Salam, əziz xanımlar. Bu dəfə sizlərlə ailəmlə bağlı olan mövzulardan biri olan hamiləliyimlə bağlı məsləhətlər almaq isəyirəm. Çünki bu hamiləliyim olduqca maraqlı və bizim üçün sirli keçir.
Hazırda 23 həfləlik hamiləyəm. İki qızım var. Bu körpəmi də sevərək və yoldaşımla qarşılıqlı olaraq planlaşdırmışıq. İndiki zamanda ən yaxşı cinsiyyət testi UZM-dı. Amma mən iki dəfə getmişəm, sadəcə dölün normallığını yoxlamaq üçün, həm də maraqlı oldu və soruşdum. İlk 3 aylığımın yoxlanışında “oğlana oxşayır, hə oğlandı-oğlandı” söyləndi. Amma beş aylığında həmin aparatda qızınız olacaq sözlərin deyildi. Bu xəbər məni bir az çaşdırdı. Söylədim ki, bəs keçən aylarında oğlan demişdiniz axı, noldu indi qız oldu? Ola bilər dedi: " Döl balaca olub, amma indi qızdı". İkinci qızıma hamilə olanda aparata yoxlatmamışdım, düzünü desəm, maraqlanmamışdıq. Amma hər cəhətindən hamı oğlana oxşadırdı. Dözməyib bir dəfə soruşdum və bilinmir, tapa bilmirəm sözlərini eşitdim. Bunun qarşılığında belə qərara gəldik ki, demədisə, demək qızdı. Daha doğrusu, doğulan kimi ”oğlunuz oldu” sözlərini eşitdim. ”Amma xeyir, qızdı dedim, həkim təəccüblə o biri həkimdən soruşdu, oğlan deyil? Xeyir, qızd" söylədi. Bu körpəmi də aldırmaq fikrimiz olmayıb, əsasən də yoldaşım aborta qarşıdı və heç vaxt belə şeyi qəbul edən deyil.
Bu dəfə yoxlatmağa gedəndə, yoldaşımdan soruşdum ki, əgər buda qız olsa, dördüncünü yoxladarıq və qız olsa, götürərik? Mənimlə yol boyu dava elədi ki, başın xarab olub? Nə qədər canım sağdı, ruzimiz var, mənə bir də belə sözlər söyləmə. Ona görə götürmək fikrimiz yoxdu. Amma maraqlısı odur ki, dözməyib internetdə olan, el arasında olanlarla sınadım. Belə ki, bunları sizlərlədə bölüşmək və məsləhətləşmək istədim. Demək üç hamiləliyimin üçü də fərqli keçib. Heç biri bir-birinə bənzəməyib. Bu körpəm də qızlarımdan fərqli olaraq ilk aylarım ürək bulantıları ilə keçdi. Ürəyim daha çox duzlu, tum paxla, verməşil, makaron kimi ərzaqları çəkir. Qəti şirni xoşlamıram. Tək-tük olur arada. Daha çox meyvə yeməyi sevirəm. Hamilə qalmağı da hesablayıb oğlan olması fikri ilə qalmışam. Körpəm qarnımın alt hissəsində yerləşir, beş aylığında tərpənməyə başladı. İlk qızımda dəhşət kökəlmişdim, ikincisində arıqlamışdım. Bunda isə ancaq aşağı hissələrim, ən çox da ayaqlarım şişib və damarlarımdan əziyyət çəkirəm. Bu hamiləliyimdə baş ağrıları dəhşət çox yaşayıram. Normalda dərim yağlı olurdu, bunda isə çox quruyur. Əllərim, üzüm hətta qabıqlanır. Bizim tərəflərdə belə bir sınaq var, hamilə qadının başından duz tökürlər, əgər əlin üz və dodaqlara çəksə, oğlan, saçına çəksə, qız olacaq deyirlər. Məndə də bunu sınadılar. Xəbərsiz olaraq bir dəfə əlimi yanağıma, bir dəfə isə bığ hissəsinə çəkmişəm. İnternetdən götürdüyüm məlumatlar isə üzüklə ip oldu. Onda da dairələr çəkdi. Yuxularımda həm oğlan ,həm də qız görürəm. Ən çox da oğlan uşağı görürəm. Bədənim normalda həmişə buz kimi olur. Bunda isə istidi, həm də ilk aylarımda 37,5 dərəcə qızdırmam olurdu. Bir yaxınım da dedi ki, yuxuda balıq görmüsənsə, qızdı, xurma görsən, oğlan. Mən hər ikisini də görmüşəm. İkinci qızımın burnunun üstündə yaşıl damar var, dedilər ardınca oğlan gəlir. Artıq kimə və nəyə inanım bilmirəm. Onsuz da bunların bir fərqi yoxdu bizim üçün. Amma maraqlıdı, görəsən burdakı qadınlardan hansında hamiləlik zamanı nə kimi dəyişikliklər olub və hansı sınadığınız inanc düz çıxıb? Bölüşsəniz, mənim üçün maraqlı olardı.
Allah bütün balaları qorusun, fərqi yoxdur, qız ya oğlan. Həmişə arzuladığımız övlad payı əli-ayağı yerində olan, sağlam övlad payı istəmişəm. Allah da dualarımı eşidib. Amma oğul övladının da dadın duymaq istəyərəm xeyirlisi ilə, İnşallah. Yenə də deyirəm, təki sağlam olsun. Özümüz dörd bacı və bir qardaş olmuşuq. İndi də doya bilmirəm bacılarımdan. Bir yerə yığışanda sevincimizin həddi-hüdudu olmur. Allah hamımızı qorusun. Amin, İnşallah.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Ziddiyyətli ata sözləri
"Hercai"nin məşhur aktyoru əsgərlikdən qayıtdı
Zəmzəm suyunun inanılmaz sirləri
Gözaltı ləkələrini açan maska
İbrahim Tatlısesin qızı açıqlamaları ilə heyrətləndirdi
Türkiyənin məşhurları Azərbaycan xalqına başsağlığı verdilər-VİDEO
Azərbaycanda komitə sədri dünyasını dəyişib
"Asan İmza" mobil elektron imza xidməti
Ağdamda yırtıcılar kəndlərə hücum edir
Əl işləri
HAVA necə olacaq?-4 Fevral
Castin Biber geyimi ilə diqqət çəkdi-FOTO
Nyuton mayesi
Qarağat haqqında bilmədiklərimiz
Dəniz Səki arıqlayıb 57 kq oldu-FOTO
Ən az 6 ay əmizdirərək diabetdən qorun
Ananas qabığının faydaları
Masaj texnikaları (II hissə)
Qadınların gizlətdikləri A-dan Z-yə qədərdir
Kann festivalı başlandı - FOTO
Kraliçanın gəlinlərinə QADAДћA-FOTO
Uşaqların duyğularını bölüşmə vasitəsi
40 saat davam edən doğuş
Sarı it ili kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Bakıda "çolaq" işıqfor
Arıqlama preparatları bəzən ölümə aparır
Ebru Polat paylaşdığı şəkli ilə diqqət çəkdi
Vilayət Eyvazov aparıcıya rütbə verdi
Yenidən sərtləşdirmə qərarı verilməsinin səbəbi açıqlandı - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Yerevan boğazına qaz ilgəyi keçirib
4 günə 5 santimetr arıqladan detoks
Yay vaxtına keçid bizə nə verir?
Burak Özçivit təcili xəstəxanaya yerləşdirildi - FOTO
"Türkiyə Azərbaycana kömək edəcək"
İlham Əliyev 2 həftə vaxt qoydu
Ramazanda göz sağlamlığını necə qorumalı?
Leyla Əliyeva internat məktəblərində - FOTO
Mobil telefon istifadəçilərinə xoş xəbər!
İmzanı at...
Azərbaycanlı məktəblidən möhtəşəm layihə
XİN Ceyhun Bayramovun ABŞ Dövlət katibi ilə görüşünə dair məlumat yaydı
Madonna 6 övladının FOTOsunu paylaşdı
Burak Özçivit bacısı ilə-FOTO
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Həcdə daha bir dəhşət yaşandı: 4 nəfər ağır vəziyyətdə
Şəkərli diabet xəstələrinə xoş xəbər var
Günün qoroskopu:Uğurlu gündür!
3 bölgədə qaz təchizatı dayandırıldı - SƏBƏB
- ŞƏRHLƏR