Sevdiyiniz insanlara daim nəsə versəniz, bir müddət sonra o, bunun sizin borcunuz olduğunu düşünməyə başlayacaq. Və bu zaman etdiklərinizin heç bir qiyməti qalmaz. O, bunların “jest” və “nəzakət” olduğunu anlamaz. Sırf həmin şəxsi sevdiyinizə görə onun üçün indiyədək etdiklərinizi etməsəniz, qınağa tuş gələrsiniz. Qarşınızdakı “Həmişə sən mənim üçün nəsə edirsən, bu dəfə də mən sənin üçün nəsə etmək istəyirəm” deməz. Daim sizi “nə qədər çox sevdiyindən” bəhs etsə də, sevgisini göstərməz.
Qarşılıq gözləmədən verdiyiniz və etdikləriniz sizə xəyanət kimi qayıda bilər. Bunun adı nankorluqdlr. Nankorluq – vəfasızlıq və xainlik deməkdir. “Bunu səndən heç gözləməzdim. Məni peşman etdin. Bunu necə edə bildin?”. Bu cümlələri həyatınız boyunca neçə dəfə söyləmisiniz? Allah bilir, hələ neçə dəfə də söyləyəcəksiniz. Üstəlik, ən yaxınlarınıza. Dost bildiklərinizə və heç ummadığınız şəxslərə...
“Ola bilər ki, əsəbisən, amma niyə bu qədər ağır danışırsan?” Qarşınızdakı bir az əsəbləşdikdə belə ağır kəlmələri dilinə gətirə bilirsə, demək, qəlbində sizə qarşı nələrsə varmış. Və ürəyindəkilər hirs və qısqanclıqdırsa, o zaman heç gözləmədiyiniz sözləri eşitməyə hazır olun. Həm də ən yaxınınızdan. Hətta “bacım, qardaşım” dediklərinizdən belə... O ana qədər etdiyiniz bütün yaxşı və gözəl şeylər silinmişdir. Heç bir dəyəri qalmamışdır.Unudulmuşdur. Sanki heç bunları etməmisiniz kimi.
Belə vəziyyətdə özünüzü müdafiə etməyə çalışmayın. Qarşınızdakı nankora onun üçün etdiklərinizi bir-bir saymayın. Əlləriniz titrəməsin... Bir yerə çəkilib ağlayın. Düşünün. “Günah ondadır, ya məndə?” Bəlkə ona layiq olduğundan daha çox dəyər vermisiniz? Bəlkə onun da özünüz kimi xoş niyyətli biri olduğunu düşünmüsünüz? Kor-koranə inanmısınız? Onunla bağlı deyilənləri qulaqardına vurmusunuz? Elə isə, günah kimdədir?
Əslində hər şey yalanmış. Etdiklərinizin sizə nankorluq kimi qayıtması ehtimalı çox yüksəkdir. Buna görə də birinə 100 faiz deyil, 90 faiz inanın. Ən çox inandığınız şəxs üçün belə 10 faizlik “peşmanşçılıq və nankorluq” ehtimalını nəzərdə saxlayın. Saxlayın ki, bir gün həmin şəxslə əlaqədar peşmanlıq duyduğunuz zaman yaranız çox dərin olmasın. Unutmayın, “Ən güclü dostluqların altında, əsasında rəqabət duyğusu vardır”.
Sirrinizi, duyğularınızı və özəl həyatınızı paylaşacağınız insanı düzgün seçin. Kiməsə sirrinizi verdiyiniz zaman həmin adamdan asılı olursunuz. Kimsəyə layiq olduğundan çox dəyər verməyin. Unutmayın: yaşadığımız həyatda hər şey yalandır...
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR