldaşım məni də özü ilə xaricə aparmalı oldu. Bir də Qadın.Net.-də 2013/03/28 tarixində qeydiyyatdan keçmişəm - bu da mənim üçün ən yadda qalan günüm oldu ki, sizin kimi bacıları tanıdım. Şükür ki, xətasız-bəlasız bu ildən çıxdıq. Gələn ilimiz uğurlu və düşərli olsun, Amin!

Hacət-i Vuslat

2013-cü ildə hər şey əvvəlki illərdə olduğu kimi davam etdi, amma bir önəmli fərqlə - əsil xoşbəxtliyi dərk edərək. Əslində önəmli bir dəyişiklik baş verməsə də (bəzi hadisələr oldu, amma adi qarşılanacaq hallardır, dünya ilə bağlı olması lazım olan hadisələr - qeyd etməyə lüzum yoxdur) xoşbəxtliyimi tapdım. Sadəcə ona görə ki, düşüncəm dəyişdi, Haqqı tapdım... Dünya axırət üçündür - 2013-də belədir, ondan əvvəl də belə idi, hər zaman da belə olacaq... Rəbbim təvəkkülümüzü əskik etməsin.

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

♥A.Ravana

Əvvəlcə belə maraqlı xəbər hazırladığınız üçün sizə təşəkkür edirəm. Demək olar ki, 2013-cü il mənim üçün elə də düşərli olmadı. Ən böyük arzum ana olmaq, sağlam övladımın olmağıdır. Üç il sonra yəni, 2013- cü ilin may ayında hamilə olduğumu öyrəndim. Amma təəssüf ki, sevincimiz yarımçıq qaldı. Onu itirdim. Bacımın çox xəstə olduğunu öyrəndim. Allaha çox şükür, çətin günlərdən sonra yaxşı nəticə əldə etdik. Bacım indi yaxşıdır. Allahıma çox şükürlər olsun, neyləmək olar. Artıq gümanım 2014-cü ilədir. Deyilənə görə, at muraddır. Allah qarşıdan gələn yeni ildə hamının, mən də daxil olmaqla arzularımız həyata keçər.

ARiEL_ViViAN(SaMiRə)

2013-cü il... Artıq demək olar ki, başa vururuq bu ili. Bu ildə sevincli günlərim də olub, kədərli günlərim də. Amma sevincli günlərim daha çox olub. Bacımın qızı dünyaya gəlib. Həmin gün hər evdə olduğu kimi, bizim evdə də bayram oldu. Allah olmayanlara qismət etsin. İlin ortalarında nənəm dünyasını dəyişdi. Fani həyat... Əlimizdən heç nə gəlmir. Amma çox heyfslənirəm ki, Azərbaycanda olmadığım üçün görə bilmədim nənəmi.  Evə gələndə isə ev çox boş görünürdü mənə. Hələ də o boşluq davam edir... Bir ildə olan 365 günü təbii ki, bu 4-5 cümləyə sığışdırmaq olmaz. Bu ildə başıma gələn hadisələr də çox olub. Daha sonra bu ilin sonunda nişanlım əsgərliyini bitirib gəldi çox şükür. Hər ayımızı, hər günümüzü, hər saatımızı beləcə başa vurduq. Çox şükür Allaha hər günümüz üçün...

Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)

 Asi

Bu il gözəl keçdi. Gözlədiyim də olub, gözlədiyimin əksi də, sevindiyim də, kədərləndiyim də, güldüyüm də, ağladığım da olub. Amma heç nəyə görə heyfslənmirəm, çünki hər şey Allahdandır, o belə doğru bilir. Ən əsası sevincli anımızda da, kədərli anımızda da Allahı unutmamaqdır. Bu ilin unudulmaz hadisələrindən biri sevdiyim insana qovuşmağım, digəri isə dekabrın 26-sı sevimli saytımda 1 yaşım tamam olmağıdır.

Fatime eliyeva

2013 məni doğmalarımdan, sevdiklərimdən ayırıb soyuq bir şəhərə sürüklədi gələr-gəlməz... İncidim qəlbimin dərinliklərində 2013-cü ildən... Yad şəhər, tanımadığım insanlar, bir cümlə belə ifadə edə bilmədiyim bir dil. Təsəvvür edin, bütün günü dord divar arasında oturub axşamın gəlişini gözləmək çox dözülməz həddə çatmışdı... Lakin birdən-birə gözləmədiyim bir xəbər həyatımı elə dəyişdi ki... Men ana olacaqdım. Doğrudur, sevincimi doğmalarımla telefon vasitəsiylə bölüşdüm, amma... Mən 2013-cü ili çox sevdim. Çox şükür olsun Allahıma. İllərin fərqi yoxdur əzizlərim, təki Tanrı hər keçən gündə ömrümüzə bir anlıq da olsa xoşbəxtlik izi qoysun... Gələn ilin də hamımıza sevinc, bol ruzi, firavanlıq gətirməsi diləyi ilə...

 

(Ardı var)

Səslərin sayı: 7
58
3772
loading...
Şərhlər
Offline
Xalidə Sadiqova
Mənə də bu 2013 cü il düçərli oldu.Allahin köməkliyi ilə oğlumu sağ salamat dünyaya gətirdim.Bacılarına arxa, dayaq olar inşallah.Hər kəsdən çox sevinən bacıları qardaşlarının gəlişini doğum evinin həyətində onu çağırmaqla məşğul idilər.Mən içərdə sancı çəkirdim, artıq oğlumun gəlişinə saniyələr qalmışdı, onların səsi isə sevinclə get gedə artirdi.oğlum dünyaya gəldi, ilk əlbəttə məni gördü.məndən sonra gördüyü insanlar bacilari oldu.sonra atasını və nənəsini(Anamı)gördü.o anlari.o dəqiqələri.ağrılar çəkməyimə baxmayaraq heç bir zaman unutmayacam.2013 mənə uğurlu oldu.bu il böyük qızım 1 ci sinfə getdi.Allah bütün övlad arzusunda olanlara şirin pay versin.bütün balalari Allah qorusun, mənim balalarım da onların içində.Amin.
7 aprel 2014 14:29
Offline
ღМоя большой любовьღ(Ailəli)
Çox gözəl inşaALLAH bu il hamımıza düşərli olar
7 aprel 2014 13:52
Offline
♥NiLuFeR♥
Çox maraqlıdı,çox gözəl xəbərdi girl_ten
27 fevral 2014 22:37
Offline
Hacət-i Vuslat
Gulum,
PƏRVANƏ ƏLİYEVA......,
♥♥♥YEGiŞ♥♥♥,
Çox sağolun dəyərli bacılarım,Allah dualarınızı qəbul etsin.Rəbbim Onun üçün olmayan hər şeydən uzaq etsin bizləri inşaAllah...
26 dekabr 2013 09:51
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Ayten.F
2013 mene dusdu nisanlandim saq elim butun subay qizlarin basina her kes oz sevdiyine qavusun
26 dekabr 2013 01:47
Offline
Meleyim :)
Hmmm,maraqli xeberdir. Inshaallah 2014-cu il ozu ile xeyir-bereket getirer.
23 dekabr 2013 20:20
Offline
ARiEL_ViViAN(SaMiRə)
♥♥♥YEGiŞ♥♥♥,
caan cox sagol Yegiwim.Allah razi olsun
23 dekabr 2013 18:26
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
PƏRVANƏ ƏLİYEVA......
Pərvanə bacım ,amin inşAllah .2014 - cü il hər birimiz üçün düşərli olsun .Allah sizində namazınızı qəbul etsin .Allah sizə və ailənizə can sağlığı versin:*

Cox saqol canim gozum..Arzularin qarwiliqlidi.. give_ros
23 dekabr 2013 18:22
Offline
Aminim
Ay mənim gözəl bacım ,amin inşAllah .Allah sənində bütün arzularını 2014 - cü ildə həyata keçirsin.Sənə və ailənə can sağlığı arzulayıram.:*

Səninlə bahəm Revuşum
23 dekabr 2013 18:02
imza: qadin.net
Offline
♥A.Ravana♥
✰❤✰Caprice Girl✰❤✰

Çox maraqlı xəbər alınıb,təşəkkür edirəm.Arzu edirəm Allah hamıya can sağlığ\ı versin və arzularını həyata keçirsin.2014-cü il hamıya düşərli il olsun
PƏRVANƏ ƏLİYEVA......,
Pərvanə bacım ,amin inşAllah .2014 - cü il hər birimiz üçün düşərli olsun .Allah sizində namazınızı qəbul etsin .Allah sizə və ailənizə can sağlığı versin:*
♥♥♥YEGiŞ♥♥♥,
Ay mənim gözəl bacım ,amin inşAllah .Allah sənində bütün arzularını 2014 - cü ildə həyata keçirsin.Sənə və ailənə can sağlığı arzulayıram.:*
23 dekabr 2013 17:52
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
♥Sevgilimi çox sevirəm♥
p...r...n..  Ehmedli,
HEYAT YAWIL YARPAQ SONU QARA TORPAQ,
Sirli_dunyam,
garibe mamedova,
Happiness lady,
Alina Eynullayeva,
PrOsTa NiKa,
Ləman_,
♥♥♥YEGiŞ♥♥♥,
fatime eliyeva,
BIBIXANIM,
Musayeva Röyalə,
PƏRVANƏ ƏLİYEVA......,
MILADE,
Əziz istifadəçilər şərhləriniz üçün çox sağ olun. Hamınıza təşəkkür edirəm. girl_ang
23 dekabr 2013 17:21
Offline
MILADE
2013 menimcun ilk yarisi yaxsi oldu.ama ikinci yarisi cox gergin
23 dekabr 2013 11:52
Offline
PƏRVANƏ ƏLİYEVA......
PERIW CANIM MENIM 2013 ILIN SENIN UCUN ESASEN YAXWI HADISELERLE YADDA QALMASINA SEVINDIM INWALLAH 2014-CU ILDE TEYYAREDE DEYIL ARZULARININ QANADINDA UCARSAN BU LAP ELA OLAR

Cox saqol gozel ureylim..Allah sennen razi olsun canim bacim..
Pərişim,Laləm sevincli günləriniz tükənməsin

Cox saqol canim Yeqishim....
Allah sənin də namazını qəbul eləsin canım mənim. Rəbbim sizlərə də Kərbəla Həcc ziyarəti qismət eləsin inşaallah.çoox sağ ol bacı.

Canim adashim sende cox saqol Allah butun arzu niyyetlerimizi qebul etsin..
23 dekabr 2013 11:41
Offline
Musayeva Röyalə
Cox bəyəndim winked
22 dekabr 2013 22:12
Offline
BIBIXANIM
Bacim bu xeberinde super alinib tsk edirem sene canim ugurlar sene serh yazanlar tesekkür edirem give_ros
22 dekabr 2013 21:52
Offline
fatime eliyeva
♥♥♥YEGiŞ♥♥♥,
Çox sağ ol canim
22 dekabr 2013 21:46
Offline
Happiness-lady
Allah seni her zaman sevdiyinlə bir yerdə xoşbəxt etsin canım

AMIN CANIM MENIM COX SAGOL SENIDE ALLAH XOSBEXT ETSIN AMIN insALLAH
22 dekabr 2013 21:12
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Aminim
Hamınızın 2013 cü ili maraqlı,bəzilərinin agrılı kecib,dünyasında köcənlərinizi haqq dünyasına qovuşdursun Rəbbim.Gələn ildə yalnız şad xəbərlərimizi bölüşək hər birimiz.
Revuş -Ən böyük arzum ana olmaq, sağlam övladımın olmağıdır. Üç il sonra yəni, 2013- cü ilin may ayında hamilə olduğumu öyrəndim. Amma təəssüf ki, sevincimiz yarımçıq qaldı.
Məndə sevincinə şərik edim Rəvuş o zaman inşAllh bu il düşərli olar bacım.Ana olarsan!
Happiness lady
Allah seni her zaman sevdiyinlə bir yerdə xoşbəxt etsin canım
ARiEL_ViViAN(SaMiRə)
Samuş gözün aydın,nənədə Allah rəhmət etsin.Xalasının balasından sənədə qismət olsun!
Pərişim,Laləm sevincli günləriniz tükənməsin
Fatime eliyeva, Asi Sag-salamat dünyaya gəlsin balalrınız.
Periş Allah ziyarətinizi qəbul etsin.
Bibixanım dərdin böyükdü qardaş itkisiylə üzləşmisən.Yeri cənnət olsun,Allah səbr versin.
22 dekabr 2013 19:53
imza: qadin.net
Offline
Nigar
Əziz istifadəçilər şərhləriniz üçün çox sağ olun. Hamınıza təşəkkür edirəm.Deyilən bütün dualarla razılaşıram .İnşallah gələn il hər birimiz üçün çox gözəl il olar.Yeni iliniz mübarək!

Amin InwAllah
22 dekabr 2013 16:02
imza: Allahın cümləmizə yar olsun amin
Offline
nigar
Hamisini maraqla oxudum tewekkurlerrr
22 dekabr 2013 15:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )