Qadin.NET / Hind piroqu (foto resept)

Hind piroqu (foto resept)

Tərkibi
Xəmir üçün:
200 qram "Best Cow" kərə yağı
500 qram un
100 ml kefir
150 qram şəkər tozu
Vanil
Qabartma tozu 
Duz
İçlik üçün:
1 banka qatılaşdırılmış süd
500 q xama
15 q qəhvə
Hazırlanması:
Əvvəl yağı əridirik və ona şəkər tozu, duz, vanil əlavə edib qarışdırırıq.
Sonra unu əlavə edib yaxşıca qarışdırıb, daha sonra kefir və qabartma tozunu da əlavə edirik.
Yumşaq xəmir yoğururuq. 10 dəqiqəlik kənara qoyuruq.
İçliyin hazırlanması: 
Xamanı qatılaşdırılmış südlə bir qaba töküb qarışdırırıq (Üzəri üçün qatılaşdırılmış süddən 2 x.götürürük). Vanili də əlavə edib, bir də qarışdırırıq.
Tavanı yağlayıb, unlayırıq. Xəmiri açıb tavaya yerləşdiririk. Şəkildə gördüyünüz kimi, kənarlardan da bir az "divar" düzəldirik ki, içlik dağılmasın. 
 Sonra içliyi xəmirin üzərinə tökürük.
Qəhvəni əvvəl götürdüyümüz qatılaşdırılmış südlə qarışdırırıq. Şəkildəki kimi qaşıqla içliyin üzərində eninə xətlər çəkirik.
Daha sonra diş çöpünün köməyi ilə uzununa xətt çəkirik. 
 Piroqumuzu əvvəlcədən 200 dərəcədə qızdırılmış sobaya qoyub, kənar hissələri qızarana kimi bişiririk (təxminən 30-40 dəqiqə).
Məsləhət: Vacibdir ki, tava sobada düz qalsın, yoxsa içlik kənarlara dağılacaq, gözlədiyiniz kimi alınmayacaq. Piroq hazır olandan sonra tam soyudun və sonra kəsin.
Hind piroqu hazırdır.
Hind piroqu (foto resept)
Nuş olsun! smile 
(tərcümə edilib)
9 aprel 2016
GO BACK