Evliliyimdən 2 ay sonra hamilə qaldığımı öyrəndim. Hamilə qaldığımı öyrənəndə sevincimdən bilmirdim nə edim. Ən birinci anama dedim. Sonra həmin günün axşamı yoldaşıma dedim. Yoldaşım o qədər sevincli idi ki, məni qucağına alıb fırlanmağa başladı (filmlərdəki kimi). Yoldaşım hamilə olduğuma o qədər sevinmişdi ki, məni heç bir iş görməyə qoymurdu. Hətta paltarları da o yuyurdu. Arada bir anam bizə gəlirdi. Yoldaşım indidən hazırlıqlara başlamışdı. Hətta mənə xəstəxanada lazım olacaq lavazimatları da almışdı. Başa sala bilmirdim ki, hələ doğuma 9 ay var.
Biz uşağın cinsiyyətini öyrənmək üçün həkimə getdikdə sağlam bir qız uşağı dünyaya gətirəcəyimi öyrəndim. Adına indidən qərar verməyə çalışırdıq, amma qərar verə bilmirdik. Ağlımızda o qədər ad var idi ki... Mən hamiləliyimi elə də rahat keçirtmirdim. Balaca dəcəl qızım yerində rahat dayanmırdı. Arada bir keçici sancılarım olurdu və çox gəzə bilmirdim. Ayaqlarım azacıq şişmişdi. Ən pisi də paltarlarımın əynimə olmaması idi. Bəzən elə anlar olurdu ki, heç nəyin üstündə oturub ağlayırdım. Hətta bir dəfə yoldaşımı romantik filmə baxdığı üçün evdən qovmuşdum. Bizi güclə anam barışdırmışdı.
İyunun 25-i idi. Nəhayət, vaxt gəlib çatdı. Düzünü desəm, vaxtı idi, amma sancılar gözləmədiyim anda başladı. Yoldaşımın əli ayağına dolaşdı. Məni tez xəstəxanaya çatdırdı. Mən çox qorxurdum. Həkim yoldaşımın yanımda olmasına icazə verdi. Mən əməliyyat masasına uzandım və saat 15:25-də qızım dünyaya gəldi. Məni sevincimdən ağlamaq tutdu. Həkimlər qızımı qucağıma verdilər. O an özümü dünyanın ən xoşbəxt adamı zənn etdim. Məni 5 gündən sonra evə buraxdılar.
Qızım çox dəcəl idi. Gecələr həm özü yatmır, həm də qoymurdu ki biz yataq. Hələ diş çıxartdığı, xəstələndiyi vaxtları demirəm. Amma bütün çətinliklərə baxmayaraq ana olmaq möcüzəvi bir şeydir.
Allah hamıya ana olmağı nəsib etsin!
XƏBƏR LENTİ
Hava haqqında - 01.02.2014
Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə yeni agentlik fəaliyyətə başlayacaq
Allah yanında ən sevimli iş nədir?
Meyvə-tərəvəzlər haqqında nə bilirik?
Toyuqlu həftəbecər (foto resept)
Dəlidir, nə etsə yeridir...
Bağdad təhlükədə
Bir-birindən gözəl əl işləri
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb - RƏSMİ
İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu - RƏSMİ
Bakı metrosundan əla xəbər var
Zakir Həsənov veteranı mükafatlandırdı
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib
Putin açıqlama verdi
Günahsız sevgi
FHN-nin əməkdaşları xidməti mənzillərlə təmin olunublar
Hər kəsi şoka salan addım atdı-FOTO
4 yaşlı oğlan dahi sayıldı
Sonsuz ailələrə şad xəbər
Günün qoroskopu: qohumlarla mübahisə etməyin
İnsanı ölümə aparan içkilər
Ağ saçlı cazibədar qadınlar
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verildi
Kıvanç Tatlıtuğ reklamdan rekord məbləğ qazanacaq
Qışda edilən pilates immuniteti gücləndirir
2 dəqiqəyə qarın nahiyəsindəki yağları necə əritməli?
"Mançester Siti" PSJ-nin təklifini rədd etdi
Uşaqların dəb dünyası
Günəş eynəyi seçərkən diqqətli olun!
Atalar, əliniz cibinizdə olsun!
Yağdan imtina etmək sağlamlıq üçün təhlükəlidir
Limon piroqu (foto resept)
Koronavirusa qarşı immunitetin müddəti açıqlanıb
MƏHŞURLAR EYNİ POZDA
Qadınlar sükan arxasında olanda belə olur
Uşağımın dostu yoxdur...!
Kəhrəba haqqında
Yağ yandıran 2 detoks
Azərbaycanda mobil danışıqlarda yenilik
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
Bakıda çörək daşınmasında qadağa olacaq?
Azərbaycanda nikaha daxil olanlar üçün məcburiyyət
"Bakı 2015"in rekord vuran idmançısı
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Yeni avtomobil sahibləri yol vergisi ödəməlidirlər?
Sağlam və parlaq saçlar üçün vitaminlər
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Həkim - xəstə lətifələri
- ŞƏRHLƏR