Paltarınızı dartmayın!
Dünyanın ən gözəl paltarını geyinsəniz belə, paltarın bu və ya digər hissəsini müntəzəm dartaraq qəşəng olmanız mümkün deyil! "Yaxam açıldı, bu köynək dar oldu" deməyin. İstər cins, idman köynəyi geyinin, istərsə də kiçik qara don - əhəmiyyətli olan paltarın içində özünə inamlı görünməkdir. Buna görə də geyindikdən sonra özünüzə güzgüdə baxın, paltarınızdan əmin olduqdan sonra rahat olacaqsınız!
Tərzlərlə oynayın!
Ən son filmlərə baxaraq fərqli tərzləri bir-birinə qarışdırmaq stil sahibi olmanın ən əhəmiyyətli yoludur. Tərzlərlə oynaya bilməniz üçün bir məsləhət, məsələn: bahalı markalarla ucuz parçaları birləşdirə bilərsiniz. Ancaq tərzləri qarışdırarkən diqqət etməniz lazım olan məqamlar var: çanta, ayaqqabı və kəmər üçlüyünün rəngini uyğunlaşdırmağa çalışmayın. Torpaq tonlarını, ya da solğun tonları öz aralarında qarışdırın. Qırmızı, sarı, yaşıl ya da bənövşəyi kimi tünd rəngləri isə daha sakit rənglərlə ya da cinslə birlikdə geyinə bilərsiniz.
Markaları çox ciddi qəbul etməyin!
Fərdi tərziniz bir markanın mövsümlük kolleksiyasına sahib olmaqdan daha əhəmiyyətlidir. Təbii ki markalar kolleksiya hazırlayarkən bir-birləriylə uyğun parçalar meydana gətirir və bu parçalar, heç şübhəsiz ki, vitrin manekeninin üzərində yaxşı görünür... Amma stil sahibi olmaq istəyirsinizsə, bunu etməkdən çəkinin! Qəşəng olmaq mütləq paltar demək deyil! Sadə parçalarla da qəşəng ola bilərsiniz. Əsas odur ki, özünüzə güvənin.
Trendləri izləyin!
Gələcək mövsümlərin trendlerini izləyərək, hər kəsdən fərqli geyinə bilər, özünüzə xas bir stil meydana gətirə bilərsiniz. Bir çox sosial şəbəkələr bütün dünyada küçədəki geyim formalarını çox yaxından izləyir, dizaynerlərin işlərini nəzərdən keçirir və səhnədəki son trendlərdən xəbər verir. Moda şüurunuzu inkişaf etdirmək üçün nizamlı olaraq trendləri izləməkdə fayda var!
Klassiklərdən əsla imtina etməyin!
Nəhəng günəş eynəkləri tək bir mövsümün hiti olduğu halda, Ray Banın pilot eynəkləri vaxtsız bir ikondur! Buna görə də klassik parçalar almaqdan imtina etməyin. Bir qarderobun əsas klassikləri nələr olmalıdır? Bədənə oturan cins; klassik, keyfiyyətli bir şalvar-yubka-pencək dəsti, bir neçə cüt qəşəng çəkmə və hündürdaban ayaqqabılar. Bu, geyimlərdə əhəmiyyətli olan keyfiyyətdir. Ona görə də bir az daha çox xərcləməyi nəzərə alın.
Çox bəzənməyin!
Geyinərkən bu sözü ağlınızdan çıxarmayın: bir çox qadın aksesuarı şişirdir. Halbuki, stil sahibi kimi görünmək istəyirsinizsə, əsla broş, boyunbağı, sırğa, bilərzik və üzüyü eyni anda taxmayın. Əgər dəbdəbəli sırğalar taxmaq istəyirsinizsə, boyunbağıdan imtina edin. Ya da zərif bir boyunbağıyla xoş bir üzüyü tamamlaya bilər və ya boyunbağını bir bilərziklə istifadə edə bilərsiniz.
Favorit dizaynerinizi təsbit edin!
Stil sahibi olmanın ən asan yolu budur: bir dizayneri favoritiniz halına gətirin. İşlərini izləyin, stilinizi ona görə təyin edin. "Amma mənim dizaynerdən paltar almağa pulum yoxdur" deyirsinizsə, bu məsləhəti dinləyin! Bir çox markalar dizaynerlərin işlərini təqlid etdiyindən, çox pul xərcləmədən də stilinizi qoruya bilərsiniz. Onsuz da mütləq məşhur bir dizayneri izləməniz lazım deyil. Bir çox gəncdə qabiliyyət var, onları tapmanız belə moda şüurunuzun yüksək olduğunu göstərər.
Makiyaja və baxıma hər zaman diqqət yetirin!
Nə qədər qəşəng geyinirsəniz geyinin, əgər saçınız-başınız dağınıq, əlləriniz manikürsüzdürsə, hər vəziyyətdə baxımsız görünəcəksiniz. Bu səbəbdən stil sahibi olmaq üçün əvvəlcə fərdi baxımınıza əhəmiyyət verin. Əl və ayaq baxımına laqeyd yanaşmayın, artıq tüklərinizi qışda belə alın! Saçlarınıza yaxşı baxın.
Qarderobunuzu səliqəyə salın!
Həmişə geyimlər alıb, heç kimə vermirsinizsə, qarderobunuzun dolmaması mümkün deyil! İldə iki dəfə qarderobunuzu nəzərdən keçirin. Əyninizə olmayan və heç əlinizə almadığınız geyimləri kiməsə bağışlayın, ehtiyacı olan adamlara verin. Həmçinin qarderobda paltarlarınızı rənglərinə görə düzsəniz, qarderobunuz daha az qarışar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər
- ŞƏRHLƏR