Aşağıdakı xırda şeylər hər gün sizin sevincinizi əlinizdən alır:
Sara Hansen adlı yazıçı və psixoloq hesab edir ki, bədbəxtliyin çox sayda çalarları vardır. O şəxsən bu cür çalarlardan 50 xüsusiyyət aşkar etmişdir ki, bu davranışlar həmişə bizə mənfi təsir etməkdədir. Biz bu xanımın məqaləsindən çıxarışlar edərək, qısa şəkildə şərh verərək siz əzizlərə təqdim edirik və ümid edirik ki, bu xüsusiyyətləri həyatınızdan rədd edərək daha xoşbəxt yaşayacaqsınız.
1. Siz hər zaman narahatsınız
Narahatçılıq elə şeydir ki, insanı hərəkət etməyə qoymur, düzgün qərar qəbul etməyə imkan vermir. Ona görə də bacardığınız qədər özünü rahatlaşdırmağa və fikrinizi bir yerə toplamağa çalışın.
2. Siz hər şeyi öz nəzarətiniz altında saxlamaq istəyirsiniz
Hərdən adamlar elə güman edirlər ki, bu həyatda baş verən hər şeyi öz nəzarətləri altında saxlaya bilərlər. Bilirsinizmi, bu məsələ, hətta ən güclü adamın belə, qüdrətindən xaricdir. Biz özümüzdən başqa heç nəyi idarə edə bilmərik. Odur ki, fikrimiz özümüzdə olmalıdır.
3. Tez-tez inciyirsiniz
İncimək bir zəhərə bənzəyir ki, içib başqasının ölümünü gözləyirsən. İnciklik ancaq sizə neqativ təsir bağışlayır. Bunu unutmayın, inciyən, küsən siz olursunuz, lakin əks tərəf bəlkə də həyatdan zövq almaqla məşğuldur. Düşünün, buna dəyərmi?
4. Düşünürsünüz ki, hamı sizin qaydalar əsasında hərəkət etməlidir
Anlayın ki, dünyanın sizin qayda-qanunlardan heç xəbəri də yoxdur. Bunu nə qədər tez başa düşsəniz, bir o qədər xoşbəxt olarsınız. Əkər insanlar inciyir ki, nə üçün başqaları onların meyarları əsasında həyat sürmürlər. Halbuki siz insanları olduqları kimi qəbul etməlisiniz. Şübhəsiz ki, siz özünüz də başqalarının qanunlarına uyğun olaraq yaşamaq istəməzsiniz.
5. Siz özünüzü başqaları ilə müqayisə edirsiniz
Biz həmişə bu oyunu oynayırıq. Məsələn, kiminsə həyatından bir hissəni götürüb öz həyatımızla müqayisə edirik. Məsələn, mən özümü hansısa məşhur bir futbolçu ilə müqayisə etdikdə özümün ondan daha pis oynadığının şahidi olacağam. Amma nə biləsən, bəlkə mən ondan daha yaxşı rəsm çəkə bilirəm? Nəticə budur ki, müqayisə meyarımız səhvdir. Əgər siz müqayisədən əl çəkə bilmirsinizsə, onda belə edin: Müqayisə edin, bu gününüz dünənki gününüzdən fərqlidirmi?
6. Düşünürsünüz ki, arzularınız həyata keçsə, siz xoşbəxt olacaqsınız
Kimsə deyir ki, mən yüz milyon manat qazansam, xoşbəxt olacağam. Başqa birisi deyir ki, filan maşını alsam, xoşbəxt olacağam. Amma başqa birisi deyir ki, ailəmlə bu gün şam etsəm, xoşbəxt olacağam. Sizcə bu şəxslərdən hansı biri daha xoşbəxtdir? Əlbəttə, böyük hədəflərin olması əladır. Ancaq bunlar gerçəkləşməyə də bilər. Odur ki, bu günün, indiki zamanın kefini çıxarın.
7. Siz bir “stəkansınız” ki, həmişə yarı hissəniz boşdur
Əgər siz pessimissinizsə və həmişə pis şeylər haqda düşünürsünüzsə, bütün bunlar həyatınızın gerçəkliyinə çevriləcəkdir. Ona görə də çalışın insanların yaxşı xüsusiyyətlərini görəsiniz, ətrafınızda gözəlliklər gözünüzə sataşsın.
8. Siz tənhasınız
İnsan sosial varlıqdır. Bundan imtina etmək mümkün deyil. Bir gün ayılacaqsınız ki, tənhasınız, əzginsiniz. Bu durumu dəyişmək lazımdır. Ona görə də insanlar olan yerlərə gedin. Öz fikirlərinizi başqaları ilə bölüşün, insanlara yardım edin, söhbətləşin. Görəcəksiniz ki, özünüzdə nə qədər yüksək əhval-ruhiyyə tapırsınız.
Ardı var....
XƏBƏR LENTİ
Dahilərdən gözəl sözlər-9
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
Tibb işçilərindən yaralı əsgərimizə sürpriz - VİDEO
Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA
Bakı əhalisinin sayı açıqlanıb
Axmaqlar bir-birini cəlb edir...
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Gözdən əlillər üçün mobil əlavə-VİDEO
Şəhid polkovnikə Milli Qəhrəman adı verildi
Malik Məmmədovun şəhidlik zirvəsinə ucalmasından 20 il ötür
Obama xalqını təhqir etdi
Albalı keksi (foto resept)
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Ermənilər Bakıya gəlir
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Dövlət başçısı: "Düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın"
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Qızıl balıqlı yaşıl şorba (foto resept)
Avitaminoz
Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Öz qapımıza yenə qol vuracağıq?
Gəlin birlikdə gülək
Rahat ayaqqabı sevənlərə
Vərəm
Vanqadan dəhşətli proqnoz
Rəngarəngliyi sevən xanımlara
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Menstruasiyanın gecikməsinin səbəbləri
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Kanye Uestdən qəribə açıqlama
Cem Yılmaz Ozan Güvən qalmaqalına görə tənqid olundu
İnternetin insan münasibətlərinə mənfi təsirləri
Qısqanclıq özgüvənsizliyin əlamətidir!
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Gülüş-2
Maraqlı aksesuarlar
Yataq örtükləri
Şaftalı mürəbbəsi (foto resept)
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
Dünyanın gələcəyini dəyişəcək qərar
Plombir tortu (foto resept)
Azərbaycanda evlərə yeni və şok vergi gəlir
Vicdanım üşüyür...
Alman müəlliməmin təcrübələri
10 milyon dollarlıq alma satılır-FOTO
Kobud kişilərin oxumalı olduğu yazı
Küləkli günlər nə vaxtadək davam edəcək?
- ŞƏRHLƏR