Hörmətli istifadəçilər!
Bildiyiniz kimi, 1 fevral 2013-cü il tarixindən etibarən rubrika və bölmələrin, eyni zamanda məlumat bazasında mövcud olan bütün məqalələrin(xəbərlərin) komplekləşdirilməsi işinə başlanılmışdı. 05.03.2013-cü il tarixində qeyd olunan işlər yekunlaşdırıldı. Nəticə etibarı ilə, komplekləşdirmə ilə yanaşı komanda üzvlərimiz göndərilən və yayımlanan, yaxud hələ də öz növbəsini gözləyən xəbərlərlə bağlı böyük bir araşdırma da aparmış oldu.
Aparılan araşdırmalardan sonra, bir çox bölmələr ləğv edildi və ya qruplaşdırıldı. Onlarla yayımlanmış xəbər, yüzlərlə yazılmış şərhlər məlumat bazasından silindi. Həmçinin ehtiyac duyulan rubrikalara yeni bölmələr, alt bölmələr əlavə edildi.
Araşdırmalar zamanı o da məlum oldu ki, xəbər müəlliflərinin əksəriyyəti yalnız eyni mövzuda, konkret rubrikaya həsr edilən xəbərlərin göndərilməsinə meyllidirlər və təbii ki, sonradan xəbərlərin yayımlanması zamanı bir çox müəlliflər xəbərlərinin efirə çıxmasını günlərlə gözləməli olurlar. Səbəb çox sadədir: məsələn müəlliflərin ən çox müraciət etdiyi, Mətbəx, Ədəbi guşə, Müxtəlif, Dini mövzuda yayım üçün növbəsini gözləyən yüzlərlə xəbər var. Lakin başqa bölmələr vardır ki, həmin bölmələrə xəbərlər kütləvi halda göndərilmədiyindən, ehtiyatda olan xəbərlər də, yeni göndərilən yazılar da digərləri ilə müqayisə də daha tez yayımlanır.
Həmçinin başqa mühüm bir məqam odur ki, bəzi bölmələr sıradan deyil. Yəni həmin bölmələrə xəbər, yazı, məqalə hazırlamaq üçün daha çox əziyyət çəkmək, fərqli, fərdi bacarığa sahib olmaq da şərtdir. Təbii olaraq bu bölmələr üçün də xəbərləri hazırlayan müəllif xanımlar mövcuddur. Ay sonunda isə bu və ya digər xəbərlərin hazırlanmasına görə vahid qiymətləndirmə qaydaları mövcud idi. Yəni müəllif hansı rubrikaya xəbər yazmasından asılı olmayaraq, onun hesabına eyni QN xalları yazılırdı. Bu isə son nəticədə dəyərli vaxtını Azərbaycan xanımlarının maarifləndirilməsinə həsr edən hörmətli müəlliflərimizə qarşı bir haqsızlıq kimi qiymətləndirilə bilərdi.
Redaksiya rəhbərliyi və üzvlərinin təklifi, xəbərlər üzrə Ekspertin araşdırmalarına əsasən belə bir qərara gəldik ki, 15.03.2013-cü ildən etibarən efirə gedən hər bir xəbər üçün, onun aid olduğu rubrika, bölməyə uyğun hər günün sonunda müəllifin hesabına müvafiq QN xalları yazılsın! Bununla da hər bir kəs özü əvvəlcədən çəkdiyi əziyyətin qarşılığında qazancını bilmiş olacaq.
Sadə formada izahatla: məsələn, siz Mətbəx rubrikası, Tortlar bölməsi üçün 1 xəbər hazırlayırsınız. Bu o deməkdir ki, həmin xəbər efirə getdiyi halda, həmin gün sizin hesabınıza 5 QN yazılacaq. Yox əgər siz Qadın və cəmiyyət rubrikası, Qadın və texnologiya bölməsi üçün xəbər hazırlasanız o zaman xəbər efirə getdiyi halda hesabınıza 25 QN yazılacaq. Bunlarl ayanaşı bir xəbər üçün ayrılmış qiyməti daha yüksək olan bölmələrə göndərilən xəbərlər, digər bölmələr üçün göndərilmiş xəbərlərdən daha tez yayımlanmış olacaq.
Bütün müəlliflərin hesablarına hər günün sonunda yayımlanmış xəbərinə uyğun, müvafiq QN xalı yazılacaq.
Qiymətləndirmələr də müəlliflərin rubrika, bölmələrə müraciətinə uyğun olaraq dəyişdiriləcəkdir!
Qadin.Net |
15 QN |
Qadin və cəmiyyət |
|
Gözəl xanım |
|
Sağlamlıq |
|
Hamiləlik və analıq |
|
Mətbəx |
5 QN |
Münasibətlər |
20 QN |
Həyat tərzi |
15 QN |
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Kişilər üçün üz maskaları
Toyuq ətli salat (foto resept)
Avtomobil idxalı azalıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qeyri-adi əşyalar
Bu müalicə beyni dağıdır
NASA tarixin ən nadir FOTOsunu yaydı
Google robot şirkəti aldı
Bakıda çoxdan gözlənilən yenilik
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Aleyna Tilki dondurma reklamında
Putin Qarabağı bizə qaytarır
Robot kreslo növbəyə nəzarət edəcək
Kıvanç və Beren eyni serialda - FOTO
Münasibətə ziyan vuran vərdişlər
Məşhur aktyorun beşinci övladı öldü- FOTO
Kök və kök şirəsinin 10 faydası
Narahatlıq yaradan əşyalar
Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin
Azərbaycanda qəbir qadağası
Fahriyedən Buraka 16 minlik hədiyyə
Qışda yeyilməsi lazım olan ərzaqlar
Məsud Bərzanidən Türkiyə etirafı
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
2020-ci ildə Yer kürəsində..
Qadın olduğuna inanırsınızmı?
Soyaya tələbat niyə artır?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Şəhid atasından qürurverici sözlər - VİDEO
Karamelli tart (foto resept)
Bu gün nə bişirim?
Hardasan ay Cəbiş müəllim?!
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Prezident ailəsində xoş gün
Dünyanın ən çoС… qazanan klubları
Göz allergiyası və səbəbləri
Ziyafət geyimləri-1
Mən şəkil çəkirəm (dərs 8)
Unutqanlığın səbəbləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
İtalyan üsulu makaron (foto resept)
Həcci dərk edən və etməyənlərə
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Viktor Hüqonun yeni əsəri tapıldı
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
- ŞƏRHLƏR