Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Qədrini bil

Qədrini bil

Qədrin bil

Üryan gəldin bu dünyaya, cahana
Gəlişinə şad oldu, ata-ana
Allah bir kəs ömür verir insana
Bu həyatın, bu ömürün qədrin bil!


Sevgilərin sənə verən böyüklər
Sənin üçün çox əzab çəkəcəklər.
Sənə görə alın təri tökdülər
Bu zəhmətin, sən bu tərin qədrin bil!


Sənə görə gecələri yatmayan,
Bir an belə heç səni unutmayan,
Sənə canını qurban verən anan,
Zəhmətkeş böyüklərinin qədrin bil!


Zəhmətiylə evə ruzi gətirən,
Gənc illərin sənin üçün itirən,
Səni böyüdüb ərsəyə yetirən
Sən atanın, o əllərin qədrin bil!


Bir vaxt sənin körpə, zərif çağında,
Səni gəzdirib onlar qucağında,
Dərdiyin nemətləri, həyat bağında
Onlar əkib, bağbanların qədrin bil!


Sən böyüyər, ətə-cana gələrsən
Ümid edək, din-imana gələrsən
Allah qoysa, qədirlərin bilərsən...
Sağlığında həyanların, qədrin bil!


Sənə hərdən əl qaldıran böyüklər
Haqq yoluna onlar işıq çəkdilər
Ümidlərin, bala, sənə dikdilər
Doğruldaraq ümidlərin, qədrin bil!
 

Qədrini bil

Sən dizində, qolunda güc duyanda
Yaşlanacaq bir gün ata-anan da.
Sənə möhtac valideyin olanda
Çək nazların, cəfaların, qədrin bil!


Bu həyatda ölüm-itim, bir haqqdır,
Çətin günün, pis günün olacaqdır.
Xoş nə varsa bil ki, onlar ortaqdır
Hər anında ortaqların qədrin bil!


Yeni sevgi ürəyinə yol açar,
Hər doğulan özünə yar axtarar,
Bir gün gələr, sevgin, sevgilin olar
Səni sevən qocaların qədrin bil!

 

Yeni sevgin kor etməsin gözünü,
Qocalara sən qaraltma üzünü.
Salma gözdən, həm onları, özünü!
İqtidarın, ixtiyarın qədrin bil!


Yox desən ki, "mənim ayrı həyatım,
Öz sevgilim, vardır ayrı büsatım".
Sən də qocalarsan, qoy xatırladım...
Qayıtmayan bu çağların qədrin bil!


Hər halında sənə ağuşun açan
Olar səni darda qoyublar, haçan?!
Həyatına işıq saçan, nur saçan
Öləziyən bu "şamların", qədrini bil!


Səni qolunda, çiynində daşıyan
Sənin üçün zəhmət çəkib, yaşayan
Sənin yolunda qocalan, yaşlanan
Daşı çiynində, onların qədrin bil!


Üz döndərmə, qocalıb, uşaqlaşan
Ərköyünləşər sənin atan-anan,
Sən şıltaqkən hər əzaba qatlaşan,
Ahılların, şıltaqların qədrin bil!


Hərdən inadkar, hərdən tərs olurlar,
Heç nə üstə küsər, inciyər onlar.
Amma üşaq ürəkli bu yaşlılar
Ağ birçəkli "uşaqların" qədrin bil!


Cəfaların çəkməyə səbrin olsun,
Allah qarşısında qoy, xətrin olsun!
Sən də qocalacaqsan, düşün, ovun...
Həyat boyu yaşlıların qədrin bil!


Gün gələcək, məzarlığa köçərlər
Çox görmüşəm, ölü üçün hönkürənlər...
Sağlığında böyüklərdən küsənlər
Nəfəsinə şükr et, varın, qədrin bil!...
İndi soyuq məzarların qədrin bil...
 

Qədrini bil

Həbib və parabüzən 

Salıb bir–birinə maraq
Qismətlərin taparaq
Sevirdilər, xoşdular..
Ailə qurmuşdular...
İlk vaxtlar xöşbəxtdilər
Bir körpə istədilər...
Allah elədi nəsib
Dünyaya gəldi Həbib...
Sevindilər, güldülər
Bəd nəzərə gəldilər?!...
Araya düşdü savaş
Hamı qalmışdı çaş-baş...
Bu bir birin sevənlər
İndi düşmən düşdülər...
Ayrılmaq olmuş qərar
Ortaqlıqda - Həbib var...
Məhkəmələr quruldu
Çox sorğular soruldu...

Qədrini bil

Həbib anayla qaldı
Hakim, qərara aldı...!
Həftədə bircə dəfə,
Qoyuldu bir məsafə
Atasın görə bilər
Təyin olmuş vədələr...
Ata naəlac idi
Çox gəlmək, yasaq idi...
İstəsə də görüşmək,
Həbibə yaxın düşmək,
İcazə almalıydı
Məhkəmə qərarıydı...
Anasından rüsxətsiz
Görüşə bilməzsiniz...!
Gözlənməz boşanmadan
Uşağa dəydi ziyan...
Dünyanı anlamamış
Arada Həbib qalmış...
Taleyin seçdi hərə,
Anası getdi ərə,
Ata ailə qurdu
Kim görüb-həyat durdu?
Atalığı ögeydi,
Analığı ögeydi...
"İki ana-atalı"
“Yetim” qaldı, zavallı...
Atalığı sevməyir,
Analıq gün verməyir,
Nə doğma anasıyla
Nə doğma atasıyla
Həbib xoş gün görmürdü,
Ağlayırdı, gülmürdü...
Anladıqca həyatı
Əzildi mənəviyyatı,
Sevgiyə möhtac idi
Yazıq, naəlac idi...
Çəkdiyi ruh əzabı
Çox çəkmədi cavabı.
Düşdü dərdə, azara
Həkimlər etməz çarə...

Qədrini bil

Indi iki ailə

Düşüb ayağa-ələ

"Həbib, oyan" deyirdi

Həbibi istəyirdi...

Həbib yuxulu idi

Qismət, qorxulu idi...

Sayılıdır günləri

Yox dərdindən xəbəri...

Bu an qəfil, anidən

Uçdu bir parabüzən...

Həbibin əlnə qondu

Otaqda hamı dondu...

Baxıb parabüzənə

 Həbib ona dedi, nə?!

"Get anamı gətir,

Get atamı gətir"...

Atası... yanındadı...

Anası... yaxındadı..

Qaldılar tamam məəttəl..

Etmişdilər pis əməl...

Həbib  onları  görür

 Ağlarlar, hönkür-hönkür...

Amma Həbib Allahdan

Dilədiyi, lap son an...

Ata-ana sevgisi

Ata-ana istədi...

Parabüzən də çaşdı...

Heç belə olmamışdı...

Həbib kimi istəyir...

Kimi gətirsin deyir?!...

P.S: "Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi ayırar!" 

Səslərin sayı: 7
35
4485
loading...
Şərhlər
Offline
Aysel İ.
Zəhmətiylə evə ruzi gətirən,
Gənc illərin sənin üçün itirən,
Səni böyüdüb ərsəyə yetirən
Sən atanın, o əllərin qədrin bil!
4 noyabr 2014 07:45
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
toma676
Hebib ve parabuzeni cox beyendim.ellerine ureyine saqliq

31 mart 2014 20:57
Offline
...... Eliyeva
Ela idi give_ros maraqla oxudum
3 fevral 2014 00:51
Offline
GUNIS
qeseng seirlerdir give_ros
11 yanvar 2014 19:59
Offline
Dr Elvin Əli
"Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi ayırar!"
11 yanvar 2014 19:57
Offline
Aysel İ.
"Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi ayırar!"

Yazan əlləriniz yorulmasın. Həmişə həyatın içindən yazırsınız. Təşəkkür.
8 yanvar 2014 09:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Aylin Aliyeva
Super seir idi. good Her bir seyin qedrini bilmek lazimdir. yes
4 yanvar 2014 13:04
Offline
APENAS
Çox gözəl şeirlərdir, maraqla oxudum ve kövrəldim recourse ALLAH heç bir evi Böyüksüz etməsin, ALLAH hər kesin ata anasının canına sağlıq versin, onları başımızın üstündən əksik etməsin, bu dünyadan köçüb gedənlərə də ALLAHIN sonsuz Rəhməti olsun Amin inşAllah. Çox sağ olun yazan əlləriniz var olsun inşAllah girl_ang
3 yanvar 2014 21:57
Offline
sevil aliyeva
Teessuf ki cox gec bilirik
3 yanvar 2014 19:37
Offline
Ayka S
Qədrin bil

Üryan gəldin bu dünyaya, cahana
Gəlişinə şad oldu, ata-ana
Allah bir kəs ömür verir insana
Bu həyatın, bu ömürün qədrin bil!


Sevgilərin sənə verən böyüklər
Sənin üçün çox əzab çəkəcəklər.
Sənə görə alın təri tökdülər
Bu zəhmətin, sən bu tərin qədrin bil!


Sənə görə gecələri yatmayan,
Bir an belə heç səni unutmayan,
Sənə canını qurban verən anan,
Zəhmətkeş böyüklərinin qədrin bil!


Zəhmətiylə evə ruzi gətirən,
Gənc illərin sənin üçün itirən,
Səni böyüdüb ərsəyə yetirən
Sən atanın, o əllərin qədrin bil!


Bir vaxt sənin körpə, zərif çağında,
Səni gəzdirib onlar qucağında,
Dərdiyin nemətləri, həyat bağında
Onlar əkib, bağbanların qədrin bil!


Sən böyüyər, ətə-cana gələrsən
Ümid edək, din-imana gələrsən
Allah qoysa, qədirlərin bilərsən...
Sağlığında həyanların, qədrin bil!


Sənə hərdən əl qaldıran böyüklər
Haqq yoluna onlar işıq çəkdilər
Ümidlərin, bala, sənə dikdilər
Doğruldaraq ümidlərin, qədrin bil!

Zehmetiniz ucun cox sagolun ///
3 yanvar 2014 18:45
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox teshakkur edirem Elnur bey..Sheirleri oxuyanda hiss etdimki sizin xeberinizdi..Cox gozel sheirlerdi..Qeleminize ureyinize saqliq..Allah hec bir evi boyuksuz etmesin.Aminnnn.Bir daha cox saqolun..cox beyendim..
3 yanvar 2014 18:34
Offline
GULAY MURADOVA
Cox beyendim tesekkur
3 yanvar 2014 16:52
Offline
aska
Ürəyinizə sağlıq-təşəkkürlər! give_ros
3 yanvar 2014 16:41
Offline
XOWBEXTLIK A.Q
Sevgilərin sənə verən böyüklər
Sənin üçün çox əzab çəkəcəklər.
Sənə görə alın təri tökdülər
Bu zəhmətin, sən bu tərin qədrin bil!
3 yanvar 2014 15:35
Offline
BIBIXANIM
SAG OL SAYIR
3 yanvar 2014 15:21
Offline
Sirli_dunyam
Mənim kimi şerə heç marağı olmuyan bir adamın bu qedrin bil şeri ele ürəyimə yatdıkı bir Allah bilir təşəkkürlər şerə görə.Mənimdə evimdə olan nurani qoca qaynatamı Allah qorusun Allah heç bir evi böyüksüz eləməsin Amin inşAllah
3 yanvar 2014 14:39
Offline
Gultekin Yusubova
Cox gozel seirdi cox teşekkürler
3 yanvar 2014 14:35
Offline
leman
P.S: "Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi ayırar!"
good
3 yanvar 2014 13:08
Offline
qenire atasova
Maraqli bir seirdi
3 yanvar 2014 11:37
Offline
Дождь ♪
Maraqli şerdir təşəkkürlər..
3 yanvar 2014 11:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )