Civzələr dəridə olan piy vəziləri ilə bağlı problemdir. Onların normal fəaliyyəti nəticəsində ifraz edilən sekret dərini qidalandırır və mühafizə edir. Cinsi yetişkənliyin başlaması ilə əlaqədar orqanizmdə çoxlu miqdarda hormonlar ifraz olunur ki, bunların da bir neçəsi piy vəzilərinin ifrazının artırır və bu da vəzilərin məsamələrinin tutulmasına və burada civzələrin əmələ gəlməsinə səbəb olur.
Piy vəzilərinin genişlənməsi nəticəsində qara civzələr yaranır ki, bunlar da tünd maddə ilə dolur. Əgər bakteriyalar (əksər hallarda dəridə olan) bu civzələrin daxilinə keçərsə, iltihabi proses inkişaf edir. Kəskin hallarda civzələr çox böyüyür və nodulosistə çevrilir.
Civzələrə qidalanma və ya stress təsir edirmi?
Civzələrin qidalanmadan asılı olması haqqında çoxlu uydurmalar mövcuddur. Bu uydurmalar şokolad, süd, dondurma, yağlı yemək və dəniz ərzaqlarının civzələri meydana çıxarmaması və onları kəskinləşdirməməsini təsdiq edən tədqiqatlar nəticəsində alt-üst edildi. Emosional stress xüsusən qızlarda civzələrə mənfi təsir göstərir, lakin bunun dəqiq səbəbi hələlik aşkar edilməmişdir.
Civzələr bədənin hansı hissələrində əmələ gəlir?
Akne - piy vəziləri ilə bağlı problem olduğundan bu vəzilərin çox olduğu yerlərdə - üz nahiyəsi, boyun, sinə nahiyəsində əmələ gəlir.
Civzələr nədən sonra kəskinləşir?
Dərinin tez-tez kəmər, korset, çiyinaltlığı, büsthalter və s. ilə sıxılması, sürtülməsi civzələrin kəskinləşməsinə səbəb olur.
Civzələri necə müalicə etmək olar?
Müalicənin növü və konkret forması (losyon, gel, məlhəm, həblər) prosesin ağırlığından asılıdır: burada yerli müalicə (retinoidlərlə, benzoil peroksidlə) yaxud daha ciddi müalicə (antibiotiklərlə, izoretinoinlə) aparıla bilər.
Civzələrdən qurtulmaq üçün məsləhətlər
Bunları edin:
- Üzünüzü gündə iki dəfə xüsusi yumşaq sabunla ehtiyatla yuyun;
- Üzünüzdə olan təri həmişə silin;
- Tərkibində yağ olmayan kosmetik vasitələrdən istifadə edin;
- Balıq, meyvə və tərəvəzlə zəngin olan qidaları qəbul edin. Bu sizin dərinizin yağlanmasının azalmasına kömək edəcəkdir.
Bunları etməyin:
- Üzü süngər ilə sürtməyin;
- Civzələri (sızanaqları) sıxmaq olmaz, onlardan sonra çapıq qala bilər;
- Dərini sürtən dar paltar geyinməyin.
Əhval-ruhiyyənin dəyişməsi
Bəzən cinsi yetkinlik dövründə yaranan hormonlar əhval-ruhiyyənizin dəyişməsinə səbəb ola bilər. Məsələn: adi hallarda həyəcanlanmaq, peşmançılıq və s. Bunlar normal hal sayılmalıdır və bu zaman öz hisslərinizi etibar etdiyiniz bir insan ilə bölüşün. Hər bir insan cinsi yetkinlik dövrünü yaşayır. Sizə yaxın olan yaşlı bir şəxs hisslərinizi qaydaya salmaqda sizə kömək edə bilər. Sizdə yaranan sualları valideynlərinizə vermək istəmirsinizsə, həkimə müraciət edə bilərsiniz.
Sağlamlığınızda və ya əhvalınızda hər hansı problemlə (həddən artıq utancaqlıq, depressiya, kədər və ya intihar hissi) üzləşsəniz, təcrübəli həmyaşıdlarınıza və ya həkimə müraciət edin.
"Üzümü yaxşı yusam, sızanaq keçər": Xeyr!
- Təmizlik əksikliyi ilə sızanaqların birbaşa əlaqəsi yoxdur. Əgər elə olsaydı üzünü hər gün yuyan birində sızanaq olmazdı. Ancaq yenə də üzü təmiz saxlamaq mikroblardan uzaq olduğu üçün sızanaq müalicəsinə faydası vardır.
"Stress sızanaq yaradar": Xeyr!
- Stressin təsir etmədiyi nadir şeylərin arasında sızanaq təsiri də vardır. Bəli, stress bir çox şeyi yaradar, amma sızanağı əsla.
"Günəş işığı sızanaqlara yaxşı təsir edir": Xeyr!
- Günəş işığı sızanaqları qurutmaz. Yalnız bədəniniz tündləşdiyi üçün daha az diqqət çəkər - bu qədər. Bəlkə bir neçə sızanağı qurudar, amma ardından mütləq yeniləri gələcəkdir. Sızanağın müalicəsi günəş deyil.
"Sızanaqlarımı partladıram, beləcə sızanaqlar keçir": Heç vaxt!
- Sızanaqlarınızı partlatmaqla üzünüzdə mikrobların yayılmasına səbəb olarsınız və hətta infeksiya keçsə, ömür boyu getməyəçək yaralar meydana gələ bilər. Qara nöqtə deyə tanıdıqlarımızı da (komedonlar) sıxmaq olmaz.
"Sızanaqlar yaş irəlilədikcə keçər": Tam olaraq deyil.
- Sızanaqlar irəli yaş qrupunda daha az görülür. Ancaq sızanaqların müalicəsi böyümək deyil. Bəzi kəslərdə sızanaqların səbəb olduğu qalıcı yaralar vardır. Müalicə edilə biləcək bir xəstəliyi müalicəsiz buraxmamaq və qalıcı yara riskindən mümkün olduğu qədər tez xilas olmaq lazımdır.
Qara nöqtələrin sonu gəlir
Vəsaitlər:
Limon suyu, qatıq
Hazırlanması:
Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinizə dəydirməməyə diqqət edərək üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyun.
Nə işə yarayır:
Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini qidalandırar, nəmləndirər və yağ miqdarını tarazlaşdırar.
Nə vaxt istifadə etməli:
Bu maska həftədə bir dəfə tətbiq oluna bilər.
XƏBƏR LENTİ
Alma piroqu
Türkiyədə Təhlükəsizlik Şurasının iclası başlayıb
Şahzadə üçün super avtomobil hazırlanıb
İspan dili 14-cü dərs
Koronavirusun yeni simptomu aşkarlandı
Emin anası üçün fləşmoba qatıldı - VİDEO
Boşanmaq istəmirsinizsə, davanı dayandırın!
Naominin 67 yaşlı anasından çirmərlik FOTOsu
Qəbul imtahanları nə vaxt olacaq?-AÇIQLAMA
Brus Li"nin mənəvi gücü
Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi XƏBƏRDARLIQ
Yeni yaşayış binalarının tikintisi zamanı özbaşınalıq olmamalıdır
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Azərbaycanda keyfiyyətsiz məhsullar satışdan çıxarıldı
Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi - RƏSMİ
Uşaqlar yazda niyə xəstələnirlər?
Xalına görə insanları necə tanımalı?
Səməni, nə vaxt cücərdim səni?
Maraqlı fəlsəfəyə malik rəsmlər
Qadınları dəyərli edən 8 ortaq xüsusiyyəti
Qadınlarda orta yaş krizi
Zeyn Malik artıq müsəlman deyil
İdmandan necə zövq alaq?
Tolqahan Sayışman efirdən uzaqlaşır-SƏBƏB
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
Hava şəraiti kəskin dəyişəcək
"Simpsonlar" 31-32-ci mövsümə başlayır
Təbii fəlakət ABŞ-dakı şəhərciyi viranəyə çevirdi
28 dərəcə şaxta olacaq
Azərbaycanın 2 qadın boksçusu finalda
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Kolonya alarkən ehtiyatlı olun!
Evlər xeyli ucuzlaşa bilər
Dəbli ayaqqabı modelləri
Cem Yılmaz Dəfnəyə 20 min dollarlıq hədiyyə aldı-FOTO
Günün ulduz falı
Koronavirusa isti hava şəraiti təsir edəcək? - Alimlərdən açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 20 APREL
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Dişlərinizin gözəl olması üçün 10 qayda
Türkiyədə sərnişinlərlə bağlı məcburi qərar
22 kiloqram arıqlayan məşhurun pəhrizi
Bayram şirniyyatları
Rianna yeni filmə çəkilib - FOTO
Sabahın HAVAsı
Selena Gomezdən yeni FOTOsessiya
Kokoslu-albalılı tort (foto resept)
Arıqlamaq tədbirləri
- ŞƏRHLƏR