Qadin.NET / Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi təsdiq edildi

Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi təsdiq edildi

 

Azərbaycanda daha iki nəfərin prezidentliyə namizədliyi təsdiq edildi


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Ağası oğlu Əliyev və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Nadir oğlu Əliyevin prezidentliyə namizədliyi təsdiq edilib.
Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

 

M.Pənahov qeyd edib ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoruƏrəstun Məmməd oğlu Oruclu da prezidentliyə namizədliyini irəli sürülməsi üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
MSK sədrinin sözlərinə görə, artıq müşahidəçilərin də müraciətləri başlayıb və bu günə qədər 37 müraciət daxil olub və onlara vəsiqələr bu günlərdə veriləcək.

Qeyd edək ki, prezidentliyə 11 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədriFuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünasİlqar Məmmədov (İlqar Altay), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.
Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

 

Mənbə: Milli.az

14 avqust 2013
GO BACK