İlk dəfə körpəsi olan ana və atalar yeni doğulmuş körpələrinin görünüşünə heyranlıqla baxarlar. Körpənin başının şəkli və böyüklüyü, dəri rəngi, dərisinin hamarlığı, "pambıq" kimi əlləri isanı valeh edir. Yaradanın böyüklüyü, yaratdığı möcüzələr...Qurban olduğum necə gözəlliklər bəxş edir bizə!
Yeni doğulmuş bir körpəni yaxından araşdıraq:
(Aşağıdakı yazı normal doğulmuş körpələr üçün etibarlıdır...)
Körpənin bədəni
Normal körpə təxminən 3000-3500 qram ağırlığında olur və boyu da təxminən 50 santimetrdir. Çiyinlər dar, qarını çölə qabarıqdır. Omba qismi də dardır. Qollar və ayaqlar nisbətən qısadır və bədənə doğru qısılmış şəkildə dayanır.
Körpənin başı
Yeni doğulan körpənin başı bədənə görə nisbətən daha böyükdür. Doğumdan sonrakı ilk günlərdə körpənin başının şəkli uzanmış şəkildə və ya asimmetrik ola bilər. Bunun səbəbi doğum kanalından keçərkən körpənin baş sümüklərinin dar kanala girə bilmək üçün bir-birləri üzərinə minərək uyğunlaşma təmin etməyə çalışmasıdır. Buna molding (forma dəyişmə) adı verilir. Bir neçə gün içində yumru halına dönəcək. Yenə saçlı dəridə doğum şişi adı verilən bir şişlik görülə bilər. Bu da molding (forma dəyişmə) müddətinin bir parçasıdır.
Körpələrin kəllələrində iki ədəd yumşaq bölgə vardır. Əmgək adı verilən və barmaqla təzyiq altında sümük olmadığından basıla bilən bu strukturlar kəllə inkişafında çox əhəmiyyətlidirlər. Qabaqda alının dərhal üstündə yerləşən və daha böyük olan dördbucaqlı şəklində olan böyük əmgək və başın arxasında yerləşən daha kiçik üçbucaq şəkilli kiçik əmgək vardır. Kiçik əmgək ümumiyyətlə 2-6 ay arası, böyük əmgək isə 18 aylıqkən bağlanır. Əmgəklərin üzərini örtən pərdə olduqca qalın və dayanıqlıdır. Buna görə körpənizin başını yumaq və qurulamaq körpəyə zərər verməz.
1. Ön əmgək
2. Arxa əmgək
3. Alın sümüyü
4. Kəllə sümüyü
5. Kəllə sümüklərin birləşməsindən ibarət olan "sutura sagittalis"(sümük tikişi)
6. Arxa baş sümüyü
Körpənin saçları
Bəzi körpələr olduqca saçlı doğularkən bəzi körpələr isə saçsız doğulur. Bədəndə lanugo adı verilən ipəyə bənzər incə bədən tükləri kürəkdə, çiyinlərdə, alında, qulaqlarda və üzdə məşhur bir şəkildə ola bilər. Bu tüklər bir neçə həftədə tökülür.
Körpənin gözləri
Açıq bədənli körpələr boz-mavi göz rənginə sahib olduğu halda, tünd bədənli körpələrin gözləri qəhvəyi, ya da tünd boz olur. Göz rəngi 6 aylıqdan etibarən dəyişməyə başlayır. Bəzən bu dəyişiklik olmaya da bilər. Yeni doğulan körpələrin göz yaşı vəziləri tam olaraq inkişaf etmədiyi üçün 3 həftəyə qədər olan körpələr ağladıqda gözlərindən yaş gəlməyə bilər.
Körpənin dodaqları
İlk əmizdirmədən sonra körpənizin üst dodağında kiçik bir dəri qabarması meydana gələ bilər. Bu ağrısız qabarcıq soyula da bilər. Bu, tamamilə normal vəziyyətdir. Dodaqlar bir az daha bərkidikcə bu qabarcıqlar da ortadan qalxır.
Körpənin dərisi
İlk doğulduğu zaman körpənizin rəngi boz-mavi, yaş, qan və verniks ilə örtülü olur. Körpəniz nəfəs almağa başlayan kimi əvvəlcə üz və bədəndə, daha sonra isə əl və ayaqlarda rəngi çəhrayılaşaraq normal olar. Açıq bədənli körpələrin dərilərində qızartı ola bilər. Bu, tamamilə normal bir vəziyyətdir və bir neçə həftədən sonra körpənin rəngi homogen görünüş alır.
Körpənizin dərisində tər və yağ vəziləri burun, yanaqlar və çənədə ağ nöqtələrin meydana gəlməsinə səbəb olur. Bir neçə həftə içində bu vəzilər fəaliyyətə başladığı zaman həmin nöqtələr də ortadan qalxır. Bu nöqtələri təmizləmək önəmli deyil.
Körpələrin biləklərində, əllərində, dirsəklərində və ayaqlarındakı dəri asanlıqla soyulur. Bu, tamamilə normal bir vəziyyətdir və müalicə tələb etmir.
“Vernix caseosa” körpənizin bədəninin xüsusilə bükük bölgələrində çox olan ağ, krem konsistensiyasında bir maddədir. Doğumdan əvvəlki dövrdə körpənizin dərisini qoruyan bu maddə qoruyucu təsirini doğum sonrasında da göstərir. Verniksi körpənizin bədənindən yuyub təmizləmək yerinə bütün bədəninə homogen bir şəkildə yaymalısınız.
Körpənizin bədənində irili-xırdalı, basdıqda solan qırmızı nöqtələr görə bilərsiniz. Bunlar körpənin dərisindəki üzdə olan damar yumaqlarından başqa bir şey deyil. Xüsusilə boynun arxasında, göz qapaqlarında, burunda və alında daha çox olur. Körpəniz ağladığı zaman bu nöqtələr daha da diqqət çəkir. Doqquzuncu aya qədər bu nöqtələrin çoxu itdiyi halda boyundakılar daha uzun müddət qala bilər.
Mongol ləkəsi adı verilən tünd ləkəli sahələr körpələrdə əsasən ombalarda görülə bilər. Tünd mavi-qara arası rəngdə olan bu ləkələr sanki çürük təəssüratını versə də, elə deyil. Körpəniz dörd yaşına gələnə qədər bu ləkələr yavaş-yavaş kiçilir və itir.
Körpənin sinəsi:
Anadan gələn hormonların təsiriylə həm oğlan, həm də qız uşaqlarının sinələri qabarıq və şiş ola bilər. Bəzi körpələrdə məmə uclarından az miqdarda süd axması da ola bilər. Bu, tamamilə normal olan və müalicə tələb etməyən bir vəziyyətdir. Məmə uclarından süd gəldiyi zaman əsla məmə uclarını sıxmayın, çünki infeksiya meydana gələ bilər. Bu vəziyyət bir neçə gün içində özbaşına itir.
Körpənin göbək bağı
Körpənizin göbək bağı mavi-ağ rəngdə olur. Kəsildikdən sonra geriyə 4-5 santimetrlik bir hissə qalır. Doğumdan dərhal sonra infeksiya olmasın deyə tökülən antiseptik və ya antibiotik məlhəmin rəngi göbək bağına çıxmış ola bilər. Kəsilən göbək bağı 1-3 həftə arasında quruyur, rəngi tündləşir, nazikləşir və özbaşına düşür. Körpənizin göbək bağını təmiz və quru saxlamağa xüsusi diqqət edin. Körpə bezini göbək bağının üstünə qədər çəkməyin. Təmiz suya batırılmış qulaq çöpü ilə göbək bağının ətrafını silərək gündəlik təmizliyini edə bilərsiniz. Bu zaman spirtdən istifadə etmək olmaz! Çünki spirt açıq yaranı yandırar. Körpənizi yuduqdan sonra göbək bölgəsini təmiz pambıqla qurulayın. Göbək bağı bölgəsində pis qoxu, qızartı, axıntı müşahidə edilərsə, mütləq həkimə müraciət edin.
Körpənin genital bölgəsi
Anadan gələn hormonların təsiriylə yeni doğulan körpələrin cinsi bölgələri qabarıq görünə bilər. Qız uşaqlarında hormonların təsiriylə vaginadan süd ya da qan rəngi şəklində maye gələ bilər. Oğlan uşağında da cinsi orqan bəzən yüngülcə şiş və yüngülcə böyümüş görünə bilər. Ancaq bunlar normal vəziyyətlərdir və müalicəsiz özbaşına düzəlir.
Əziz xanımlar, hər birinizə ana olmağı arzu edirəm. Allah hər bir xanıma o möcüzədən bəxş etsin ki, siz də bu möcüzəni heyranlıqla bağrınıza basasınız.
XƏBƏR LENTİ
Geyim kombinasiyaları
Mehriban Əliyeva təşəkkür etdi
Günün qoroskopu - 27.10.2013
"Bizim Tarla" - Közlənmiş məhsullar
Türkiyədə koronavirusun üçüncü və dördüncü dalğası xəbərdarlığı
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
Yay üçün geyim kombinasiyaları
Virusları öldürə bilən maskalar hazırlandı - FOTO
Qardaş ölkənin qardaş şəhərində Heydər Əliyev parkı açıldı
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Azərbaycanlı gənc Türkiyədə səs yarışmasında QALİB OLDU-VİDEO
Sizə ən uyğun makyaj tərzi (Test)
Ən istedadlı uşaqlar
Ömrü azaldan daha bir səbəb bəlli oldu
Azərbaycanda daşınmaz əmlak sənədləri dəyişiləcək
Onu bağışlamaq olarmı?!
Uzun fatalı gəlinliklər
Rəngarəng çanta modelləri
Qabarıq saçlar üçün tövsiyələr
Hər 14 gündə dünyada danışılan bir dil məhv olur
Cəbhədə şiddətli atışma
Bəzi sabunların faydaları (I hissə)
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
Həsən Həsənov dəfn olunur
İdmanda "ilin ən yaxşıları" seçilib
Rusiya müdafiə naziri Ermənistana daşınan silahlardan danışdı
Rayonlara gediş-gəlişin bərpası yalnız bu halda mümkündür
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Bürclərin ən çox QISQANILAN cəhətləri
Bengünü Cey Loya bənzətdilər - FOTO
Ruslar Sofiya Rotarunu istəmədilər
Putindən böyük böhran anonsu
Məktəblilərin ağır çantaları: nə etməli?
Ətsiz xoşbəxlik olar?
"Səni sevirəm"
İşğaldan azad edilmiş Xudafərin körpüsündə “Çırpınırdı Qara dəniz” ifası səsləndi - VİDEO
Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır
Pozitiv düşüncəyə necə sahib olaq?
Yoxa çıxan qadının evindən şoka görüntülər- FOTO
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur
“Hörümçək adam” həmkarı ilə sevgilidir - FOTO
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Özcan Denizin oğluna 2 milyonluq təklif gəldi
Günün ulduz falı
FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Fransanın dövlət idarəsi Napoleona rəsmi məktub göndərdi
Çin koronavirusa qarşı daha bir peyvənd hazırladığını elan etdi
- ŞƏRHLƏR