Qadin.NET / De hardasan... (şeir)

De hardasan... (şeir)

 

 

De hardasan... (şeir)

 

 

Eşit könül fəryadımı,

Gəl, qur sevgi sarayımı.

Gətir artıq eşq payımı,

Yetiş mənə, gəl çək nazım.

De hardasan, alın yazım.

 

***

Zülmətlərdə keçdi ömrüm,

Danışmadı, susdu könlüm,

Səslə məni ömrüm-günüm,

Kamanım ol, ya da sazım,

De hardasan, alın yazım.

 

 

De hardasan... (şeir)

 

 

***

Toz olaraq yollar kimi,

Hey əsərəm yellər kimi,

Kükrəyərəm sellər kimi,

Qışa dönər, solar yazım,

De hardasan, alın yazım.

 

***

Sevgi payım, bu son cağırım,

Külə dönüb, yanıb bağrım,

Gəl ki artıq, bitsin ağrım,

Ya gəlməsən, məzar qazım,

De hardasan, alın yazım.

Fərqanə Yusifqızı

17 avqust 2017
GO BACK