Saçları neçə yaşından rəngləmək məsləhətdir?
Əvvəllər saç rəngindən daha çox 30-50 yaşarası qadınlar istifadə edirdilər (ağarmış saçları gizlətmək və ya dəbə uyğun olaraq özlərini sarışın etmək üçün). İndi isə saçların təbii rəngini dəyişmək istəyənlərin sayı artıb - yaş seqmenti 14-70 yaşarası genişlənib. Bəzi qızlar 10-12 yaşlarından saçlarına xına qoymağa başlayırlar. Düzdür, xına saçlar üçün çox xeyirlidir. Lakin ondan tez-tez istifadə etdikdə saçın parlaqlığı itir. Cavan qızlar saçlarını ton verən vasitələrlə rəngləsələr yaxşıdır. Bu vasitələr saçlar üçün ziyanlı deyil, onların tərkibində ammonyak və hidrogen peroksidi olmur. Daha qalıcı rəngləməni 14 yaşdan tez etmək məsləhət deyil.
Xına saça qulluq üçün ən yaxşı vasitədir
Xına saçı daha parlaq və yatımlı (sözəbaxan) edir. Xına korlanmış və rənglənməmiş saçları daha gözəl edir, kimyəvi burulmuş saçlar üçün isə işə yaramır. Xınadan sonra bir müddət kimyəvi burma etmək olmaz. Rəngləmə prosesi təxminən 1,5-2 saat çəkir. Fenin köməyilə rənglənmə prosesini sürətləndirə bilərsiniz. Vaxt bitəndən sonra saçlarınızı yaxşıca yuyun. Su tam təmiz olana kimi saçlarınızı yaxalayın. Rənglənmədən sonra saçlar sağlam, parlaq olacaq. Xına vasitəsilə demək olar ki, bütün dəbli rəng çalarlarını əldə etmək olar, alovlu-kürəndən tutmuş, açıq-şabalıdıya qədər. Ayda iki dəfədən artıq başınıza xına qoymayın. Müntəzəm istifadədən əks təsir yaranır: saçlar sönükləşir.
Saçlara olmaz
Olmaz- sellofan salmaq. Saçı rəngləyəndən sonra başınıza sellofan salmayın. Saçlar hava almalıdır. Əks halda siz həm saçların diblərini, həm də başınızın dərisini yandıra bilərsiniz. Sellofandan yalnız təbii vasitələrin (xına, basma) istifadəsində yararlanın.
Olmaz- çox rəng vurmaq və çox saxlamaq. Birincisi, saçlarınıza təhlükəlidir, boyanı saxlamaqla saçlarınızı quru və kövrək edəcəksiniz. İkincisi, həm saçlara, həm də cibinizə ziyandır.
Olmaz- hamiləlik və aybaşı zamanı saçları rəngləmək. Belə ki, bu vaxt orqanizmdə hormonal dəyişikliklər baş verir və bu, saçların təbii piqmentasiyasının dəyişməsinə səbəb olur. Əvvəllər saç boyalarından problemsiz istifadə etməyinizə baxmayaraq, hazırda rənglərin tərkibində olan kimyəvi maddələr allergiya əmələ gətirə bilər. Bundan başqa, siz istədiyiniz nəticəni ala bilməyəcəksiniz.
Olmaz- kimyəvi burmadan sonra saçı rəngləmək. Kimyəvi burma ilə rəngləmə arasından ən azı 2 həftə vaxt keçməlidir.
Sarışın
Hidrogen peroksidi saçı ağardan ən məşhur vasitələrdəndir.
Məhlul nə qədər çox olarsa, rəngsizləşdirmə prosesi də bir o qədər güclü olar. Əgər siz sarışın olmağa qərar vermisinizsə, saçlarınızı əsl stress gözləyir. Saçlar dibindən uclarına kimi ağarır. Ən çox istifadə olunan hidrogen peroksidi digərləri kimi saçı qurudur və saçın zülallarına güclü təsir edir. Saçlar daha məsaməli olur, tez çirklənir, nəticədə tez-tez yuyulur, bu da rənglənmiş saçlara pis təsir göstərir. Ev şəraitində saçların rəngini açmaq istəsəniz baldan istifadə edin: əvvəlcə saçlarınızı təmiz yuyub qurudun, sonra balı sürtüb 8-10 saat saxlayın. Bal saçların rəngini açmaqla yanaşı, onları həm bərkidir, həm də bərpa edir.
XƏBƏR LENTİ
Üçgözlü ilan
Köhnə kitablar üzərində rəsm əsəri
İlham Əliyevlə eyni fikirdəyik
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
2014-cü ilin babet modelləri
Günün ulduz falı - 28.02.2014
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Hava haqqında
Payızda yaz havası
Şagirdlərə VACİB XƏBƏRDARLIQ: Sabahdan etibarən...
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Depressiyadan qorunmağın yolları
Bəlğəmi nə təmizləyər?
Con Frenç Sloanın rəsmləri (4)
Erməni silahı susmur
Türkiyədə dəhşətli həbsxana tapıldı
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Aforizmlər
Dünyanın ən təmiz dənizləri
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Bakıda daha bir "yol ələyi" yaradılır
Nataşa Korolevaya keçmiş ərindən danışdı
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
82-ci Oskar(2010) mərasimindən platyalar
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Zəngilansız 22 il
Sevənləri "Tez evlənin" yazdılar-FOTO
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Üç gün toy edən modelyer
Əhaliyə xəbərdarlıq
Hacılarımız qayıdır
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Ən istedadlı bürclər hansıdır?
Hava haqqında - 01.02.2014
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO
Maradona vəfat etdi
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Aralıq dənizində raket müharibəsi başladı?
Arıqladan cəfəri suyu
- ŞƏRHLƏR