Bakıda hava 19°
USD 1.7007 AZN
EUR 2.0368 AZN
19 sentyabr 22:18Xəyalə Murad Hər vaxtın xeyir) 19 sentyabr 21:58Iceberg Axşamınız xeyir))
37690

Hind piroqu (foto resept)

Tərkibi
Xəmir üçün:
200 qram "Best Cow" kərə yağı
500 qram un
100 ml kefir
150 qram şəkər tozu
Vanil
Qabartma tozu 
Duz
İçlik üçün:
1 banka qatılaşdırılmış süd
500 q xama
15 q qəhvə
Hazırlanması:
Əvvəl yağı əridirik və ona şəkər tozu, duz, vanil əlavə edib qarışdırırıq.
Sonra unu əlavə edib yaxşıca qarışdırıb, daha sonra kefir və qabartma tozunu da əlavə edirik.
Yumşaq xəmir yoğururuq. 10 dəqiqəlik kənara qoyuruq.
İçliyin hazırlanması: 
Xamanı qatılaşdırılmış südlə bir qaba töküb qarışdırırıq (Üzəri üçün qatılaşdırılmış süddən 2 x.götürürük). Vanili də əlavə edib, bir də qarışdırırıq.
Tavanı yağlayıb, unlayırıq. Xəmiri açıb tavaya yerləşdiririk. Şəkildə gördüyünüz kimi, kənarlardan da bir az "divar" düzəldirik ki, içlik dağılmasın. 
 Sonra içliyi xəmirin üzərinə tökürük.
Qəhvəni əvvəl götürdüyümüz qatılaşdırılmış südlə qarışdırırıq. Şəkildəki kimi qaşıqla içliyin üzərində eninə xətlər çəkirik.
Daha sonra diş çöpünün köməyi ilə uzununa xətt çəkirik. 
 Piroqumuzu əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya qoyub, kənar hissələri qızarana kimi bişiririk (təxminən 30-40 dəqiqə).
Məsləhət: Vacibdir ki, tava sobada düz qalsın, yoxsa içlik kənarlara dağılacaq, gözlədiyiniz kimi alınmayacaq. Piroq hazır olandan sonra tam soyudun və sonra kəsin.
Hind piroqu hazırdır.
Hind piroqu (foto resept)
Nuş olsun! smile 
(tərcümə edilib)
Səslərin sayı: 7
57
12137
Loading...
Şərhlər
Offline
Iceberg
dadli diserte oxsayir...
12 iyun 2017 00:28
imza: shafaabdulla.blogspot.com
Offline
Fatma xanım
Prob edəjəm bəlkə azərbaycanca lap əla olar
14 aprel 2016 18:29
Offline
Gultekin
Cox beyendim dadi ferqli olar
19 aprel 2015 11:50
Offline
Xanim_Xatun
Necə gozəldi.Ustunudə əla bəəzyiblər.
8 yanvar 2015 10:25
Offline
Xanim_Xatun
Necə gozəldi.Ustunudə əla bəəzyiblər.
8 yanvar 2015 10:25
Offline
ملاك
Resept ucun tesekkur
25 dekabr 2014 15:37
Offline
قلب
Hind piroqunu azerbaycanda hazirlayacam olajax azeri piroqu biggrin
13 dekabr 2014 20:15
imza: فراق
Offline
Aysel İ.
Gözəl görünür. Yəqin ki dadı da yaxşı olar.
8 oktyabr 2014 08:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Elvira Melek
Təşəkkür edirəm.Çox sağ olun
20 iyun 2014 21:42
Offline
GUNIS
Bilmirdim tesekkurler
27 aprel 2014 17:43
Offline
❤PRENSES♥♥♥ YAGMUR✰
Feqli gorunur cox gozeldi
27 aprel 2014 17:26
Offline
Zeyneb-Esger
Dadlı görünür elinizə sağlıq
27 aprel 2014 15:52
Offline
RUM
Asantdi ela hazirlayaram sagol
14 aprel 2014 00:53
Offline
Onur Huseyn
Dadli piroqa oxsayir.Bisirmek olar.
12 aprel 2014 09:55
Offline
Zumrud Nurullayeva
Rzayeva  Guler,
Baci,kecen daniwdin lap 1banka qatilawdirilmiw sud vare iclikde biggrin . Amma men cooox beyendim 2tortum var bitsin mutleq sinaycam,tewekkurler Gulten xanim

Sehv getdi "kefden" Demek isdedim blum
3 aprel 2014 14:58
Offline
♥Gülay♥
Tesekkur edirem. dadli gorunur etmeye calisaram
29 mart 2014 11:41
Offline
Rzayeva Guler
Yungul disertdi kaloriside aza benzeyir what
16 fevral 2014 17:00
Offline
M.MESUME
LEZZETLI GORUNUR COX SAG OL BACIM
1 fevral 2014 10:58
Offline
sevinc musayeva
Beyendim seve -seve bisirecem tesekkurler.
25 yanvar 2014 20:05
Offline
Aişə Ömər
ay bu ne daddi resseptdi bele nyam bişirecem ela alinar heralda give_ros
22 yanvar 2014 19:32
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır