Bakıda hava 10°
USD AZN
EUR AZN
14:48Ayla Ayla qizlar necəsiz Survivora kim baxdı? səhərə kimi ağladım e 09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41423

De hardasan... (şeir)

 

 

De hardasan... (şeir)

 

 

Eşit könül fəryadımı,

Gəl, qur sevgi sarayımı.

Gətir artıq eşq payımı,

Yetiş mənə, gəl çək nazım.

De hardasan, alın yazım.

 

***

Zülmətlərdə keçdi ömrüm,

Danışmadı, susdu könlüm,

Səslə məni ömrüm-günüm,

Kamanım ol, ya da sazım,

De hardasan, alın yazım.

 

 

De hardasan... (şeir)

 

 

***

Toz olaraq yollar kimi,

Hey əsərəm yellər kimi,

Kükrəyərəm sellər kimi,

Qışa dönər, solar yazım,

De hardasan, alın yazım.

 

***

Sevgi payım, bu son cağırım,

Külə dönüb, yanıb bağrım,

Gəl ki artıq, bitsin ağrım,

Ya gəlməsən, məzar qazım,

De hardasan, alın yazım.

Fərqanə Yusifqızı

Səslərin sayı: 0
2
3006
Şərhlər
Offline
Iceberg
Belə nəqarətdə mahnı da var idi deyəsən
18 avqust 2017 12:36
imza: shafaabdulla.blogspot.com
Offline
Yagmur
Maraqli serdi tsk ))))) bu reklami ortadan qaldirin xahis
17 avqust 2017 20:31
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )