Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzlərinin funksiyasında, ürək-damar sistemi, böyrəklərdə, digər orqan və sistemlərdə, elektrolit və hormonal tərkibində nəzərə çarpacaq dəyişikliklər baş verir. Həmçinin mədə-bağırsaq xəstəlikləri, infantilizm, süni abortlar, astenik tipli konstitusiya, qalxanabənzər vəzin xəstəliyi, qeyri-düzgün qidalanma, sinir gərginliyi toksikozun yaranmasına şərait yaradır.
Toksikozları 2 böyük qrupa bölürlər: erkən (hamiləliyin I yarısında) və gecikmiş (hamiləliyin II yarısında).
Erkən toksikozun ən geniş yayılmış forması qusmadır. Qusma gündə bir neçə dəfə təkrar olunur, adətən yeməkdən sonra baş verir və tezliklə su-duz, zülal, karbohidrat və yağ mübadiləsinin pozulmasına, turşu-qələvi və vitamin balansının, daxili sekresiya vəzilərinin funksiyasının, ilk növbədə böyrəküstü vəzilərin funksiyasının pozulmasına gətirib çıxarır.
Qusmanı ağırlığına görə 3 dərəcəyə bölürlər:
Yüngül dərəcə - gündə 3-5 dəfə, yeməkdən sonra baş verir. Ümumi vəziyyətə təsir etmir, asan müalicə olunur və 2-3 aydan sonra öz-özünə keçib gedir.
Orta dərəcə - yemək qəbulundan asılı olmayaraq gündə 10-12 dəfə baş verir, bədən çəkisi azalır, zəiflik, ürək döyüntüsü yaranır, dəri quru olur, ifraz olunan sidiyin miqdarı azalır.
Ağır dərəcə - gün ərzində 20 dəfə və artıq təkrar olunur, ümumi vəziyyət kəskin ağırlaşır. Aclıq və susuzlaşma orqanizmin üzülməsinə səbəb olur, bədən çəkisi azalır, gücsüzləşmə yaranır. Dil quru olur, ağızdan aseton qoxusu gəlir. Nəbz artır, bədən temperaturu artır, sidikdə aseton aşkar edilir.
Bir çox qadınlarda səhərlər ac qarnına qusma baş verir, lakin bu, toksikoz əlaməti hesab olunmur.
Ağız suyu ifrazının artması həm qusmadan əvvəl baş verən bir əlamət kimi, həm də ayrıca toksikoz forması kimi yarana bilər. Gün ərzində ifraz olunan ağız suyunun miqarı 1 l-ə çata bilər. Ağız suyu ifrazının artması hamilə qadının psixologiyasına mənfi təsir göstərir, dodaq və dərini qıcıqlandırır. Ağız suyu ifrazının hədsiz artması halı hətta orqanizmin susuzlaşmasına da səbəb ola bilər.
Bu halın müalicəsi kompleks şəkildə aparılır - fizioterapiya, psixoterapiya, hipnoz. Qidalanma gün ərzində 5-6 dəfə, kiçik miqdarlarda, soyuq şəkildə və yaxşı olar ki, uzanmış vəziyyətdə olsun.
Qusma əleyhinə inyeksiya şəklində serukal, mərkəzi sinir sisteminə təsir edən preparatlardan brom və kofeindən istifadə oluna bilər. Susuzlaşmanı aradan qaldırmaq üçün stasionar şəraitində 5-7 gün ərzində damcı üsulu ilə insulin, 3 ml 5%-li C vitamini, 5%-li qlükoza (500-100 ml) ilə birlikdə yeridilir. Əzələdaxilinə B1 və B6 vurulur. Kompleks müalicəyə həmçinin splenin, metionin, kokarboksilaza, suprastin də daxil edilə bilər. Müalicə sidik və qan analizinə nəzarət etməklə aparılır.
Bədən çəkisinin artması, gündəlik sidik ifrazının, bədən temperaturunun, nəbzin normallaşması müalicənin effektivliyinin göstəricisi hesab olunur.
XƏBƏR LENTİ
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
Müraciət edənlərin sayı 23 mini keçdi
Castin Biberdən gözlənilməz AÇIQLAMA
Səhranın gözəlliyi
Kökəlmək istəyənlər bunları yesin - TÖVSİYƏLƏR
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Tatuaj necə silinir?
Nazirdən müharibə mesajı
Kişilərin inanılmaz xəyanət bəhanələri
Adriana Lima Metin Haranı sildi
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
55 yaşlı qadın üçəm dünyaya gətirdi
Müasir oğlan
Kayli Cenner rəfiqələrindən kömək istədi-SƏBƏB
Hər qadına 5 dost
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Vanna otağında qara rəng trendi
Təbii gözəllik vasitəsi: Hind Yağı
Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Özge Ulusoydan ayrılıq xəbəri
Mərci salatı (foto resept)
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Saçları seyrəldən 5 vərdiş
“Twitter” satışda - Kim alacaq?
Hər zövqə uyğun paltarlar
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Qadınların cavan qalmasına kömək edən məhsullar
Rusiyalı rəssamın əl işləri
Nokia Lumia insanı xilas etdi
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Məşhur aktyor ata oldu
Günün qoroskopu: Münaqişə etməyin!
Microsoft daha onları yeniləməyəcək
"Çukur"un yeni mövsüm tizeri - Video
Dünyanın ən yaşlı əri öldü - FOTO
Bu cür insanlardan UZAQ DURUN!
Hava haqqında
TQDK-dan müraciət
TƏBİB əhaliyə müraciət etdi
Gündəlik salat (foto resept)
Şəkərli sadə peçenyelər (foto resept)
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Bəşər Əsəd dürüstlük testindən keçdi
Berkay AÇIQLAMA VERDİ
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Məşhur aktyor “Çukur” serialına qayıdır
Bakıda evlər ucuzlaşdı
Elektrik dirəklərini bəzədilər
- ŞƏRHLƏR