22:27
Milli.Az xəbər verir ki, Azərbaycan - Malta oyununda üçüncü qol vuruldu. Oyunun 71-ci dəqiqəsində millimizin oyunçusu fərqləndi. Azərbaycan - Malta -3:0.
22:20
Milli.Az xəbər verir ki, Azərbaycan - Malta oyununda ikinci qol vuruldu. Oyunun 63-cü dəqiqəsində millimizin oyunçusu fərqləndi. Azərbaycan - Malta - 2:0.
21:06
Milli.Az xəbər verir ki, Azərbaycan - Malta oyununda hesab açıldı. Oyunun 5-ci dəqiqəsində millimizin oyunçusu Rüfət Dadaşov fərqləndi. Azərbaycan - Malta - 1:0.
21:00
Oyun başladı
09:09
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın budəfəki rəqibi Malta seçməsi olacaq.
Qeyd edək ki, bu, komandamızın 2013-cü ildəki növbəti sınaq matçıdır. Millimiz cari futbol ilində doğma divarlar arasında həm ilk, həm də sonuncu yoxlama görüşünə çıxacaq.
Malta yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində134-cü yeri tutur. Malta zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdır. Düzdür, reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 115-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli öndədir. Amma bu, maltalıları asanlıqla yenəyəcəyimiz anlamına gəlməməlidir. Baxmayaraq ki, qarşılaşma doğma divarlar arasında keçiriləcək.
Yığmamızın rəqibi DÇ-2014-ün cari seçmə tsiklində B qrupunda yer alıb. İtaliya, Bolqarıstan, Çexiya, Ermənistan və Danimarka ilə mübarizə aparan maltalılar keçirdikləri 6 oyundan yalnız birində qələbə qazanıblar ki, bu da Ermənistanla səfər matçına təsadüf edib. Qalan beş oyunda uduzan Malta cəmi 2 qol vurduğu halda, öz qapısından 14 top buraxıb.
Malta millisinə Pyetro Qedin başçılıq edir. 61 yaşlı italiyalı mütəxəssis 2012-ci ildən etibarən bu yığmanı çalışdırır. O, bundan öncə də (1993-1995-ci illər aralığında) Malta yığmasında çalışıb. 1996-2005-ci illərdə isə Qedin İtaliya millisində assistent kimi fəaliyyət göstərib. 2005-2012-ci illərdə İtaliyanın qadınlardan ibarət yığmasına da rəhbərlik edən bu mütəxəssis indi yenidən Malta futbolunun rifahı üçün çalışır.
Malta Azərbaycan yığması üçün tanış rəqibdir. Millimiz bu rəqibi ilə indiyə qədər üç dəfə üz-üzə gəlib. Lakin təəssüf ki, həmin görüşlərin hamısında məğlub olan tərəf olmuşuq. Özü də səfərdə baş tutan həmin görüşlərin heç birində rəqib qapısına yol tapa bilməmişik. Ta Qalidə keçirilən görüşlərdən birincisində 0:5 (1994), ikincisində 0:3 (2000), sonuncusunda isə 0:1 (2002) hesabıyla uduzmuşuq. İndi millimiz bu rəqibi ilə doğma divarlar arasında keçirəcəyi ilk oyunda buraxdığı 9 cavabsız qolun revanşını almağa çalışmalıdır.
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə yeddinci oyununa çıxacaq. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Bu ilin ilk rəsmi sınağında yığmamız səfərdə Lüksemburqla qarşılaşıb və 0:0 hesablı heç-heçəyə razılaşıb. Portuqaliya ilə evdəki matçda 0:2 hesabıyla uduzan təmsilçimizin Qətərlə səfər, Lüksemburqla ev oyununda da 1:1 hesabı qeydə alındı.
Malta ilə görüş seçmə mərhələdəki növbəti – İsrail ilə oyuna hazırlıq baxımından böyük əhəmiyyət kəsb edir. Çünki bu, həmin görüş öncəsi son sınaqdır. Baxmayaraq ki, Malta ilə İsrail yığmasını müqayisə etmək bir qədər düzgün çıxmır. Amma hər halda son uğursuzluqları unutdurmaq üçün millimizin Bakıdakı oyunda qələbə qazanmaqdan başqa çıxış yolu yoxdur.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 198-ci matçına çıxacaq. İndiyə qədərki oyunların 35-də qələbə qazanmışıqsa, 52-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 137 qol vurduğumuz halda, öz qapımızdan 342 top çıxarmışıq.
Yoxlama oyunu
14 avqust
21:00. Azərbaycan - Malta
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Bakı. “Bakcell Arena”.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Saç hörməyi öyrənək
Azərbaycanda daşqınlar olacaq
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
İŞİD Türkiyəyə yaxınlaşır
Nişanlısı yerinə atası ilə FOTOsessiya etdi
Kökəltməyən 7 qida
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Ulduz futbolçunun yoldaşı çempion oldu
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Möhtəşəm kainat...
Kürdə qorxulu vəziyyət
Şeron Stoun onu məşhurlaşdıran hərəkəti 25 il sonra TƏKRAR ETDİ
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
10 halda heç zaman peşman olmayacaqsınız
Azərbaycanda körpələrə qoyulan Yeni Adların SİYAHISI
Kartof alarkən nəyi bilmək vacibdir?
Maska taxmayan qızı avtobusdan qovdular - VİDEO
Seda ana oldu-FOTO
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
İki rəngli peçenyeli tort (foto resept)
Zəif duman, mülayim külək - sabaha verilən vəd
Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alındı, düşmən itki verərək geri çəkildi
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
Şam ağacı pirojnası (foto resept)
Azərbaycan peşə məktəblərində ilk dəfə
Dərdlərə dərman zeytun
Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
Güclü külək əsəcək, temperatur enəcək
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
İranın vitse-prezidenti istefa verdi
Yenə yağacaq
"Barselona"nın ulduzu karyerasına son qoyur
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
Uşaqlar üçün vanna otaqları
Bu gün nə bişirim?
Kələm haqqında bilmədiklərimiz
Prezident onu vəzifədən AZAD ETDİ
Körpəyə üzməyi bələkdən öyrədin
6 min illik Məzardan Çıxanlar hər kəsi Heyrətləndirdi- FOTO/VİDEO
Yol polisi sürücülərə müraciət etdi
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Qan azlığı üçün meyvə suyu
İlham Əliyev BMT TŞ-də Azərbaycanı dəstəkləyən ölkələrin dövlət başçılarına məktublar ünvanladı
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
- ŞƏRHLƏR