Bütün təbii və evdə hazırlanan saç maskaları saç köklərinin qidalanması baxımından çox faydalıdır. Çünki belə maskaların tərkibində hər zaman təbii vasitələr olur və bunları seçmək də sizin öz əlinizdə olur. Evdə maska hazırlamaq çox asandır və ən əsası da baha deyil. Bu xəbərimdə sizə evdə hazırlaya biləcəyiniz ən effektiv və gözəl bir maska təqdim edəcəyəm. Ümid edirəm ki, hər birindən faydalana biləcək və xeyrini də görəcəksiniz. Əvvəlcə maskalarda istifadə edə biləcəyimiz və sizə təqdim edəcəyim maskaya lazım olan vasitələrin bir neçəsi barədə ümumi məlumat əldə edək.
Zeytun yağı saçların qidalanmasında böyük təsirə malikdir. O, tez qırılan, quru və zədəli saçlara parlaqlıq bəxş edir. Saçlarınızın sağlamlaşdığını və hətta cavanlaşdığınızı öz gözlərinizlə görəcəksiniz.
Süd saça yumşaqlıq bəxş edir.
Limon saçdakı artıq yağları təmizləyir və saç dərinizdəki genişlənmiş məsamələri daraldır. 1:2 nisbəti ilə qarışdırılmış limon və su qarışımı saçlarınızı yaxalamaq üçün əla vasitədir.
Kokos yağı da saçlara yumşaqlıq və parlaqlıq qatır.
Bal saçların nəmləndirilməsi üçün mükəmməl bir seçimdir. Əgər evdə saçınız üçün maska hazırlayacaqsınızsa, onun tərkibinə mütləq bal da qatın. Bal cansız saçları canlandırır və onları möhkəmləndirir. Bununla yanaşı saçınıza heyrətamiz yüngüllük və parlaqlıq bəxş edir.
Xanımlarımızın bir çoxu saçlarında xüsusi bir ağırlıq hiss edirlər. Ona görə də bunu qarşısını almaq üçün saçı kəsdirmək barədə düşünürlər. Amma bunun çarəsi əslində keyfiyyətli və təbii maskalardan istifadə etməkdir. Saçlarınızı gözəlləşdirən, qidalandıran və ağırlığını aradan qaldıran maskalardan istifadə etmək lazımdır. Bunun üçün də burada adlarını çəkdiyim vasitələrdən istifadə edə bilərsiniz.
İndi isə sizə saçı qidalandıran yumurta maskası təqdim edirəm. Mütləq istifadə edin. Saçınızdakı dəyişiklikləri özünüz gördükdə buna inanmayacaqsınız. Tərkibində yumurta olan bu maska sizin saçınızla yumşaqlıq hissi bəxş edəcək və saçınızdakı canlanmanı elə ilk istifadədən sonra hiss edəcəksiniz. Yumurtanın tərkibində o qədər zülal və xeyirli maddələr var ki, siz ayrı-ayrı qida vasitələrini qatıb onları əldə etmək əvəzinə elə birbaşa bir yumurtadan rahatlıqla istifadə edə bilərsiniz. Məsələn, yumurtanın tərkibində saçı qidalandıran və onun inkişafını, uzanmağını təmin edən zülallar, saçınıza parlaqlıq bəxş edəcək turşular, zədəli saçlarınızı əvvəlki halına qaytaracaq gücə sahib olan kalium, saçlarınızın qırılmasının qarşısını aln vitamin A, saç tökülməsinin qarşısını alan vitamin D, saçları inkişaf etdirən, uzadan vitamin B12, saçları uzadarkən sağlam edən və D vitaminini rahat qəbul etməsi üçün şərait yaradan kalsium var.
Tərkibi:
1 yumurta (saçınız uzundursa, 2 ədəd götürün.)
1 st. süd (saçı çiynindən aşağı düşməyənlər üçün yarım st.)
Yarım limonun suyu
2 y.q zeytun yağı
Yumurtanın ağını sarısından ayırın və sarını yaxşıca çalın. Çalınmış yumurta sarısının üzərinə süd və zeytun yağı əlavə edin. Sonra isə qarışdırılmış bu tərkibə yarım ədəd sıxılmış limon suyunu əlavə edib qarışdırın. İstəməyən limon suyundan imtina edə bilər. Amma daha gözəl təsirə nail olmaq üçün limon suyu məsləhətdir.
Alınmış məhlulu saşlarınıza yaxşıca yeridərək çəkin. Saç diblərinə isə masaj edərək vurun. Sonra saçınızı sellofanla bağlayın. İstəyən sellofanın üzərindən saçını yaylıqla da bağlaya bilər. Amma sellofanı mütləq bağlayın ki, maska saçınızdan axıb tökülməsin. Maska saçınızda 15 dəqiqə qalmalıdır. Saçınızı yuyarkən isə isti sudan istifadə etməyin, soyuq suya daha yaxın olan mülayim sudan istifadə edin ki, yumurtanın sarısı saçınızdan rahat təmizlənsin.
Saçınızı yaxşı yuduğunuzdan əmin olun. Bir daha qeyd edirəm, əgər yumurtanın başınızda o saat bişib qalmağını istəmirsinizsə, o zaman isti sudan istifadə etməyin.
Başınızı meyvəli şampun və ya sabunla yuya bilərsiniz. Meyvə ətirli şampun başınızda qala biləcək yumurta iyindən sizi azad edəcək.
Əgər yumurta iyinə nifrət edirsinizsə, o zaman heç olmazsa, ayda bir dəfə bu maskanı tətbiq edin. Yox əgər bu sizin üçün problem deyilsə, o zaman həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Yağlı saça sahib olan xanımlar yumurtanın ağından, quru və tez qırılan saçlara sahib olan xanımlar yumurtanın sarısından, normal saçlara sahib olan xanımlar isə bir yumurtanın hamısından istifadə etsin.
XƏBƏR LENTİ
4 aylıq körpə idmanla məşğul olarsa...
Qara plov və ləvəngi küküsü (foto-resept)
Türkan Şorayın ən böyük arzusu...
Kükü (foto resept)
Sabahın HAVAsı
Dünya mədəniyyətinin ilkləri
Xoşbəxt olmağın 5 asan qaydası
Yollar buz bağlayacaq - XƏBƏRDARIQ
Daşqın olacaq
Pensiya alanların sayı açıqlandı
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Şahzadə Diananın sviteri 90 minə satılıb-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Küləkli günlər nə vaxtadək davam edəcək?
Hülyadan daha bir FOTO
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
Azərbaycanda bağlanan və pozulan nikahların statistikası açıqlandı
Havalar nə vaxt sərinləşəcək?
560 metrlik göydələn
Elektron siqaretlər yasaqlanacaq
Dəstamaz və ya qüsl əvəzinə əlləri...
Şokalad sənəti
Sabahın HAVAsı
Bakıya gələcək "Formula 1" pilotları
Mokasen ayaqqabılar
“Netflix” koronavirusla bağlı serial çəkib - VİDEO
Bayram namazının vaxtı AÇIQLANDI
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni edir"
Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər
Həftə ərzində 1.5 kq çəki itirin
Qaçma və ya qaçırılma hadisəsinə baxış
"Filadelfiya" rollı (foto resept)
"Ermənilərə boyun əymərik"
Bakıda iki yeni metrostansiyanın tikintisi yekunlaşır
Şahbaz Quliyev 4 aylıq fasilədən sonra ailəsinə məktub yazıb
Xanımlar üçün göyərti maskaları (1)
Universitetlərimiz niyə QS reytinqinə düşmür?
Mini ətəklər
Misirdə "Müsəlman Bacılığı" partiyası yaradıldı
Hamilələr daha ağıllıdırlar?
Tanınmış klubdan ulduz oyunçuya sürpriz təklif
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!
Mən nə edim?
Instagram-da yeni funksiya
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Azərbaycana payız gəldi
Qısaboylu insanların qarşılaşdığı problemlər
Moda bloqerlərinin sevimli donları
Mayli Sayrus hər kəsi TƏƏCCÜBLƏNDİRDİ_FOTO
- ŞƏRHLƏR