Gizlən bac
Yaş: 8-10
Oyunçuların sayı: 5-10
Uşaqlar sıra ilə düzülür və bir yeri özlərinin məhəllə yeri kimi qəbul edirlər (duracaq yeri). Uşaqlardan biri sıradan irəli çıxır başdan
başlayaraq yoldaşlarını bir-bir göstərərək deyir: ağşanı, qaraşanı, dərbəndi, kişmiş. Hansı uşağa kişmiş sözü düşürsə o uşaq kənara çıxır. Sıradan qabağa çıxmış uşaq yenidən həmin sözləri səsləndirir. Oyun təkrar olunur.
Axırda bir uşaq qalır. Bu uşaq gözünü yumur və üç-dörd…dörd-üç…dörd-beş beş-dörd. Bu zaman digər uşaqlar qaçıb gizlənirlər. Sayan uşaq gözünü açır və yoldaşlarını axtarmağa başlayır.
Hansı uşağı görürsə və ya tapırsa gəlib əlini məhəlləyə vurur və deyir: "əlim məhəllədə". Tapılan uşaq gəlib məhəllədə dayanır. Qaçan
uşaqlar da öz tərəflərindən məhəlləyə doğru gəlməyə başlayırlar. Həmin uşaqlar çalışır ki, axtaran uşaqdan xəlvət gəlib özünü öz
məhəlləsinə çatdırsın. Çatan uşaq əlini məhəlləyə vurub "əlim məhəllədə" deyir.
Axırıncı uşaq tapılıncaya qədər oyun davam edir. Kim axıra qalırsa, oyunu uduzmuş olur və gözü yumulan uşağın yerinə keçir.
Oyun yenidən başlanır.
Uçdu-uçdu
Yaş: 8-10
Oyunçuların sayı: 5-10
Uşaqlar dairə vurub otururlar. Biri başçı olur. Başçı hər hansı bir quşun adını çəkərək, "uçdu, uçdu" deyir və barmağını yuxarı qaldırır. Yerdə qalan uşaqlarda hamı birdən "uçdu" deyib barmaqlarını qaldırır. Başçı arada uçmayan bir cismin adını deyib (inək nədi!) barmağını qaldırır. Kim yanılıb barmağını qaldırsa və ya "uçdu" deyib səs çıxararsa, oyunu uduzmuş hesab olur. Oyun aşağıdakı qayda ilə davam edir. Məsələn:
Başçı: Uçdu, Uçdu!
Uşaqlar: Uçdu!
Başçı: Sərçə uçdu!
Uşaqlar: Uçdu!
Başçı: Toyuq uçdU!
Uşaqlar: Uçdu!
Başçı: Qaranquş uçdu!
Uşaqlar: Uçdu!
Başçı: Kənd uçdu!
Uşaqlar: Yox, yox, yox!
Oyunların məzmununun şərhi
Oyunlar söz, əyanilik, müşahidə metodları ilə uşaqlara izah oluna bilər. Ümumiyyətlə, oyunların şərhi onun əyani olaraq göstərilməsi ilə başa çatmalı, sonra isə bir neçə dəfə nümayiş etdirilməlidir, yəni keçirilməlidir.
İzah elə olmalıdır ki, uşaqların hamısı oyunun keçirilmə qaydalarını, xalların verilməsini, aparıcının vəzifələrini, hakimlərin vəzifələrini, oyunda qalibgəlmə şərtlərini bilsinlər. Yaxşı olar ki, müəllim və ya oyunu izah edən böyük əvvəlcə sınaq oyunu keçirsin, buraxılmış
nöqsanları göstərsin.
Oyunu izah edərkən uşaqları elə düzməli və izah edən (müəllim) elə yerdə durmalıdır ki, uşaqların hamısı onu yaxşı görsün və dediklərini aydın eşitsinlər. Oyunun izahı və göstərilməsi birbaşa meydançada, oyun başlanan yerdə təşkil olunmalıdır.
İzahat qısa, aydın və başa düşəcəyi tərzdə olmalıdır. Tanış oyunun isə geniş və ətraflı izahına ehtiyac yoxdur. Bir qayda olaraq oyun bir neçə dəfə təkrar olunur. Oyundan sonra buraxılmış nöqsanlar uşaqların nəzərinə çatdırılır, qaydaları pozan uşaqların adı çəkilir, onlar məzəmmət olunur.
Oyunun qaydalarını mütəmadi olaraq pozan uşaqlar oyundan kənar edilir və ya məzəmmət edilir və yaxud da onlara xəbərdarlıq edilir. Oyunun izahı zamanı uşaqların əhval-ruhiyyəsi, yorğunluğu, marağı və həmin oyuna münasibəti, idman fəallığı nəzərə alınmalıdır.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"
XƏBƏR LENTİ
Ermənilərdən azərbaycanlılara Qarabağ dəvəti
Mütləq izlənməli 7 İtaliyan filmi
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Macəra axtaran pişiklər
Miranda Kerridən AÇIQLAMA
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
Qışda necə geyinək?
Övladlarının cinsiyyəti bəlli oldu
İskender kababı (foto resept)
Bu gündən Azərbaycan ərazisində bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa ediləcək - SİYAHI
Alman politoloq: "Vyana görüşündən sonra 7 rayonun qaytarılması..."
Yeni Chevrolet Volt
Bu qızla kim evlənsə 10 milyon alacaq-FOTO
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Karantin rejimində toylar keçirilsin - TƏKLİF
Bu şəhərdə daha çox qadınlar yaşayır
"Qarabağ" "Xəzər Lənkəran"a, "İnter" "Neftçi"yə qarşı
İman edən alimlər-5
Bu günün hava proqnozu
"Formula 1"in ikinci günü başladı
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
2019-un manikür trendləri
Qumdakı rəsmlər
Hava haqqında
İçindəki qadını həbsdən çıxar
Gənc xanımlara yaz-yay donları
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
5G şəbəkəsi gəlir
Rəngarəng geyim nümunələri
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib
Yeni tədris ilində neçə şagird təhsil alacaq?
Epidural anezteziya və hamiləlikdə bel ağrısı
Palanqada ailəvi ev - FOTO
Azərbaycanda hava kəskin dəyişəcək
Dünyanın ən məşhur muzeyləri
Neftçilərin axtarışı dayandırıldı?
Qadınlar ən çox bu kişiləri sevirlər
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Hava haqqında
Megan Marklın "ekizi" tapıldı-FOTO
Səni sevmək...
SMS icazə ilə yaxın qohumun dəfninə getmək mümkün olmayacaq - RƏSMİ
Qeyri-adiliyi sevənlər üçün
Azərbaycanlılar Almaniyada ayağa qalxdı
Bu ilin ilk Ay tutulması başladı
Qarğıdalı şorbası
Qubalı pəhləvan qardaşlar güclərini Ukraynada göstərəcəklər
- ŞƏRHLƏR