Bu yaxınlarda evdə ailəmizlə birlikdə yerli telekanalların birində seriala baxırdıq. Birdən kiçik oğlum heç gözləmədiyimiz halda “Ata, bu qızı zorlayıblar” dedi. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Təbii ki, deməyə sözümüz yox idi. Böyüklər də bizimlə bərabər olduğu üçün uşaqdan daha çox biz utandıq. Kanalı dəyişdik və bir daha bu seriala baxmadıq.
Lakin bir müddət keçdikdən sonra düzgün qərar vermədiyimizi anladım. Uşaqlara vaxtında bu cür hadisələr haqqında ətraflı məlumat verilməlidir. Çünki valideynlər uşaqları nə qədər qorumağa çalışsalar da, istər-istəməz onlarda qadağa qoyulmuş mövzulara daha çox maraq yaranır. Bunun üçün də övladlarımızı düzgün məlumatlandırmalıyıq. Yadıma orta məktəbdə oxuyanda sinfimizdə baş verən bir hadisə düşdü:
O zaman “İnsan” dərsliyində uşağın doğulması ilə bağlı mövzu var idi. Mövzuya aid də müxtəlif şəkillər və s. Sinif yoldaşlarımız bu şəkilləri bir-birinə göstərir və pıçıldaşırdılar. Sinifdəki qızlar müəllimə şikayət etdilər. O da hələ bizə tədris edilməmiş dərslikdəki mövzu ilə bağlı bütün vərəqləri cırdı. Həm də hamımızın dərsliyindən! O zaman bu hərəkəti bütün sinif qızları alqışladı. Çünki oğlanlar bu şəkillərə baxanda nədənsə biz özümüzü günahkar hesab edirdik!
İndi müasir zamanda, informasiya bolluğunda uşaqları qorumaq daha çətin və daha məsuliyyətlidir. Beyin hər gün yeni informasiyalar qəbul edir, amma onları analiz və sintez etməyə zaman yoxdur. Əgər nəzərə alsaq ki, bu beynin sahibi hələ ətraf aləmi o qədər də dərk eləmir, onda vəziyyət daha da mürəkkəbləşir. Düzdür, cinsi tərbiyə həm oğlan, həm də qız uşaqları üçün vacibdir. Amma mən istəyərdim ki, bu dəfə diqqəti kiçikyaşlı oğlan uşaqlarının üzərində cəmləşdirim.
Tərbiyə ilk öncə ailədən, daha sonra isə məktəbdən başlayır. Ailələrdəki uşaqların bəzən yalnız oğlan olması müəyyən məsələlərə xüsusi yanaşma tələb edir. Belə ki, yalnız oğlan uşaqlarından ibarət olan ailədə oğlanlar özünü daha sərbəst hiss edir, hərəkətlərinə və sözlərinə sərhəd qoymurlar. İş bununla bitmir. Məktəb yaşına çatdıqda isə bu uşaqların sinif yoldaşları da yalnız oğlanlar olur. İlk olaraq problem özünü burada göstərir. Oğlanlardan ibarət bütöv bir sinif! Artıq sərbəstlik öz sərhədlərini tamamilə itirir. Çünki burada onların hərəkətlərini və sözlərini bir növ nizama salan “qurum” – qızlar yoxdur. Onlar bir-birinin yanında istədikləri kimi danışır, hərəkət edir, bir sözlə, utanmırlar. Bu cür oğlan uşaqları böyüdükcə əks cinsə deyil, öz həmcinsi ilə münasibət qurmağa başlayır. Bəzən valideynlər bununla o qədər də maraqlanmır, bəzən isə uşaqları cəzalandırmaqla kifayətlənirlər.
Təəssüf ki, oğlan uşaqları arasındakı bu cinsi istək, təkcə istək olaraq qalmır. Ən pisi isə budur ki, belə hadisələrdən əksər vaxtlarda heç kim xəbər tutmur. Valideynlərdən qorxu, başqa uşaqların hədələri, şəkillərin və ya videoların yayılması və “ayıb” faktoru oğlanların öz həmyaşları tərəfindən cinsi istismara məruz qalmasına səbəb olur. Ən acınaqlısı isə odur ki, belə hadisələrin üstü açılanda hüquq-mühafizə orqanları işə qarışmır. Hadisələr gizlədilir. “Böyüklər” öz aralarında məsələni həll etməyə, mümkün qədər işi açıb-ağartmamağa çalışırlar. Lakin uşağı, onun aldığı və ala biləcəyi istər fiziki, istərsə də mənəvi zədələri düşünən olmur. Nəticədə bir uşaq, gələcəyimiz məhv olub gedir.
Ona görə də uşaqlarla vaxtında “ayıb” dediyimiz söhbətləri etmək lazımdır. Bəlkə də mənimlə razılaşmayanlar da olacaq. Amma bir faktı da unutmayaq ki, söhbət bizim gələcəyimiz olan genimizin daşıyıcısı – kişilərdən gedir.
XƏBƏR LENTİ
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
Göbələkli badımcan ruleti (foto resept)
Tibb işçisi lotereyada 758 mln. dollar udub
Bir gündə 8 uşaq dünyaya gətirən ananın bədən quruluşu heyrətləndirdi - FOTO
Ərzaq mallarının qiymətləri qalxıb?
Əlilliyi olan şəxslərə ŞAD XƏBƏR - İş yerlərinin...
Mürəbbəli peçenye (foto-resept)
İstanbul səyahəti
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
Sabahın HAVAsı
Hava haqqında - 30.08.2013
Tələbə "Rusiya gözəli" oldu - FOTO
Günün qoroskopu: maliyyə öhdəlikləri götürməyin
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Müğənninin saçından çıxanlar hər kəsi heyrətləndirdi!-FOTO
Çində Google bağlandı
Yay qarderobunuzu yeniləmək üçün geyimlər
Merve özünə qoyduğu qadağanı pozdu - FOTO
Kök olduğu üçün ölümlə təhdid edilir - FOTO
Hədiyyə ilə bağlı etiket qaydaları-2
Avtomobil
Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNDİ)
Göz şişkinliyini yox edən 9 təklif
Emreye fırça uzadan şəxs AÇIQLAMA VERDİ
Həftə sonunun HAVAsı
HP yeni noutbukunu göstərdi
“McDonald’s”ın qadağan olunduğu 8 ölkə
Mərhum basketbolçunun ailəsində qalmaqal
Azərbaycanda qızın mədəsindən çıxanlar həkimləri HEYRƏTLƏNDİRDİ
Mələklə söhbət
Dahilərdən kəlamlar (I hissə)
2015-in bizdən aldığı məşhurlar
Nanə bitkisinin müalicəvi əhəmiyyəti
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
İmtahan vermiş abituriyentlərin NƏZƏRİNƏ
Fahriye və Burak cütlüyü bayramı belə qeyd etdi - FOTO
Taksi sürücülərinin nəzərinə!
İki ağzı və iki dili olan uşaq dünyaya gəldi - FOTO
Məşhur aktyor evləndi-FOTO
Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Mal-qaraya avtomobil yolları qadağan edildi
Fonetika - Hərflər (1)
Aşura bu gün dünyada aktualdırmı?
Forest Uitaker 20 illik xanımından BOŞANIR-FOTO
Kişilərdə sonsuzluq səbəbləri
Yeni il gecəsinin ulduzu olun
Güclü yağış Gəncədə 12 evi uçurdu
- ŞƏRHLƏR