Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağası oğlu Əliyev və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.
Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, prezidentliyə 11 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədriFuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünasİlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.
Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR