Qadin.NET / Yazı, xəbərlər üçün yeni QN sistemi

Yazı, xəbərlər üçün yeni QN sistemi

Hörmətli istifadəçilər!
Bildiyiniz kimi, 1 fevral 2013-cü il tarixindən etibarən rubrika və bölmələrin, eyni zamanda məlumat bazasında mövcud olan bütün məqalələrin(xəbərlərin) komplekləşdirilməsi işinə başlanılmışdı. 05.03.2013-cü il tarixində qeyd olunan işlər yekunlaşdırıldı. Nəticə etibarı ilə, komplekləşdirmə ilə yanaşı komanda üzvlərimiz göndərilən və yayımlanan, yaxud hələ də öz növbəsini gözləyən xəbərlərlə bağlı böyük bir araşdırma da aparmış oldu.
Aparılan araşdırmalardan sonra, bir çox bölmələr ləğv edildi və ya qruplaşdırıldı. Onlarla yayımlanmış xəbər, yüzlərlə yazılmış şərhlər məlumat bazasından silindi. Həmçinin ehtiyac duyulan rubrikalara yeni bölmələr, alt bölmələr əlavə edildi.
Araşdırmalar zamanı o da məlum oldu ki, xəbər müəlliflərinin əksəriyyəti yalnız eyni mövzuda, konkret rubrikaya həsr edilən xəbərlərin göndərilməsinə meyllidirlər və təbii ki, sonradan xəbərlərin yayımlanması zamanı bir çox müəlliflər xəbərlərinin efirə çıxmasını günlərlə gözləməli olurlar. Səbəb çox sadədir: məsələn müəlliflərin ən çox müraciət etdiyi,  Mətbəx, Ədəbi guşə, Müxtəlif, Dini mövzuda yayım üçün növbəsini gözləyən yüzlərlə xəbər var. Lakin başqa bölmələr vardır ki, həmin bölmələrə xəbərlər kütləvi halda göndərilmədiyindən, ehtiyatda olan xəbərlər də, yeni göndərilən yazılar da digərləri ilə müqayisə də daha tez yayımlanır.

Həmçinin başqa mühüm bir məqam odur ki, bəzi bölmələr sıradan deyil. Yəni həmin bölmələrə xəbər, yazı, məqalə hazırlamaq üçün daha çox əziyyət çəkmək, fərqli, fərdi bacarığa sahib olmaq da şərtdir. Təbii olaraq bu bölmələr üçün də xəbərləri hazırlayan müəllif xanımlar mövcuddur. Ay sonunda isə bu və ya digər xəbərlərin hazırlanmasına görə vahid qiymətləndirmə qaydaları mövcud idi. Yəni müəllif hansı rubrikaya xəbər yazmasından asılı olmayaraq, onun hesabına eyni QN xalları yazılırdı. Bu isə son nəticədə dəyərli vaxtını Azərbaycan xanımlarının maarifləndirilməsinə həsr edən hörmətli müəlliflərimizə qarşı bir haqsızlıq kimi qiymətləndirilə bilərdi.

Redaksiya rəhbərliyi və üzvlərinin təklifi, xəbərlər üzrə Ekspertin araşdırmalarına əsasən belə bir qərara gəldik ki, 15.03.2013-cü ildən etibarən efirə gedən hər bir xəbər üçün, onun aid olduğu rubrika, bölməyə uyğun hər günün sonunda müəllifin hesabına müvafiq QN xalları yazılsın! Bununla da hər bir kəs özü əvvəlcədən çəkdiyi əziyyətin qarşılığında qazancını bilmiş olacaq.

Sadə formada izahatla: məsələn, siz Mətbəx rubrikası, Tortlar bölməsi üçün 1 xəbər hazırlayırsınız. Bu o deməkdir ki, həmin xəbər efirə getdiyi halda, həmin gün sizin hesabınıza 5 QN yazılacaq.  Yox əgər siz Qadın və cəmiyyət rubrikası, Qadın və texnologiya bölməsi üçün xəbər hazırlasanız o zaman xəbər efirə getdiyi halda hesabınıza 25 QN yazılacaq. Bunlarl ayanaşı bir xəbər üçün ayrılmış qiyməti daha yüksək olan bölmələrə göndərilən xəbərlər, digər bölmələr üçün göndərilmiş xəbərlərdən daha tez yayımlanmış olacaq.

Bütün müəlliflərin hesablarına hər günün sonunda yayımlanmış xəbərinə uyğun, müvafiq QN xalı yazılacaq.


Qiymətləndirmələr də müəlliflərin rubrika, bölmələrə müraciətinə uyğun olaraq dəyişdiriləcəkdir!

Qadin.Net 
Bütöv Azərbaycan!    
           Qadin.net həyatı    
                Etiraflar    
Online kinoteatr    
Virtual dərslər    

   

   15 QN
     5 QN
   30 QN
     0 QN
   30 QN


                      Qadin və cəmiyyət 
             Tanınmış qadın simalar    
                      Hüquq və qadın haqları     
                    Qadın və din     
                   Qadın və texnologiya     
                 Qadın və təhsil     
                Şəxsi inkişaf     

 
  
   15 QN
   25 QN
     5 QN
   25 QN
   20 QN
   20 QN


Gözəl xanım  
  Fitnes və pəhriz   
Moda   
                  Saçlara qulluq      
                 Kosmetologiya      
                Makiyaj      
                    Manikür və pedikür      
                  Gözəllik xəbərləri      
                  Ulduzların gözəllik sirləri      
                   Üzə qulluq      
            Bədənə qulluq      
                 Estetik gözəllik      

 

  
   20 QN
   20 QN
   10 QN
   15 QN
   15 QN
   10 QN
   10 QN
   15 QN
   15 QN
   20 QN
   25 QN


Sağlamlıq 
Sağlamlıq xəbərləri     
    Qadın xəstəlikləri     
      Düzgün qidalanma     
        Xalq təbabəti     
        Aromaterapiya və fitoterapiya     
        Kontrasepsiya və abort     
         Menstruasiya     
         Masaj     

    
 
     5 QN
   15 QN
   15 QN
   15 QN
   25 QN
   15 QN
   25 QN
   20 QN


Hamiləlik və analıq    
         Hamiləliyə hazırlıq     
          Hamiləlik təqvimi     
          Doğum hekayələri     
            Doğumdan sonra     
           Körpə və ona qulluq     
          Uşaqlar və tərbiyə     
        Valideynlərə məsləhət     
            Ana və uşağın ev məktəbi     

  
  
   20 QN
   10 QN
   20 QN
   15 QN
   20 QN
   10 QN
   10 QN
   10 QN


Mətbəx  
Salatlar və qəlyanaltılar    
            Duru yeməklər    
        Quru yeməklər    
           Duzlu xəmir işləri     
            Şirin xəmir işləri     
         Tortlar    
           Peçenyelər    
          Kompot, kokteyl, dondurma    
            Konservləşdirilmiş məhsullar    
            Uşaq yeməkləri     
          Şef master    
          Müxtəlif     

  
  

     5 QN
     5 QN
     5 QN
   10 QN
   10 QN
     5 QN
     5 QN
   10 QN
   10 QN
     5 QN
   15 QN
     5 QN


Münasibətlər  
Düşüncə dərsi     
           Eşq və məhəbbət     
        Xəyanət     
          Testlər     
            Qadın psixologiyası     
           Kişi psixologiyası     
            Gəlin-qaynana     
           Cinsi münasibətlər     
            Psixoloji məsləhətlər     



   20 QN
   10 QN
   10 QN
   20 QN
   10 QN
   20 QN
   15 QN
   10 QN
   10 QN


Həyat tərzi  
 Səyahət      
           Hobbi      
          Evim - İnteryer  
          Ədəbi guşə  
           Adət-ənənələr     
           Praktiki məsləhətlər     
            Mütləq bilməlisiniz     
          Avtomobil     
            Yuxuyozmalar     
Ordan-burdan  
Müxtəlif      

  

   15 QN
   10 QN
   15 QN
     5 QN
   15 QN
     5 QN
   10 QN
   15 QN
   20 QN
   10 QN
     5 QN

14 mart 2013
GO BACK