Bakıda hava 10°
USD AZN
EUR AZN
13:46Feride Her kese salam 09:13Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41215

Bir qadının taleyindən sətirlər(2)

Bir qadının taleyindən sətirlər(2)

Bütün bunları o, ürəkdən edirdi. Nə heç  kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi.

Bütün bunlardan sonra o da, istəyirdi ki, onun da ailəsinə bir az hörmət qoysunlar.

Onu incitməsinlər. Çünki o, atası evinə qarşı onların yaxşı münasibəti olmadığını bilirdi. Bu dəfələrlə təkrar olunmuşdu. Əslində Hicranın atası çox alicənab və hörmətcil insan idi. İşlərinin yaxşı vaxtında həmişə bu qapıdan əlidolu girmiş, qızını axtarıb, urvatlamışdı. Atasına soyuq münasibət Hicranı ağrıdırdı.

  Hicran beynini gəmirən fikirlərdən azad olmasa da, İşinə davam edirdi. O artıq, sirniyatlarını bişirmişdi. Balalarının yerini hazırlayıb yatmağa qoydu. Hamsını ayrıca əzizlədi, öpüb oxşadı. Sonra əl-ayaq işlərini, görüb həyat yoldaşı  Farizin yanına getdi. Fariz  tündməcaz adam idi. Əhvalının nə zaman xoş, nə zaman pis olduğu bilinməzdi. Bəzən Hicranı acılayar, bəzən də mülayim olardı.

Hicran qapıdan girəndə televizora baxırdı. Arxaya dönüb:

 -Qurtardınmı nəhayət?-deyə soruşdu. Səsindəki əsəbi hiss etdi. Onun işi belə uzananda Fariz əsəbləşər, onu acılayardı. Yazıq qız günahının nə olduğunu anlamazdı. Axı o, həm də ana idi. Təkcə həyat yoldaşı deyildi. Üstündə nə qədər məsuliiyətli işlər vardı.

-Hə.-dedi və yatağı hazırlayıb uzandı. Çox yorulmuşdu. Gözlərini yumub səhərki işlərini planlamağa başladı. Fariz nə qədər tezdən işə getsə də, gecələr gec saatlara qədər televiziyaya tamaşa edərdi.

   Pəncərənin altından keçən maşınların səsinə oyandı. Gün çıxmışdı. Küçədən qonşuların səsi gəlirdi. Hicran cəld yerindən qalxıb əynini geyinib aşağı düşdü.

   Bu gün 31 dekabr idi. Körpəlikdən bu bayramı sevirdi. Özünə də aydın olmayan bir hisslər olurdu  qəlbində. Uşaq vaxtı atasının çöldən kəsib gətirdiyi küknar agacının  və narınginin ətrini və bir də ən çox sevdiyi Nərminə bibisinin ona verdiyi o rəngbərəng, zərli lenti xatırlayırdı nədənsə. Dərin bir ah çəkdi, bu ah onun qəlbini sızıldadıb çıxdı sanki. Beynindən bir fikir keçdi:-kaş heç böyüməyəydim.

 Göyün üzü açıq idi. Gün çıxsa da, hava çox sazaq idi. Hələ qar yağmasa da, qırov düşmüşdü. Hicran üşüdü və mətbəxə keçdi. Ora da soyuq idi. İçəri keçdi. Qaynanası uşaqların yanında yatırdı. Oyansa da yerindən durmamışdı.

-Sabahın xeyir.- dedi.

-Sabahın xeyir, Fariz işə getmir?-deyə soruşdu.

-Gedir, çayı qoyum, gedirəm oyatmağa. Çiyninə bir arxalıq salıb yenidən mətbəxə keçdi. Odun sobasına bir-iki odun atdı, qaz balonuna qoşulmuş plitəni yandırıb çay qoydu. Yumurta asdı. Yenidən öz otaqlarına qayıdıb Farizi oyadıb, onun təmiz paltarlarını yanına qoydu. Mətbəxə getdi. Uşaqlar da oyanmışdılar, yerlərinin içində bir-biri ilə oynayır, gülüşürdülər. Hicran səhər süfrəsini hazırladı. Fariz uşaqların yanına gəlib onlarla bir az oynadı. Sonra keçib süfrə arxasında əyləşdi. Zərnişan arvad da yuyunub küçəyə çıxmışdı.  Küçədəki krandan axan suya su şlanqını qoşub, su çəninə qoymuşdu. İçəri gəldi. Vanna otağına keçib əllərini yudu və gəlib süfrə arxasında əyləşdi. Hicran qaynanasına da çay süzdü. Sonra uşaqların yanına getdi.

Uşaqları da rahatladı. Artıq bu gün yeməklərini bişirməyə başladı. Axşam kimsə gələ bilərdi. Həmişə atası ilə  Səlimə gələrdi. Bəzən bacı və qardaşlarını da gətirərdilər. Hicran sevinsə də, Zərnişan arvadın üzündəki ifadə onun sevincinin üstünə kölgə salırdı. O qudaları ilə oturar söhbətləşər, amma bu ifadə onun üzünü tərk etməzdi. Amma bu gün gəlməyəcəklərini bilirdi. Bilirdi ki, indi nə atasının maşını var, nə də maşın tutub gəlməyə cibində pulu. Bir yandan gəlməməklərinə elə də heyifsilənmirdi. Ən azından qaynanasının üzündəki ifadəni görməyəcəkdi.

  Hicran  süfrə hazırlayır, hər şeyi yerli-yerində eləməyə çalışırdı. Səlimənin cehiz verdiyi ağ süfrəni salmışdı. Qab-qaşığı, çəngəl -bıçağı zövqlə düzməyi sevərdi. Uşaqlar gah bayıra qaçır, gah da bəzənmiş yolkanın yanına gəlirdilər.

Axşam oldu. Fariz də gəlib çıxdı. Həmişə süfrə arxasında qonaqları, baldızları olardı. Hərdən qaynanasının anası Heyran arvad da gələrdi. Bu gün o da yox idi. Hicran:

-Bəlkə uşaq göndərək Heyran xalanı çağıraq.- dedi qaynanasına. O da:

-Özüm gedib gətirəcəyəm. -desə də ya yadından çıxmış, ya da nəyə görəsə getməmişdi  anasını gətirməyə.

 Heyran arvadın iki oglu burada, ikisi Rusiyada yaşayırdı. Yanında bu üzdən heç kəs yox idi. O da gah ogullarının yanına gedər, gah da qızının evinə gələrdi. Hicranı çox istəyirdi. Onun mehribanlığını, qulluğunu bəyənir, həmişə “Allah qardaşını saxlasın” a bala deyərdi. Hicran da onu çox istəyirdi.

Nəhayət ailə süfrə başına yığldı. Hicran uşaqlara qulluq edir, onların yeməsinə içməsinə fikir verirdi. Hicran süfrəyə salatlar, dolma, plov, turşular, şirələr düzmüşdü. Uşaqlar öz aləmində yeyib içirdilər.

-Mama, bə anamı niyə çağırmayıbsan?-soruşdu  Fariz. Zərnişan dilləndi.

-Hə, nə isə gedəmmədim. Yəqin Nazimgilə gedib. Nazim onun ortancıl qardaşı idi.

 -Yaxşı bişirmisiz, hər şey əladı.- dedi Fariz. Qaynana gəlin bir-birinə razılıqla baxdılar. Hicran yemək süfrəsindən sonra bişirdiyi Ballı tortu, Quş südü tortunu doğrayıb gətirdi. Süfrəyə meyvə qabını qoydu. Mürəbbə və konfet qabını qoydu. Çay süzdü. Hicran həyəcanlanır, kimə müraciət edəcəyini ölçüb-biçirdi. Qaynanasnamı desin, ya yoldaşınamı. Atasgilə getmək istədiyini. Elə bu vaxt Fariz gözlənilmədən dedi:

-Bəlkə bunlardan bir az götürüb atangilə aparaq, bir az oturub gələk? Hə mama, nə deyirsən? Yazıq kişi də lap işsiz-gücsüz qalıb. Əlində pul-parası da yoxdu. Bəlkə indi heç yeməyə də bir şey bişirməyiblər.

 -Olmamış olmaz. Biz uşaq olanda anam pulumuz olmayanda, qapıdan bir toyuğumuzu aparar satar, bazrlıq eləyib bizə bayramçalıq alardı. İndi Səlimənin bir toyuğu da yox idi, aparıb sata, bazrlıq eləyə?! Fariz pərt olsa da zarafatyana dedi:

-İndi iş orasındadır ki, bunların heç toyuğu da yoxdu da, mama satmağa. Bu söz Zərnişanı daha da alovlandırdı. Qıpqırmızı qızardı.

-Bir şey tapmış olarlar- Dedi- Sən  narahat olma. Oğlunu bu qayğıkeşliyi arvada yaman toxunmuşdu. Güya Fariz nə bacılarına, nə anasına hörmət etməmiş, qayğılarını çəkməmişdi. Neçə gündür gabağında gecə-gündüz çalışan Hicranın əməyinə də bir qəpiklik hörmət qoymadan danışdı Zərnişan arvad.

 Hicranın başına sanki bir qazan qaynar su töküldü. Həmişə olduğu kimi, yenə də onu əzdi sanki qaynanası. Nə qədər nəfəs almağa çalışsa da, sanki havası çatmadı.

Nə deyəcəyini belə kəsdirə bilmədi. Fariz yoldaşının nə günə düşdüyünü gördü. O da qaynatasıgilin maddi cəhhətdən korluq çəkdiyini bilirdi.

Hicran hər bayramda baldızlarına pay tutardı. Bəzən balaca baldızı gələr, biş-düş ləvazmatını gətirər, Hicran sübhə qədər yatmaz, onun sirniyyatlarını bişirib yola salardı. Bunlar bir an gözünün qabağından keçdi:

-Bir qab plov, bir-iki dilim sirniyyatla kasıbmı düşəcəyik? Bəs mənim haqqım çatmırmı ki, bişirdiyimdən bircə qab anamgilə aparam?- deyib üzünü qaynanasına tərəf tutdu. Qaynanası heç halını pozmadan, etinasızca dedi:

-Hə nə bilim, aparırsınız aparın.

Yox daha Hicran bir qənd belə götürüb getməzdi. Göz yaşları gozlərindən selə dönüb axırdı. Fariz nə qədər təkid etdisə, Hicran getmədi. Neçə günlük iş-gücdən belə yorulmamışdı. İndi elə bil dünyanın ağirlığı çiyinlərində idi. Artıq nə yeni il, nə də heç nə gözünə görünmədi. Gücü yalnız göz yaşlarına çatdı. Onu yandıran qaynanasının ona bir insan kimi hörmət qoymaması idi. Bütün bunları o, ürəkdən edirdi. Nə heç  kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi.

 

Səslərin sayı: 10
82
5908
loading...
Şərhlər
Offline
Rzayeva Guler
BELE INSAFSIZ QAYNANALAR INSANLAR OLDUQCA COXLU HICRAN KIMI QIZLARMIZ UCUN HEYAT CETINLESECEK
25 sentyabr 2013 01:27
Offline
Дождь ♪
Mən deyirəm də bu məsələlərdə bir balaca pis səslənsə də "arsiz" olmaq lazimdir , ay gəlin qaynanandan raziliq almisan da daha nə naz edirsən..Tem bolle atanin vəziyyətindən xəbərdarsan , elə həmişə ilan qayanana qulluq edə - edə oturmalisan.? Burda qürur işlətmək yersiz idi..
20 avqust 2013 10:22
Offline
Sirli_dunyam
hmmmm ne yaziqki bele ilanlar cox evde var
20 avqust 2013 10:10
Offline
Ilaha Ragimova
ehhhh.......
20 avqust 2013 09:51
Offline
Sevgi_94
Hicran kimi zehmeti dawa deyen gelinler teessufler olsunki coxdu.cunki qaynanalar ya onlarin zehmetine deyer vermir yada deyer vermek isdemir.bezende oz qizinin sehvlerine hec vaxt fikir vermir,gelinlerinde ise eksine sehv gormek istiyirler.maraqlidir ki niye qizim deye muraciet etdikleri gelinlerine qarwi bele eliyirler.meger o hereketi oz qizlarina eden biri olsa xowlarinami geler.Allah eziyyet ceken her kese komek olsun.evlilik her kes ucun xowbextlik getirsin.keder,goz yawi yox.Amin
14 may 2013 12:14
Offline
♥Selena♥
Son cümlələri oxuyanda özümü saxlaya bilməyib ağladım. Bu adi gün deyildi yeni il bayram idi nə olardı ki Zərnişan insaf etsəydi axı o özüdə qadındır və bir vaxtlar gəlin olub yəni öz gəlinini başa düşməyəcək dərəcədə düşüncəsizdir?
21 yanvar 2013 11:47
Offline
Vampelina
guya 1 bowqab qabdan o arvada ne olacaqdiki niye bu qeder pis davranirki qiza
30 dekabr 2012 20:52
Offline
SARA91
HƏRƏ BİR CÜR XASİYYƏTƏ MALİKDİR. ZƏRNİŞAN KİMİ İNSANLAR DA VAR BU HƏYATDA.
İNSANIN VERƏN ƏLİ OLMALIDIR .ONDA ALLAH DA ƏVƏZİNİ VERƏR.
28 dekabr 2012 01:27
Offline
♥TuTu ♥
indise kecim 3cu hisseye hele fikir bildirmek isdemirem cunki tam derk etmek isdeyirem
26 dekabr 2012 15:55
Offline
Serras
allahaqqi gunahdiee,bele qaynanaya ne deyesen,axi bunu eden qaynana fikirlewki seninde qizin hansisa evde gelindi,bes ona hele etseler xowuna geler,
19 noyabr 2012 17:47
Offline
Nely
cox pis oldum. Bu hekayani oxuyanda Zərnişani nanama cox oxwadiram oda anama yaman cakdiribeeeeeee.
17 sentyabr 2012 14:40
Offline
Günel Əsədova
Hamınıza təşəkkür edirəm.Hicranda palitika olsaydı başına o qədər işlər gəlməzdi.Növbəti hissələrdə şahidi olacaqsınız.
15 sentyabr 2012 21:08
Offline
♥TuTu ♥
biur gun axirda gorursen ki doze doze ozun paramParca olmusan, onda seni kim bir "butov" edecek? HEC KIMMMMM

can baci haqlisan...
13 sentyabr 2012 18:06
Offline
Flowers
bezen aci bir soz insanin ureyini dagidir, " icim ozumu yandirir colum ozgeni " misali....ne ise...heyaT dogrudan cetindir gerek dozesen dozesen biur gun axirda gorursen ki doze doze ozun paramParca olmusan, onda seni kim bir "butov" edecek? HEC KIMMMMM
13 sentyabr 2012 18:02
Offline
zuku
cox qaynana var iynesi dilinde gezir
28 avqust 2012 12:17
Offline
Sada
heyati bir hekaye.Hicranda da politika yoxdu ye.erim deyenden sonra duraram ayaqa stol ustunde olanlardan 1 pay baldizlara 1 payHeyran neneye 2pay da atamqile yiqaram.Bayram gunu ne aqlayaram ne de kefimi pozaram.Zernishan da gorer qiziynan anasina da pay gedir inan hec MIK da elemez..ARDINI GOZLEYECEM>
28 avqust 2012 11:53
Offline
leylahuseynova
İnsanlar necə də haqsızdırlar günah deyil bu geline ne bilim görəsən mən qaynana olsaydım necə edərdim???????????
24 avqust 2012 17:54
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Memmedova lale
salam,Gunel xanim bu gun oxudum heqiqeten pis oldum,ele sonunu gozleyirdim ki,gorum eri neyleyecek,vicdanli adam imis,amma gerek qiz ele aciga gederdi bu qeder isin,hormetin qabaginda onun haqqi artiqlamasiyla catirdi...
5 avqust 2012 15:41
Offline
Gulxare
ELƏ BİL ÖZ HƏYATIMI OXUDUM(((((
5 avqust 2012 01:27
Offline
AYGUN_1981.
QAYNANALAR ETESHE TUTULUBAAAAAAAA winked UNUTMAYIN,BIR GUN SIZDE QAYNANA OLACAQSIZ! smile ELE MENDE winked
28 iyul 2012 21:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
  • 14:52 - Müəllif: Ayla Ayla
    F vitaminin faydaları (1)

    F vitaminin faydaları

    Linoleik turşusu (LA): Omeqa6 yağ qrupuna aiddir. Doymuş yağların yerinə istifadə edildikdə daha faydalıdır.
  • Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB

    Heç oglana görə silmək olar?
  • 13:46 - Müəllif: Feride
    İşləmək üçün Qadın oldu (3)

    İşləmək üçün Qadın oldu

    Icebergbir seral var idi onu xatirladimMən də Padinqtonun birincis eriyasını xatırladım
  • 13:44 - Müəllif: Feride
    Qar Adamı (özün düzəlt) (1)

    Qar Adamı (özün düzəlt)

    Yaxşı ideyadı OLaf oldu lap
  • 13:42 - Müəllif: Feride
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Canlı yaşıl bir çox markanın sevimlisi olsa da, xaki, tünd yaşıllı bu il çox görəcəksiniz.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış