Elmi baxımdan düşündüyümüz zaman "fərqli ölçülər" dediyimizdə ağılımıza paralel kainatlar gələ bilər. Bizim kainata paralel kainatlarda fərqli həqiqətlər ya da bənzər həqiqətlər yaşana bilər. Buna baxmayaraq ölçülərin həqiqəti və kainatın quruluşunda oynadığı rol əslində yayğın anlayışdan olduqca fərqlidir. Interstellar ("Ulduzlararası") filmində də qəhrəmanımız fərqli ölçülərdə səfər edərək sonda da keçmişə gedirdi. Ölçülər sadəcə fərqli səthləri qəbul edərək həqiqəti analiz etməmizi təmin edə bilər. Gündəlik həyatdakı üç ölçü, yəni uzunluq, en və hündürlük anlayışımız kainatdakı cisimlərin hamısı üçün etibarlıdır. Elm insanları gözlə görülə bildiyimiz bu üç ölçüdə başqa ölçülər də ola biləcəyinə inanırlar. Hətta Supersim nəzəriyyəsi kainatda fərqli ölçülərin ola biləcəyini nəzərdə tutur. Bu fərqli yanaşmalar kainatı təbiətin təməl qüvvələrinə və bütün təməl zərrəciklərinə hökm edərlər. Bir ölçülü (yalnız x oxu) bir cisimin ən yaxşı tərifi düz bir xəttdir və çox xüsusiyyətə sahib deyil. Buna ikinci bir ölçü əlavə etsək, yəni y oxunu (uzunluq) əlavə etdiyimizdə 2 ölçülü (kvadrat,düzbucaqlı) kimi bir forma əldə edərsiniz. 3 ölçü üçünsə z oxuna, yəni hünürlüyə ehtiyacınız var, beləcə obyektə ölçü əlavə edərsiniz. Ən mükəmməl nümunə olan kubu ələ alsaq uzunluq, en və hündürlüyə görə həcm yaranar. Bu üç ölçüdən başqa iştirak edən 7 ölçü isə birbaşa aydın ola bilməz. Lakin kainatdakı birbaşa təsiri və həqiqəti qəbul edilə bilər. Elm insanları dördüncü ölçünün zaman olduğunu və bilinən maddənin hər hansı bir nöqtədə bütün xüsusiyyətlərinə hökm etdiyini düşünürlər. Üç ölçü boyunca obyektlər zamana görə kainatda bir ölçü meydana gətirərlər. Daha dərinlərə enildikcə ölçülərin bir-biriylə qarşılıqlı təsirləri xüsusilə fiziklər üçün olduqca qarışıq mövzulardır. Süpersim nəzəriyyəsinə görə beşinci və altıncı ölçülərdə digər kainatların meydana gəldiyi düşünülməkdədir. Əgər beşinci ölçüyə birbaşa baxa bilsəydik bizimkindən bir az fərqli ola biləcək, yəni bizimkinə bənzəyən və fərqlənən dünyalar görə bilərdik. Altıncı ölçüyə gəldiyimizdə kainatların olduğu bir müstəvi görə bilərdik. Beləcə ölçüləri müqayisə edə bilər, bizimki kimi digər kainatların başlanğıc şərtlərini (Böyük Partlayış və s.) görə bilərdik. Nəzəriyyədə beşinci və altıncı ölçülərə hökm edə bilsəniz zamanda geriyə və ya gələcəyə səfər edə bilərsiniz. Yeddinci ölçüdə isə fərqli başlanğıc şərtlərinə sahib olabiləcək dünyalara getmə imkanınız ola bilər. Halbuki beşinci və altıncı ölçülərdə başlanğıc şərtləri eyniykən, sonrakı hərəkətlər fərqli idi. Burada isə hər şey zamanın ən başından fərqli reallaşır. Səkkizinci ölçüyə gəldiyimizdə bu kimi hər biri fərqli başlanğıc şərtlərinə sahib və sonsuza qədər budaqlanan kainatların mümkün tarixi müstəvisinə çatardıq. Buna görə bunlara sonsuzlar deyilir.
Doqquzuncu ölçüyə gəldiyimizdə isə fərqli fizika qanunları və başlanğıc şərtlərinə sahib bütün mümkün kainat tarixlərini müqayisə edə bilərdik. Onuncu və son ölçüdə isə xəyal edilə bilən hər şey olabiləcəkdir. Bundan sonra isə biz ölümlülər tərəfindən xəyal edilə bilinmir və ölçülərə bağlı təbii bir limit meydana gətirir. Dörd ölçüyə əlavə olunan bu altı ölçü anlayışımızın xaricində olsa da Sim nəzəriyyəsi üçün lazımlıdır. Normalda kosmosda yalnız dörd ölçüsüü dərk edə bilsək də digər ölçülərin çox kiçik bir yerə sıxışmış ola biləcəyi ya da bizim yaşadığımız dünyanın 3 ölçülü bir lay olaraq bir təbəqəyə uyğun gələ biləcəyi və bildiyimiz bütün zərrəciklərin cazibəylə məhdudlaşdırılmış ola biləcəyi düşünülür. (Brane nəzəriyyəsi) Əgər əlavə ölçülər sıxışdırıldısa digər altı ölçü Calabi-Yau manifoldu şəklində ola bilər.
Dərkimizin uzaq sərhəddində kainatın əvvəlindəki yaranışa təsir edə bilər. Bu səbəblə elm insanları kainatın başlanğıcına teleskoplarını istiqamətləndiriblər. Bu sayədə digər ölçülərin kainatın təkamülünə necə təsir etdiyi aydın ola bilər. Hər Şeyin Nəzəriyyəsi, yəni böyük birləşmə nəzəriyyəsində kainatın 10 ölçüyə qədər ölçüyə malik ola biləcəyi düşünülərək kvant fizikasındakı standart model və cazibə birləşdirilməyə çalışılır. Qısacas,ı bütün bilinən qüvvələrin kainatımızla necə qarşılıqlı təsirdə oduğu və digər mümkün kainatların necə işlədiyi açıqlanmağa çalışılır.
İlkin Cəfərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər
- ŞƏRHLƏR