Əziz Qadin.Net istifadəçiləri, bu dəfə sizlər üçün Azərbaycanımızın gözəl rayonlarından biri olan Cəlilabad rayonu haqqında xəbər hazırlamışam.
Cəlilabad Azərbaycanın ən gözəl rayonlarından biridir. Hər bir bölgəmiz gözəl olduğu kimi, Cəlilabad rayonunun da özünəməxsus gözəlliyi var. Vətənimizin şəhər və rayonları günü-gündən gözəlləşir. Cəlilabad da gözəlliyi ilə göz oxşayan rayonlarımızdandır. Cəlilabad rayonu 1930-cu ildə qurulub. 1967-ci ilə qədər Astraxanbazar adını daşıyıb. Azərbaycanın tanınmış yazıçılarından olan Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb.
Cəlilabad həm də Azərbaycanın qədim məskənlərindən biridir. Minik vasitəsi kimi geniş istifadə olunan at dünyada ilk dəfə olaraq V əsrdə Cəlilabad rayonunda əhilləşdirilmişdir. Belə ki, əhilləşdirilmiş ən qədim enolit dövrü at qalıqlarına Cəlilabad rayonunda yerləşən Əliköməktəpə qədim yaşayış məskənində aşkar olunmuşdur. Ərəblərın Azərbaycana hücumundan sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri əhəmiyyət qazanmışdır. Astraxanbazar şəhəri əyalətin mərkəzi halına gətirilmişdir. Rayon Biləsuvar, Neftçala, Masallı, Yardımlı rayonları, İran ilə qonşu və sərhəddir.
Rayonda 50-yə qədər arxeoloji yer və əsər mövcuddur. Sahəsi 1441 km²-dir. Əhalisinin sayı 2010-cu il üçün 56.400 nəfər idi. Əhəmiyyətli şəhər və kəndləri - Cəlilabad şəhəri, Qamışlıgöl, Günəşli, Alar, Adnalı, Seyidbazar, Üçtəpə, Bəyxanlı, Ləkin, Göytəpə, Əliqasimli, Ocaqlıdır. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Bakı-Astara yolunun 210-cu kilometrliyindədir. Rayonun ərazisi qismən düz, qismən yüngül dağlıqdır, bəzi yerlər dəniz səviyyəsinin altındadır. İlin 6 ayı quraqlıq, mülayim iqlim olur. Ortalama istilik qışda 1-3 C °, yayda 25-30 C °-dir. İllik yağış miqdarı 400-600 mm. civə sütunudur. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay kimi çaylar keçir. Rayonun 14,7 min hektarlıq ərazisi meşə ilə örtülüdür. Regionda dovşan, çöl donuzu, porsuq, canavar, tülkü, çaqqal, qunduz və s., quşlardan isə qartal, qarğa, ördək, qaz, leylək, kimi heyvanları var.
Rayonun ən əhəmiyyətli dolanışıq qaynağı üzümçülükdür. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da əhəmiyyətli bir yer tutur. Ayrıca meyvə də yetişdirilir.
Cəlilabad torpağı tanınmış şəxslərin də yurdudur. Məşhur muğam ustadı Sabir Mirzəyev, Teymur Mustafayev, Agadadas Ağayev, Yusuf Mustafayev, ilahiyyatçi Mirməmməd Ağa, Şeyx Qüdrət və onun oğlu Şeyx Məhəmməd, Məşədi Məhəmməd və b. Bunlarla yanaşı, bu torpaq bir çox elm adamlarını da yetişdirib. Cəlilabad torpağı çox sayda övladlarını Vətən yolunda şəhid verib. Onlardan Samir Əsədov, Əhməd Abdullayev, Rövşən Həsənov və başqalarının adını çəkə bilərik.
Cəlilabadda Müəllimlər Universiteti, Müəllimlər Kolleci, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Şahmat məktəbi yerləşir. Ən yüksək göstəricili məktəblər 8 saylı texniki və humanitar təmayüllü lisey-məktəb və 1 saylı təbiət və humanitar təmayüllü lisey məktəbdir. Bundan basqa, rayonda başqa xəstəxanalarla yanaşı, Göz Xəstəxanası və Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilib.
Cəlilabadda Olimpiya Kompleksi inşa edilərək əhalinin istifadəsinə verilib
Cəlilabadin gəzməli yerlərindən olan Heydər Əliyevin adını daşıyan Seyrəngah çox gözəl park kompleksidir. Bu park süni yaradılan gölün üzərində qurulub. Parkın açılışında Prezidentimiz şəxsən iştirak edib.
XƏBƏR LENTİ
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Saatlar 1 saat irəli çəkilir
Sabahın HAVAsı
Biskvitli "Tiramisu"tortu(foto resept)
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? - RƏSMİ AÇIQLAMA
Qara vanna otağı
İkiayaqlı inək doğuldu
Görmək istədiyinizi gözünüzün önünə gətirən linza
"Cücələrin bayramı'' salatı (foto resept)
Uşaqların diş sağlamlığı üçün tövsiyələr
2014-cü ilin papaq və şərf dəstləri
Toyuqlu pomidor dolması (foto-resept)
Burcu Esmersoy valideynlərinin ona qarşı etdiklərindən danışıb ağladı-FOTO
Vanqanın 2020-ci il proqnozu
Kəmərlərlə yaratdığımız stil
Çinin Ayla bağlı qeyri-adi planı
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Uşaqlarımız niyə ağlayırlar?
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Asan salat (foto resept)
Doğuşdan sonra depressiya ilə necə mübarizə aparmalı?
Albalılı tart (foto resept)
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Saç tökülməsinin müalicəsi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
Şərab ömrü uzadır?
Dəri xərçənginə yeni "köhnə" dərman tapıldı
Yaylıq və şərflər
Hər gün qarşılaşdığımız 20 toksiki maddələr
Attraksionlarda qışqırmaq qadağan edildi -SƏBƏB/ VİDEO
2017-ci ilin xüsusi donları
İnternetdə necə qorunaq?
Bizi bu torpaq yaşadır
Kartof şorbası (foto resept)
Hadise paylaşdığı rəqsi haqqında danışdı
ABŞ-dan Rusiya vaksininə şübhə
Şimali Koreyada bu gün qurultay keçiriləcək
Evlilik həyatında cinsi münasibətlər
Qüsursuz şəkillərin pərdə arxası
Ərdoğan Quran oxudu - VİDEO
Saç rənginin təbii və ucuz yollarla açılması
Məşhurlar dünən və bu gün
Fahriyə Buraka qadağa qoydu
HAVA necə olacaq?
2019 MTV Musiqi Mükafatları: Qırmızı Xalça
Bir-birinə bənzəyən analar və qızlar
Günün ulduz falı
- ŞƏRHLƏR