Bu yaxınlarda evdə ailəmizlə birlikdə yerli telekanalların birində seriala baxırdıq. Birdən kiçik oğlum heç gözləmədiyimiz halda “Ata, bu qızı zorlayıblar” dedi. Yoldaşımla bir-birimizin üzünə baxdıq. Təbii ki, deməyə sözümüz yox idi. Böyüklər də bizimlə bərabər olduğu üçün uşaqdan daha çox biz utandıq. Kanalı dəyişdik və bir daha bu seriala baxmadıq.
Lakin bir müddət keçdikdən sonra düzgün qərar vermədiyimizi anladım. Uşaqlara vaxtında bu cür hadisələr haqqında ətraflı məlumat verilməlidir. Çünki valideynlər uşaqları nə qədər qorumağa çalışsalar da, istər-istəməz onlarda qadağa qoyulmuş mövzulara daha çox maraq yaranır. Bunun üçün də övladlarımızı düzgün məlumatlandırmalıyıq. Yadıma orta məktəbdə oxuyanda sinfimizdə baş verən bir hadisə düşdü:
O zaman “İnsan” dərsliyində uşağın doğulması ilə bağlı mövzu var idi. Mövzuya aid də müxtəlif şəkillər və s. Sinif yoldaşlarımız bu şəkilləri bir-birinə göstərir və pıçıldaşırdılar. Sinifdəki qızlar müəllimə şikayət etdilər. O da hələ bizə tədris edilməmiş dərslikdəki mövzu ilə bağlı bütün vərəqləri cırdı. Həm də hamımızın dərsliyindən! O zaman bu hərəkəti bütün sinif qızları alqışladı. Çünki oğlanlar bu şəkillərə baxanda nədənsə biz özümüzü günahkar hesab edirdik!
İndi müasir zamanda, informasiya bolluğunda uşaqları qorumaq daha çətin və daha məsuliyyətlidir. Beyin hər gün yeni informasiyalar qəbul edir, amma onları analiz və sintez etməyə zaman yoxdur. Əgər nəzərə alsaq ki, bu beynin sahibi hələ ətraf aləmi o qədər də dərk eləmir, onda vəziyyət daha da mürəkkəbləşir. Düzdür, cinsi tərbiyə həm oğlan, həm də qız uşaqları üçün vacibdir. Amma mən istəyərdim ki, bu dəfə diqqəti kiçikyaşlı oğlan uşaqlarının üzərində cəmləşdirim.
Tərbiyə ilk öncə ailədən, daha sonra isə məktəbdən başlayır. Ailələrdəki uşaqların bəzən yalnız oğlan olması müəyyən məsələlərə xüsusi yanaşma tələb edir. Belə ki, yalnız oğlan uşaqlarından ibarət olan ailədə oğlanlar özünü daha sərbəst hiss edir, hərəkətlərinə və sözlərinə sərhəd qoymurlar. İş bununla bitmir. Məktəb yaşına çatdıqda isə bu uşaqların sinif yoldaşları da yalnız oğlanlar olur. İlk olaraq problem özünü burada göstərir. Oğlanlardan ibarət bütöv bir sinif! Artıq sərbəstlik öz sərhədlərini tamamilə itirir. Çünki burada onların hərəkətlərini və sözlərini bir növ nizama salan “qurum” – qızlar yoxdur. Onlar bir-birinin yanında istədikləri kimi danışır, hərəkət edir, bir sözlə, utanmırlar. Bu cür oğlan uşaqları böyüdükcə əks cinsə deyil, öz həmcinsi ilə münasibət qurmağa başlayır. Bəzən valideynlər bununla o qədər də maraqlanmır, bəzən isə uşaqları cəzalandırmaqla kifayətlənirlər.
Təəssüf ki, oğlan uşaqları arasındakı bu cinsi istək, təkcə istək olaraq qalmır. Ən pisi isə budur ki, belə hadisələrdən əksər vaxtlarda heç kim xəbər tutmur. Valideynlərdən qorxu, başqa uşaqların hədələri, şəkillərin və ya videoların yayılması və “ayıb” faktoru oğlanların öz həmyaşları tərəfindən cinsi istismara məruz qalmasına səbəb olur. Ən acınaqlısı isə odur ki, belə hadisələrin üstü açılanda hüquq-mühafizə orqanları işə qarışmır. Hadisələr gizlədilir. “Böyüklər” öz aralarında məsələni həll etməyə, mümkün qədər işi açıb-ağartmamağa çalışırlar. Lakin uşağı, onun aldığı və ala biləcəyi istər fiziki, istərsə də mənəvi zədələri düşünən olmur. Nəticədə bir uşaq, gələcəyimiz məhv olub gedir.
Ona görə də uşaqlarla vaxtında “ayıb” dediyimiz söhbətləri etmək lazımdır. Bəlkə də mənimlə razılaşmayanlar da olacaq. Amma bir faktı da unutmayaq ki, söhbət bizim gələcəyimiz olan genimizin daşıyıcısı – kişilərdən gedir.
XƏBƏR LENTİ
Lox-Ness bədheybəti yenidən peyda oldu?-FOTO
Nəhəng uzunqulaq-FOTO
Noutbuklara tələbat niyə azalır?
Keçmişin 3 milyarderi
Azərbaycan dəmir yollarında yoxlamalar başlayır
Çağla Şikeldən sellülitə qarşı maska
İldırım 60 inəyi vurdu
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol- (1)
İzləyicisinin evlilik təklifini qəbul etdi
Uşaqların sosial-psixoloji inkişafı-10
Bu gün həmin yoldan keçməyin
Xəzər dənizinin sahilində çoxlu sayda suiti ölüsü tapılıb
Uşaqlara rəngləmə şəkilləri (900 ədəd)
Qan vermək haqqında
Xüsusi dəvətlər üçün tüllü don dəbi
Arıqlamaq istəyirsizsə, bu məhlulu için.
Qarabağı necə alaq?
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
Qarabağda orduya əmr verildi
Make up -makiyaj 3(foto dərs)
Məşhur müğənninin ağciyərləri sıradan çıxdı-SƏBƏB
Yer kürəsinə tarixdə ən böyük asteroid yaxınlaşır
Kəsmikli rulet (foto-resept)
Özcan Deniin paylaşımı Diqqət Çəkdi-FOTO
Lobyalı-göbələkli salat (foto resept)
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Harri və Meqana daha bir ev bağışlandı - Foto
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Mollalarla bağlı təklif
Əl işi boyunbağılar
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda güclü külək olacaq
National Geographic foto müsabiqəsi-4
Maraqlı yatmış uşaq şəkilləri
Rusiya böhranı Azərbaycana çatdı
Demet əri ilə barışdı
Belə şəraitdə kəsilən ətləri almayın - Həyatınız üçün təhlükəlidir!
Yol Polisi qəfil reyd keçirdi
Məşhur aktrisa tanınmaz halda - FOTO
Avqust ayının 12-də Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Hansı bürclər gözəl ailə başçısı və ideal həyat yoldaşıdır?
Azərbaycanlı milyarder məşhur klubun sponsoru oldu
Düşünməyə təşviq edən 5 film
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Doğum gününə görə xarekter (dekabr)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
Facebook-a qarşı təhqiqat başlanıldı
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Niyyətin hara, mənzilin ora
- ŞƏRHLƏR